aze-45
aze-45
View options
Tags:
Javascript seems to be turned off, or there was a communication error. Turn on Javascript for more display options.
Hi there ! My friends when you are making conversation club ? . Every day after 20 : 00 I try to speak with somebody but no one are there I can ' t find someone to speak . May be I ' m so late or I don ' t know what is wrong ?
B . Muradova deputatların dünyanın nüfuzlu təşkilatlarında Azərbaycanı yüksək səviyyədə təmsil etdiklərini bildirərək söylədi ki , seçicilər onların fəaliyyətini gördükdə sözsüz ki , yanılmadıqlarını düşünürlər . Fəaliyyətimizlə gələcək nəsillərə nümunə olmağa çalışaq . Təbii ki , bu , hər kəsin çalışdığı fəaliyyət sahəsindən asılıdır . Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi təşkilatıdır . Bu partiyanın üzvü kimi , ali qanunverici orqanda daha çox əhəmiyyətli qanunların hazırlanmasına və qəbuluna , dövlətimizin daha da qüdrətlənməsi , möhkəmlənməsi üçün qarşıda duran vəzifələrin icrasına çalışmalıyıq . Sözümüzün yerini və məqamını dərk etməliyik . Qadınlar fədakardırlar . Onlar mövqelərini qəti şəkildə ortaya qoyurlar . Son parlament seçkiləri bir daha Azərbaycan qadınlarının potensialını ortaya qoydu .
Referat " Statistika " M ö v z u l a r : Statistikanın predmeti və metodları . Statistika elm kateqoriyaları . Statistika müşahidəsi . Satistik məlumatların yekunlaşdırılması və qruplaşdırılması . Mütləq və nisbi kəmiyyət . Orta kəmiyyətlər . Orta kəmiyyətin hesablama üsulları . Variasiya göstəriciləri . Seçmə müşahidələri . Qarşılıqlı əlaqələrin statistik öyrənilməsi Dinamika sıraları . İqtisadi indekslər . Əhali statistikası . Əmək məhsuldarlığı . Milli statistika . 1 . Statistikanın predmeti və metodları Statistika elmlər sistemində mühüm yer tutan , özünə məxsus predmeti və tədqiqat metodu olan bir elm sahəsidir . O uzun inkişaf tarixinə malik olan bir elmdir . Statistika ictimai elmdir . Onun predmetinin əsas xüsusiyyəti , həyatda baş verən kütləvi sosial - iqtisadi hadisələrin kımiyyət tərəfini və onların qanunauyğunluqlarını tədqiq etməkdir . Statistika elminin birinci mühüm xüsusiyyəti ondan ibarətdir ki , ayrı - ayrı faktlardan ibarət olan çox götürülmüş hadisə və pprosesləri tədqiq edir . S . . .
Mən də bilirəm ki Xəzər - Lənkəranla Neftçinin futbolundan danışılır o cümlədən Neftçinin " pişiyi öldü " söhbəti gedir , bax burda " Bizə hər yer Lənkəran " ifadəsinin məncə yeri yoxdu , futbola gəlmisiz xoş gəlmisiz Amma hər yer Lənkəran ola bilməz . Xüsusəndə Neftçinin meydanı
Salam əziz qardaşım Kərbəlayi Elvin . Sualın məqsədin ilk yaranışdırsa bunu deyə bilərəm ki , bu barədə fərqli rəvayətlər bizə gəlib çatmışdır : " Allahın ilk yaratdığı şey ağıldır " , " Allahın ilk yaratdığı şey mənim nurumdur " , " Allahın ilk yaratdığı şey mənim ruhumdur " , " Allahın ilk yaratdığı şey qələmdir " , " Allahın ilk yaratdığı şey mülkdür " . Bütün bu hədislər zahirdə fərqli görünsələr də bir mənaya dəlalət edir . Fərqlilik isə onların müxtəlif nöqteyi - nəzərlərinə görədir . Bir rəvayətdə ilk yarananın ağıl olduğuna işarə edilir . Bu ona görədir ki , ağıl özü - özlüyündə Allahdan başqasını arzulamır və Allahdan başqası ilə iltifat etmir . Digər bir hədisdə ilk yarananın qələm olduğu ona görədir ki , Allahın elmlərin və həqiqətlərin , eləcə də qəza və qədərin " lövhe - məhfuz " da təsviri üçün bir vasitəsidir . Əlbəttə Allahın qələmi biz anladığımız taxta qələm deyil , necə ki " lövhe - məhfuz " kağız və dəri parçasından ibarət deyil . Allah qələmi yaradandan sonra ona əmr etdi qiyamətə qədər ola biləcək şeyləri yazsın . Başqa bir rəvayətdə oxuyuruq ki , Allah ilk olaraq Həzrət Məhəmmədin ( s ) nurunu yaratdı , Peyğəmbər ( s ) isə ondan aşkara çıxdı və ilk sadir oldu . Nur varlıqdır , zülmət isə yoxluq . Nur həm təbiətən ışıqlıdır , həmdə işıqlandırandır . Həmçinin digər bir hədisdə ilk yarananın Peyğəmbərin ( s ) ruhunun olduğuna işarə edilir . Ona görə ki , ruh xasiyyəti Allaha məhəbbət bəsləməsidir . Nəticə olaraq qeyd edim ki , bir çox təhqiqatçılar , alimlər və ariflər ilk yarananın " həqiqəte - Muhəmmədiyə " adlandırıb , ( s ) Peyğəmbərin nurunun olduğuna inanırlar . Ona görə ki , ilk məxluq ali və bilikli məxluqatın əsl həyat mənbəyidir . ( " Şərhe - müqəddiməye - Qeysəri " Ustad Seyid Cəlaləddin Aştiyani , səh 223 - 224 ) Bunu da qeyd edim ki , Quran ilk yarananın isə su olduğunu deyir . ( Ənbiya - 30 , Nur - 45 , Hud - 7 ) Vəssalam !
Aqil Xəlilin vəkili Elçin Sadıqovun sözlərinə görə , onun müdafiə etdiyi şəxsin ölkəni tərk etməsinə qadağa Baş Prokurorluğun 8 may tarixli əmri ilə qoyulub .
Doğma dilini , mədəniyyətini sevməyən kimsə başqa dilləri və kültürləri də sevə bilməz . Öz dilini , mədəniyyətini habelə başqa dil və mədəniyyətləri sevmək məncə demokratiyanın əsasıdır !
F . Qurbansoy bildrir ki , alqış deyəndə onun həyata keçməsini mələklər təmin edir , qarğışı isə şər quvvələr . Yamanlıqlar arzulananda bu , daha çox insanın səhhəti ilə bağlı olur , həmçinin hansısa malın , əşyanın , pulun xeyrini görməmək dilənir , yəni , halallıq verilmir . Bu məqamda insanın öz xoşu olmadan , güc yolu ilə nəsə əlindən alınırsa , əsil sahibi buna halallıq vermirsə , ikinci tərəf mütləq onun ziyanını görəcək . Nizami Gəncəvidən : " Ordular dağıdan güclü bir şahı Bəzən diz çökdürər yoxsulun ahı "
- Biz məhz bizim düşüncəmiz sağlamdır , sən də belə düşünməlisən demirik . Gəncin özünün düşünmək və sərbəst qərar vermək hüququnun olduğunu deyirik . Gənclərin sağlam düşünməsi üçün " İrəli " gənclərin dünya görüşünün , intellektinin , imkanlarının artlmasına yardım edir . Sonrakı mərhələdə bizim kiminsə düşüncələrinə müdaxilə etmək fikrimiz yoxdur . Qaldı bütün bunları reallaşdırma metodlarımıza , məsələn , " Gənc liderlər üçün qış universiteti " layihəsini misal çəkə bilərəm . Məqsədim harasa gedib bir yerdə dincəlmək , gəzmək deyil , fərqli düşüncəli gəncləri bir araya toplayıb ümumi müzakirələr keçirməkdir . Gənclər bir - birlərini dinləməyi , öz sahələrinin mütəxəssislərindən məsləhətlər almağı öyrənməlidirlər . Olub - bitənlər barədə ətraflı məlumatlanmaq , onları maraqlandıran sualların cavabını məlumatlı şəxslərdən eşitmək özü böyük bir işdir . İndi müasir gənc dedikdə nə üçünsə çətin tərbiyə olunan , azğın bir gənclik təsəvvür olunur . Yaxud da azacıq intellekti , təhsili olan dırnaqarası müasir gənclərin digər gənclərə aşağılayıcı yanaşması , onları özlərinə tay tutmaması halları var . Düzdür , bunlar hər bir cəmiyyətdə yaşanan problemlərdir , lakin bunların olmaması , gənclərin ən azından eyni ölkənin vətəndaşı olmaları naminə bir - birlərinə dayaq durması lazımdır . Rəqabətlə düşmənçilik anlayışını fərqləndirə bilməyən gənc nəslə başa salmaq lazımdır ki , ümum məqsəd eynidirsə nəyə görə bu rəqabətə nifrət qarışmalıdır . ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının bir - birinə olan münasibətinə baxanda heç də xoş olmayan bu mənzərə insanı narahat edir . Az öncə sadalanan məramlardan da aydın oldu ki , bütün təşkilatların məqsədi gənclərin inkişafı , hüquqlarının tanınması , onların müdafiəsidir . Əgər biz hamımız bu problemləri həll etməyə çalışırıqsa , nəyə görə bir - birimizə qarşı düşmən mövqe tutmalıyıq ki ?
- Avropa və dünya arenasında ən güclü rəqiblərin kimlərdir ?
Milli . Az Kulinariya - Milli . Az Milli . Az xəbər portalı yeni günün təamını - boyat çörək küftəsini təqdim edir . Boyat çörək tikələri 1 stəkan qatıq 200 qram pendir 3 yumurta 1 / 2 dəstə cəfəri 1 / 2 dəstə təzə nanə 1 / 2 dəstə şüyüd 2 - 3 yaşıl soğan 1 baş quru soğan 3 - 4 diş sarımsaq Duz Qara bibər Pul bibər Çörəkotu 1 stəkan incə bulqur 1 - 2 pomidor 1 kasa sarımsaqlı qatıq 2 xörək qaşığı tomat 1 / 2 xörək qaşığı tomat 50 qram zeytun yağı Qara bibər Çörəkotu Əvvəlcə sousu hazırlayın . Sous üçün nəzərdə tutulmuş inqradientləri qarşıdırıb bir hovur qaynadın . Daha sonra quru çörəkləri qatıq , yumurta və pendir ilə birlikdə isladıb yaxşıca yumşaldın . Digər inqradientləri içinə əlavə edərək yoğurandan sonra küftələr hazırlayın , tavadakı qaynar yağda qızardın . Süfrəyə verəndə üzərinə qatıq və sous əlavə edin . Nuş olsun !
Şimon Peresin Baki səfərinə Türkiyədə də etiraz etdilər !
Yerləşdirilib : 08 . 04 . 11 Bu gün Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda Assosiasiyası Türkiyə bələdiyyə nümayəndələri ilə birgə mətbuat konfransı keçirib . Azadinform xəbər verir ki , QBİU - nun sədri və layihə koordinatoru Lyudmila Xəlilova qeyd edib ki , Azərbaycanda bələdiyyəçi xanımlar " kəmiyyətdən keyfiyyətə doğru " şüarla işlərini qururlar . Onun sözlərinə görə , QBİU bələdiyyə sahəsində işləyən , həyata keçirdiyi layihələr çərçivəsində bələdiyyə sisteminə dəstək verən QHT - lərdən biridir . L . Xəlilova , həmçinin aprelin 1 - dən Prezident yanında QHT - lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Bələdiyyələrinin İnstitusional İnkişafı və Beynəlxalq Əməkdaşlıq üzrə Təcrübə Proqramı layihəsinə başladıqlarını vurğulayıb . Layihənin əsas məqsədi Azərbaycan Bələdiyyələrinin institusional inkişafına dəstək göstərmək istiqamətində Türkiyə bələdiyyələri ilə əlaqələrin genişləndirilməsinə nail olmaq , qarşılıqlı təşəbbüsləri inkişaf etdirmək və birgə təcrübə mübadilələrinin təşkilinə təkamül verməkdir . Tədbirdə Mərmərə Bələdiyyələr Birliyinin sədri Səlim Yağcı bildirib ki , 230 bələdiyyəni özündə birləşdirən Mərmərə Bələdiyyəsi və eləcə də digər bələdiyyələrdən fərqli olaraq Azərbaycanda xanım bələdiyyəçilər çoxdur : " Biz xanımlardan türkiyəli həmkarlarını da bu yolda aktiv olmağa kömək etməyə çağırırıq " . Şuranın töhfəsi : QHT və regionlarda texniki - peşə təhsilinin inkişafı
Qeyd edək ki , Almaniya Federativ Respublikasının İqtisadiyyat və Əmək Nazirliyinin yaydığı xəbərdə fevral ayında Almaniyada sənaye istehsalının həcminin ötən ayla müqayisədə 1 , 6 % yüksəldiyi ifadə edilib . Ötən ilin müvafiq göstəricisi ilə müqayisədə sənaye istehsalı proqnozların əksinə 13 , 2 % yox , 14 , 8 % artıb .
Sizə yaraşan makiyajı əldə etmək istəyirsinizsə , dəfələrlə sınanmış vizajistin yanına gedin . Vizajisti tez tez dəyişdirəndə istədiyin nəticəni əldə etmirsən . Üz quruluşuna yaraşanı tapana kimi gərək onun əli sənin cizgilərinə öyrəşsin . Daha sonra sizə nə yaraşdığını gözü bağlı biləcək
Sifət . Sifət ( şəkil 4 ) cәmiyyәtdә әn yaxşı qәbul edilәn biometrik identifikatorlardan biridir , çünki vizual qarşılıqlı әlaqәdә insanların geniş istifadә etdiklәri tanıma üsuludur . Sifətin tanınması üçün bahalı xüsusi avadanlıq tələb olunmur . İdentifikasiya ilə yanaşı bir sıra digər funksiyalar da yerinə yetirən adi videomüşahidə kamerası da istifadə edilə bilər . İkincisi , qurğunun işə düşməsi üçün oxuma qurğusu ilə fiziki təmas , nəyəsə toxunmaq , müəyyən vəziyyəti almaq , hər hansı frazanı tələffüz etmək tələb olunmur . Tanıma prosesi təbii , bəzi hallarda identifikasiya edilənə hiss etdirilmədən baş verir .
Qeyd edim ki , beynəlxalq təşkilatların da imkanlarından istifadə etməklə indiyədək 40 mindən çox müəllim İKT üzrə treninqlərə cəlb olunmuş və müəyyən bacarıqlar əldə etmişlər , onların bir çoxu fəaliyyətində İKT - nin imkanlarından kifayət qədər bəhrələnirlər . Lakin ümumilikdə ölkənin ümumtəhsil məktəblərində çalışan bütün müəllim heyətinin İKT bacarıqlarına yiyələnməsi ciddi bir problem kimi qarşıda dayanmışdır . Bu gün müəllimlərin İKT - dən istifadə səviyyəsi , əlbəttə , bizi qane edə bilməz . Elə etməliyik ki , hər bir müəllim İKT - dən tədris prosesində səmərəli istifadə etsin , tədrisin keyfiyyətini yüksəltsin . Axı müasir dünyada " savadlılıq " anlayışı həm də İKT sahəsində bacarıqları özündə ehtiva edir . Hesab edirəm ki , yaşadığımız informasiya dövründə müəllimlər nəinki İKT - dən istifadəni , eyni zamanda müxtəlif auditoriyalar qarşısında təqdimatlarla ( prezentasiya ) çıxış etməyi də bacarmalıdırlar .
Professor Əlyar Səfərli sensasion açıqlamalarla və türk xalqları ilə bağlı xüsusi təkliflərlə çıxış etdi .
Abbas Lisani geçən gün verdigi bəyanatda Azərbaycan millətinə muracyiət edib və istəyib ki Xurdad ( May ) qiaminin il dönumu muhtışım şıkildə qutlansin .
Azərbaycandakı fəaliyyətini iki istiqamətdə qurmağı düşündüyünü deyən Baran bununla bağlı yeni işlərə başlayacağını bildirib : " ABŞ - da olarkən məqsədim Amerika və Türkiyə üçün faydalı olmaq idi . Əlbəttə ki , Bakıya gələrkən də bu məqsədi qarşıma qoymuşam . ABŞ və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi üçün çalışacam . " Buna baxmayaraq , o siyasətlə məşğul olmaq istəmədiyini də vurğulayıb : " Mən Amerikada olarkən zorakılığa qarşı qadınların özünü müdafiə edə bilməsi üçün kurslar keçmişəm . Aəzrbaycanda da bunu davam etdirmək istəyirəm . Buna görə də ikinci məqsədim qadın zorakılığı və erkən nigahlarla mübarizəyə qarşı layihələrə başlamaqdır " .
Yukio Misima ( Kamitake Xiraoka ) - Yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri . 14 yanvar 1925 - ci ildə Yaponiyada , Tokio şəhərində doğulub . İlk qısa hekayəsini on altı yaşında ikən " Yukio Misima " təxəllüsü ilə çap etdirib . İkinci dünya müharibəsindən sonra Tokio universitetində hüquqi təhsil alıb və 1948 - 1949 - cu illərdə Maliyyə Nazirliyində çalışıb . " Maskanın etirafları " , " Qızıl Pavilyonun Qülləsi " , " Qadağan edilmiş güllər " , " Dənizin rədd etdiyi dənizçi " , " Günəş və Polad " və digər romanların müəllifidir . 40 roman , ekranlaşdırılmış 15 əsər , Yaponiya , Amerika və Avropada səhnələşdirilmiş 18 əsər , 10 esselər və hekayələr kitabının müəllifi Yukio Misima 7 dəfə Yer kürəsini səyahətə çıxıb , adı 3 dəfə Nobel mükafatına namizədlər siyahısına salınıb . 25 noyabr 1970 - ci ildə xarakiri edib . Davamı »
- İslamda buyrulur ki , biz insanları ibadətdən başqa bir məqsəd üçün yaratmadıq . İnsanın yaradılış fəlsəfəsi onun ibadəti ilə bağlıdır . Bu tək namaz qılmaq demək deyil . İbadət insanın Allahın razılığını əldə etmək üçün , Allah rizasını qazanmaq üçün görülən əməldir . Bu məqsədlə görülən istənilən əməl ibadət sayılır . İnsan ticarət dalınca gedirsə , elm oxuyursa və bunu Allahın razılığını əldə etmək üçün görürsə , bunun özü də ibadət sayılır . Xüsusi vacib ibadətlər var ki , bunların qəbul olunması üçün ilk şərt " Qürbətən İlləllah " niyyətinin yerinə yetirilməsidir . Yəni niyyət etməkdir . Ümumiyyətlə hər ibadətə " Qürbətən İlləllah " kəlməsi ilə başlamaq lazımdır . " Mən Ramazan ayının orucunu tuturam Qürbətən İlləllah " kəlməsilə iftarı açmaq lazımdır . Əgər bu niyyət olmasa ibadət batil olar . İnsanların rəğbətini qazanmaq və digər səbəbdən edilən əməllər ibadət sayılmır . Ramazan ayının orucu da , Allahın hökmünü icra etmək və onun razılığını qazanmaq üçün tutulmalıdır . Bununla bərabər oruc tutmaq əlbəttə insan sağlamlığı üçün çox xeyirlidir . Oruc tutan , Allah razılığını niyyət etməlidir .
Tofiq Bəhramovun futbolda xidmətləri çox olub . Elə ona görə də ölkənin bir nömrəli idman arenası - Respublika stadionu onun adını daşıyır . Stadionun girişində dünyada ilk dəfə mərhum hakimə abidə də ucaldılıb .
İnsan hüquqları anlayışı , inkişaf tarixi və Konstitusiya təminatı İnsan hüquqları müasir dünyanın ən aktual problemlərindən biridir . İnsan hüquqlarının anlayışı və təbiəti haqqında danışmazdan əvvəl bu ideyanın tarixi inkişafını nəzərdən keçirmək lazımdır . İnsan hüquqları ideyasının tarixi kökü təxminən e . ə . VI - V - ci əsrlərə gedib çıxır . Belə ki , hələ o dövrdə Afina və Romada bu ideyalar meydana gəlməyə başlamışdır . Doğrudur , bu fikirlər o zaman insan hüquqları adlanmasa da , onlar öz mahiyyəti etibarilə indiki insan hüquqlarının ilk rüşeymləri idi . Buna misal olaraq , ilk demokratlardan olmuş Afinalı Periklin xalqın xeyrinə həyata keçirdiyi islahatları və ya Qədim Romada plebeylerlə patrisilər arasında gedən mübarizəni göstərə bilərik . Lakin o dövrdə insan hüquqları dedikdə yalnız quldurlara məxsus hüquqlar göstərilirdi və qulların heç bir hüququ yox idi . Cəmiyyət inkişaf etdikcə insanlar öz hüquqları uğrunda daha mütəşəkkil mübarizə aparmağa başladılar . Elə bunun məntiqi nəticəsi olaraq , 1215 - ci ildə İngiltərə . . .
R E F E R A T Mövzu : " Antropogen səhralaşma " Plan : Giriş Dünya üzrə tstatistik məlumatlar Səhralaşma nədir Səhralaşmanını tipləri Azərbaycanda şəhralaşma prosesi Ədəbiyyat siyahısı GİRİŞ XX əsr insanın təbiətə , onun sərvətlərinə qəddar münasibət bəslədiyi dövr kimi bəşəriyyətin tarixinə qara səhifə ilə həkk olunub . Kosmik fəzadakı raketlərin sayının gündən - günə çoxalması , tədqiqatlar , I və II Dünya müharibələri , fabrik , zavod , kombinatların tullantıları , radioaktiv çirklənmə , kənd təsərrüfatında işlədilən kimyəvi preparatlar atmosferi , hidrosferi və litosferi çirkləndirib , biosferin və ekosistemlərin ekoloji tarazlığını pozub , onun normal ahəngini məhvərindən çıxarıb . Bir sözlə , təbiətə və onun sərvətlərinə çox güclü zərbə endirilib , okean , dəniz , göl və çaylar zəhərli və zərərli maddələrlə çirklənib , planktonların bəziləri məhv olub . Son üç yüz ildə dünyada 100 növdən artıq iri məməlilərin ( epiornis , dront , meşə fili , mamont , adi kərgədan , yunlu kərgəda . . .
" Uşaq evləri və internat məktəblərinin inkişafı " Proqramı çərçivəsində respublika üzrə 30 - dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş , yeni avadanlıqla təchiz olunmuş , əlavə yardımçı binalar inşa olunmuş və kommunal şərait yaxşılaşdırılmışdır . Müəssisələrdə kitabxanalar yaradılmış , onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuş , əksər uşaq evləri və internat məktəblərində kompyuter avadanlığı quraşdırılmış , sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır . Uşaqların hərtərəfli inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədi ilə müəssisələrdə mütəmadi olaraq treninqlər keçirilir .
Bilirəm , a mənim yaralı durnam , Bilirəm , . . . mən sənin göz yaşlarınam , Düşürəm gözündən sən ağlayanda . Sən də göz yaşımsan mənim - biləsən , Fərqimiz odur ki , mən ağlayanda Düşürsən içimə gilə - gilə sən . . .
QƏBƏLƏ RAYONU ÜZRƏ AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ BÜTÖVLÜYÜNÜN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏTƏNDAŞLAR HAQQINDA MƏLUMATLAR
Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Böyük İyirmilik ölkələri liderlərinin sammitində birgə bəyanat imzalanıb . Bəyanatda bildirilir ki , Böyük İyirmilik liderləri valyuta məzənnələrinin həddən artıq dəyişkənliyinə yol verməmək , həmçinin valyutaların rəqabətli devalvasiyasından yayınmaqla bağlı razılığa gəliblər .
Şərif Ağayarın NƏ DEMƏK istədiyi məlum olduğundan , onun NECƏ demək problemi yoxdur . NECƏ demək problemi şair üçün NƏ DEMƏK istədiyi məlum olmayanda yaranır . Qibəte olunucuq dərəcədə uğurlu şerdir .
Milli . Az Texnologiya - Milli . Az Sukerberq jurnalistlərlə görüşdü . Milli . Az xəbər portalı " TechnoCranch " a istinadən bildirir ki , dünyanın ən böyük sosial şəbəkəsi " Facebook " istifadəçilərinə gələn həftə " möcüzə " təqdim edəcək . Ekspertlərin fikrincə , sosial şəbəkə mobil telefonlar və iPad tipli planşet kompüterlər üçün yeni funksional əlavələri işə salmaq niyyətindədir . " Facebook " un ABŞ - ın Sietl şəhərindəki mərkəzi ofisində jurnalistlərlə görüşən Sukerberqin sözlərinə görə , " yenilik barədə çox danışmaq istəmir " . İlkin məlumatlara görə , sosial şəbəkə iPad planşet kompüterləri və iPhone smartfonları üçün çoxdan bəri gözlənilən mobil proqram əlavəsi , habelə fotoşəkillərin mübadilə proqramını istifadəyə verəcək . Bundan başqa , sosial şəbəkə mobil telefonlar üçün nəzərdə tutduğu bütün proqramı vahid servisdə inteqrasiya etmək fikrindədir . Eyni zamanda , " Facebook " un " Skype " və " Netflix " ilə inteqrasiyası da gözlənilir .
Talış dağları ölkənin cənub - şərq hissəsini tutur . Əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur . Talış dağları Kiçik Qafqaz dağlarından Elbrus ( İran ) dağlarına keçid həlqəsini təşkil edir və hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir .
Azərbaycan Yaşıllar Partiyasının ( AYP ) həmsədrləri və , Vətəndaş və İnkişaf Partiyasının ( VİP ) sədri və Azərbaycan Liberal Partiyasının ( ALP ) sədri arasında daha bir görüş keçirilib . Vətəndaş və İnkişaf Partiyasının sədri Milli . Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki , görüşdə ölkədəki ictimai - siyasi vəziyyət , müxalifətdaxili inteqrasiya prosesinin mövcud durumu , Türkiyədə keçirilmiş parlament seçkiləri və carı məsələlər müzakirə olunub . Müxalifətdaxili inteqrasiya məsələlərinin ətraflı müzakirəsi zamanı bu partiyaların ayrılıqda və digər siyasi təşkilatlarla birgə müəyyən olunacaq mümkün əməkdaşlıq formatları nəzərdən keçirilib . AYP , ALP və VİP sədrləri bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsinə tərəfdar olublar . " Dünən axşam radələrində partiyamızın Siyasi Şurasının toplantısı keçirildi və bu barədə məlumatı gün ərzində yayacağıq . Toplantıda müzakirə edilən məsələlər ölkədəki siyasi - ictimai vəziyyət və partiyanın yaxın dövrlər üçün fəaliyyət istiqamətləri idi . Daha sonra Türkiyədəki seçkilər haqqında geniş müzakirələr aparıldı və qərara alındı ki , həmin seçkilərdə barajı keçmiş hər üç partiyaya təbriklər göndərilsin . Habelə , belə qərara gəldik ki , iyul ayının 1 - dən etibarən ilin sonunadək partiyada təşkilatlanma işləri aparaq . Bununla bağlı geniş tədbirlər planı da hazırlanacaq " , - Ə . Əliyev dedi . Onun sözlərinə görə , Siyasi Şura bu ilin noyabr - dekabr aylarında VİP - in qurultayını çağırmaq qərarına gəlib . Eyni zamanda , partiyanın indiki üzvləri yenidən qeydiyyata alınacaq və VİP - ə yeni üzvlər cəlb olunacaq . " Fikrimcə , bu , partiyanın həyatında presedenti olmayan məsələdir , çünki indiyədək Vətəndaş və İnkişaf Partiyasında belə genişmiqyaslı tədbirlər olmamışdı " , - VİP sədri söylədi . O , daha sonra bildirdi ki , dünən Ümid Partiyasının sədri ilə də görüşüb və iki struktur arasındakı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub . AYP və ALP ilə üçtərəfli görüşə gəldikdə isə , təşkitlatlanmanın rəsmiləşdirilməsi ilə bağlı müzakirələr də aparılıb . Ə . Əliyevin fikrincə , bu ayın sonunadək işlər başa çatmalıdır . Yeni qurumun təşkilati formatı isə hələlik bəlli deyil . VİP sədri onu da bildirdi ki , iyunun 16 - da Avropa Birliyinin geniş nümayəndə heyəti Bakıda rəsmi səfərdə olacaq . Ə . Əliyev heyətlə görüşəcək partiya sədrləri arasındadır .
İsrafili Həsənin Həcər qeyrətli , Nigar kimi namuslu , ismətli , Azərbaycan qadınına xas olan Amalya xanımın tərbiyə verib böyütdüyü övladları Tahir və Zöhrə böyüdülər , yaşa doldular . Amalya xanım onlara həm ata , həm də ana oldu . Uşaqları böyütdü . Tahir Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüatı Akademiyasında oxudu və oranı bitirdi . Zöhrə isə Texnoloqiya Universitetini bitirdi . 2005 - ci ildə Amalya xanım Həsənin ruhunun xeyir - duası ilə qızları Zöhrəyə və onun sevgilisi Zaura toy etdi . 2007 - ci ildə Zöhrənin Zümrüd adlı qız övladı dünyaya gəldi . Ancaq Həsənə öz nəvəsi Zümrüdü görmək qismət olmadı .
5 . Namazı batil edən şey , üzrsüz olaraq qiblədən dönməkdir . Amma əgər üzrlü olsa , məsələn , unutqanlıq , ya məcburi olaraq ( şiddətli küləyin onu qiblədən döndərməsi kimi ) qiblədən əyilsə , amma sağ və sol tərəfə çatmasa , onun namazı səhihdir , amma lazımdır ki , üzrü aradan qalxan kimi dərhal üzünü qibləyə çevirsin . Əgər sağ və sol tərəfə çatsa , ya arxası qibləyə olsa , əgər unutqanlıq üzündən və qəflətdən olsa , qibləni düz tapmamış olsa və elə bir vaxt yadına düşsə ki , namazı sındırar və ikinci dəfə üzü qibləyə qıla bilər , hərçənd ona bir rük ` əti vaxt daxilində qılınmış olsa da , gərək namazı başdan başlasın . Əks təqdirdə , o namazla kifayətlənər və qəza etməsi də lazım deyildir . Habelə onun qiblədən dönməsi məcburi olsa , gərək bacardığı qədər qiblədən dönmədən namazı ikinci dəfə qılsın , hərçənd bir rük ` əti vaxt daxilində olsa da gərək namazı başdan başlasın . Əks təqdirdə həmin namazı tamam etsin . Ona , namazı yenidən qılmaq və qəza etmək lazım deyildir .
Xocalıya hücuma hazırlıq fevralın 25 - də axşam 366 - cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı . Şəhərə hücum toplardan , tanklardan , " Alazan " tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı . Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu . Tezliklə aydın olmuşdur ki , bu , məkrli hiylə imiş . Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar . Qarlı aşırımlarda və meşələrdə zəifləmiş , taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran - Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir .
Məsələn , mal - qara saxlamaq üçün tövlə , tərəvəz becərmək üçün münasib torpaq sahəsi və s .
Beynəlxalq turizmin coğrafiyası ( 1 . Beynəlxalq turizmin coğrafiyası kursunun mövzusu , məqsəd və vəzifələri - Ümumiyyətlə turizm nə deməkdir ? Gəlin bu sözün mənasını hərtərəfli araşdıraq . Turizm - çoxmənalı bir sözdür . Bu sözün ilk sadə anlayışı - istirahət və səyahət deməkdir . Turizm - fransız sözüdür və onun mənası gəzinti , istirahət və əyləncə deməkdir . Lakin bu sözün başqa mənaları da var . Məsələn , turizm - insanın istirahət etdiyi zaman bütün mürəkkəb prosesləri öyrənən və onları müəyyən istiqamətə yönəldən və tənzimləyən bir amildir . Eyni zamanda turizmi ölkə iqtisadiyyatının bir sahəsi kimi qiymətləndirirlər . Turizm sözünün törəməsi - « turistika » sözü - turizmin inkişafını öyrənən yeni meydana gəlmiş bir elmdir . Turizmin başqa bir mənası isə - turist - lərə göstərilən xidmət sahəsidir . İnsanlar həmişə səyahət ediblər . Öz qəbiləsinin yaşadığı məskənlərin ətrafından başlanan ibtidai səyahətlər daha sonralar uzaq səfərlər , dəniz və çaylarla edilən səyahətlərlə əvəz olunmuşdur . Səyahət müəyyən . . .
Məlum olub ki , bu günədək aparılan araşdırmalar zamanı 8 qeydiyyatdan keçirilməmiş silah aşkarlanaraq götürülüb . Türkiyə futbolunda danışılmış oyunların sayı isə ən azı 19 - dur . Bu oyunlar həm Bank Asya Birinci Liqa , həm də Superliqa komandaları arasında gerçəkləşib . Görüşlərin nəticəsinin öncədən razılaşdırıldığı faktlarla sübut olunsa da , həmin matçların siyahısı açıqlanmır . Bütün bunlar azmış kimi , polis əksər klublarda futbolçu transferlərindən də haqsız qazanc əldə edildiyini bildirib . Bunun üçün klublar hətta xüsusi güc qüvvələri də yaradaraq , qanunsuz hərəkətlərinin üstünü ört - basdır edirmişlər . Belə şəxslər futbolçulara hədə - qorxu gəlməklə onları alacaqlarından imtina etməyə məcbur edirmişlər . Qeyd edək ki , istintaq hələ də davam edir və qarşıdakı günlərdə daha geniş məlumatların üzə çıxacağı istisna deyil .
Misal ; 19 - cu əsrdə İngiltərədə oğurluğun , cibgirliyin ölüm cəzasına tabe olduğu dönəmdə , cibgirlərin çoxu digər " kolleqa " larının dar ağacına çıxarıldığı vaxt camaat arasında işlərini görürdülər .
Rəsmilər xaricdən maliyyələşən radikalların hakimiyyətə gəlmə və şəriət dövləti qurma iddalarından ehtiyyat edirlər .
Milli . Az xəbər portalının « İTAR - TASS » a istinadən verdiyi məlumata görə , o , amerikalıları Missurinin bu şəhərinə yardım etməyə , hər kəsi yardım fonduna « heç olmasa 5 - 10 dollar ödəməyə səsləyib » . Xatırladaq ki , Coplində baş verənlər ABŞ - da 1950 - ci ildən sonra qeydə alınmış ən dağıdıcı qasırğa sayılır . O , 140 nəfərin həyatına son qoyub . 40 nəfər hələ də itkin düşmüş sayılır . Yaralıların sayı 900 - dan artıqdır .
Və sonda … Nə qədər təəcüblü olsa da , Azərbaycanlılar arasında da bu qələbəyə sevinməyənlər , müsabiqəyə ləkə yaxanlar da tapıldı . Hərənin bir dərdi var , amma bildiyim qədəri onların bir çoxu bu qələbənin iqtidara işləyəcəyindən ehtiyatlanaraq bu addımı atırlar . Ola bilsin özlərinə görə , onlar haqlıdırlar , amma şəxsən mənim fikrimcə yanılırlar - vətənin qələbəsinə yalnız sevinmək lazımdır , müxalif vətənə deyil , iqtidara olmaq lazımdır . Unutmaq lazım deyil ki , iqtidara hər kəs gələ bilər , amma vətənimiz bir və dəyişilməzdir .
Zəhəbi ( Allah ona rəhmət etsin ) isə belə deyir : « Ümmət qadınlarının qətiyyətlə ən ağıllısı ( ən çox fikh bilən və anlayışa sahib olan ) idi . Muhammad ( Allahın ona salavat və salamı olsun ) ümməti içində , hətta bütün qadınlar içində ondan daha ağıllı bir qadın bilmirəm »
İstanbuldakı yeni " Türk Telekom Arena " stadionu 382 milyon dollara başa gəlib . Son dövrlərin ən müasir stadionu sayılan Londondakı " Emireyts Stedium " ( " Arsenal " FK ) 60ÿ355 tamaşaçı tutumuna malikdir və onun inşasına ümumilikdə 430 mln . avro xərclənib . Ən fantastik stadion adını qazanan Münhendəki " Allians Arena " da 69ÿ901 tamaşaçı futbol izləyə bilər . Bu stadionun layihə dəyəri isə 280 mln . avrodur . Londondakı " Uembli " stadionu isə dünyanın ən unikal və bahalı idman qurğularından biridir . 90 min tamaşaçı tutan stadion 475 mln . avroya başa gəlib . Avropanın ən böyük stadionu olan " Kamp - Nou " da ( " Barselona " FK ) 99 min tamaşaçı eyni vaxtda oyun izləyə bilər . Bu möhtəşəm arenanın layihə dəyəri 250 mln . avrodur . Rio - de - Janeyrodakı əfsanəvi " Marakana " stadionu dünyanın ən böyük idman arenasıdır və 87 min tamaşaçı tutur . Onun layihə dəyəri isə cəmi 286 mln . dollardır .
Gürcü nümayəndə heyəti də təbii ki , baş nazirin bu təklifini qulaqardına vurmayıb . Necə olmasa da , o , dövlətin ikinci şəxsidi axı . borchali
Təl Əviv " Makkabi " si , İsrailin ən köklü klubudur . 1906 - cı ildə yaranan bu klub 20 dəfə ölkə çempionu adını qazanıb . Bundan başqa , 22 dəfə də ölkə kubokunda bütün rəqiblərindən güclü çıxaraq kuboku muzeyinə aparıb . Bunlardan 7 - də isə qızıl dubl olub . Bu komanda 1971 və 1969 - cu illərdə Asia Kubokun sahibi olandan sonra , böyük uğurlar üzünə həsrət qalıb . " Makkabi " nin Avropa turnirlərində ən yaddaqalan uğuru 2004 / 2005 - ci illər Mövsümdə olub .
Uff kinoya baxmaq istəyirdim Perfumere amma harddiski notebuk görmedi Bayaq Vanilla Sky - a baxdım Gürcü dilində olsa da onsuzda orda danışılanları əzbər bilirəm . Dodaqdan oxumağı çoxdandır öyrənirəm . . Amma heç kim bilmir . İndi tamamilə oxuya bilirəm əlbəttə qocalar , cavanlar və uşaqlarda bu fərqlidir Uşaqlarınki çətindir , çünki tam danışa bilməyənə qədər ağızlarına gələni danışırlar və anlamaq olmur .
Bəh , bəh , tardan da bir nəzirverdilər ! Ey bacı , bilmirəm müsəlmansan , ya kafirsən ? Boynuva qızıl taxırsan , naməhrəmə baxırsan ! İlahi , and verirux ucubunuğun qəddinə , vəttəzalinin məddinə , bu övrətin cəddinə , cənnati - ədəndə yer kəramət elə . Ucadan « Amin » deyənlərlə bərabər . İlahi səni and verirux riyanın mübahlığına , qumarbazların sağlığına , Fironun allahlığına , kərbəlayi Hüseynqulunun cərrahlığına , bu nəzir sahibini əsrin Əzrail həkimlərinə vadar və möhtac eləmə . Ey
Mirze muellim , ailem adindan , Size reqbet ve hormet besleyen dost - tanishlarim adindan ad gununuzu tebrik adirem . Size mohkem can saqliqi , firavanliq , sevincli , xoshbext gunlerle dolu uzun omur arzulayiram .
Sonda tərəflər səlahiyyətləri çərçivəsində ölkələrində həyata keçirdikləri tədbirlər və fəaliyyətlər barədə bir - birini məlumatlandırmanın davam etdiriləcəyini vurğulayıb və qeyd olunan müddəaların həyata keçirilməsinə dair Protokol imzalayıblar . Protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə nazirinin müavini Ahmet Zahteroğulları tərəfindən imzalanıb . / / sia . az
Elə bilirdi ki , babam ' ' Şpionluq ' ' edir . . . Əmimin min bir əziyyətlə binanın damına çıxıb düzəltdiyi antena türk kanallarını göstərmədiyi üçün babam bir sonrakı pensiyasını alanda yenisini alacağına söz verdi . Aldı da . . .
Yapon lobbizmi yerli səviyyədə , bir qayda olaraq , yapon korporasiyası tərəfindən zavodun tikilməsi , yaxud yerli vergilər məsələlərinə toxunur . Məktəblərin və proqramların , mədəniyyət mərkəzlərinin yaradılması və maliyyələşdirilməsi yapon korporasiyalarının ştatlardakı hər bir iqtisadi təşəbbüsünün ayrılmaz hissəsidir . Ştatlarda bilavasitə lobbisi mövcud olan təşkilatların siyahısında bütün xarici korporasiyalar arasında yaponlar aparıcı yer tutur ; yalnız meksikalı təzyiq qruplarının xüsusilə əhəmiyyətli olduğu Meksika ilə sərhəddə yerləşən bir neçə ştat istisnadır , lakin orada da yapon lobbisi mövcuddur .
İstidir . « Qar » gözləmək beş ayda puç və əbəs .
Fransa - möhtəşəm və təkrarolunmaz , nəfis və rəngarəngdir . Bu ölkəni sevməmək olmaz . Burada melomanlar , teatrallar , incəsənət və memarlıq həvəskarları , romantiklər , qurmanlar , əyləncə həvəskarları və işgüzar adamlar - bir sözlə , hamı özünə aid nəsə tapacaq . Fransanın hər əyalətinin öz xəzinəsi var .
Həqiqət - Günəş kimidir : Zaman tanımır , Mühit tanımır , Şərait tanımır , Cəmiyyət tanımır - daim İşıq saçır .
Ey insan , sözlərimə dəqiq fikir ver bu iki sifətin sahibi hesab - kitabsız cənnətə daxil olar . Bu iki sifət elə şərafətlidir ki , Mütəal Allah özünü bu sifətlərlə tə ' rif etmişdir . Peyğəmbər və övliyaların bu barədəki , qissələri lap çoxdur və burada onları zikr etməyə imkan yoxdur . Hədislərdə gəlib ki , insan helmsiz abid ola bilməz . Allah helmli insanı sevər . Həlimlik mö ' minin sifətlərindədir . İntiqam almağa qüdrəti olan kəs qəzəbli vaxtı öz hiddətini cilovlayarsa Allah qiyamət günündə onu tam razı salar , qəlbini imanla doldurar və onu əmin - amanlıqda qərar verər . Onu məxsus ehtiramla çağırıb , deyər hər hansı hurul - eyni seçirsən seç və ona şəhid savabı verər .
Milli . Az Fotosessiya - Milli . Az O , özündən 24 yaş kiçik kişini sevir . Milli . Az xəbər portalı " Entertaiment " ə istinadən bildirir ki , amerikalı model , aktrisa və fotoqraf çimərlikdə əylənməyə davam edir . 56 yaşlı ulduz deyəsən , özünü hələ də cavan hesab edir və podiumların incisi sayıldığtı dövrlərin hələ bitmədiyini düşünür . O , əzələli və qırışlı bədənini nümayiş etdirməkdən çəkinməyib . 32 yaşlı britaniyalı yazıçı ilə çimərlikdə ayrılan yaşlı " gözəl " rəfiqələri ilə birlikdə dincəlib . Blekli ahıl xanımın yeni sevgilisidir . " Xeyli arıqlamışam və bunu etiraf edirəm . Eyni zamanda , zahiri görünüşümü yaxşılaşdırmaq üçün plastik cərrahiyyə , lipoksasiya və botoksdan da yararlanıram . 40 yaşımdan bəri botoksdan istifadə edirəm . Dostlarım deyirlər ki , bu qədər əməliyyatlar ziyandır . Ola bilər ki , qocalmışam . Amma dünyanın ən gözəl meyidi olmaq istəyirəm " , - Dikinson deyib .
Fatimə ( əleya salam ) elə böyük bir xanımdır ki , Allah - taala onun atasını , həyat yoldaşını , iki övladı - Həsən və Hüseynin ( əleyhiməs - səlam ) nurunu yaratmış , onların vilayətini mələklərə və sair məxluqlara təqdim etmişdir . Qəbul edənlər Allahın müqərrəblərindən , inkar edənlər isə kafirlərdən hesab olunub .
menim telefon markam x6 - 00 - dir . mene deye bilersiz bu olculerden hansi enim telefonuma aiddir ? !
Ortamüddətli dövrdə Mərkəzi Bank postböhran dövrünün tələblərinə uyğun olaraq , yeni pul siyasəti çərçivəsinin formalaşmasına və tətbiqinə başlayacaqdır .
Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamənin təsdiq olunması haqqında Qərar ( № 99 )
İsveçdə yaşayan Azərbaycanlılar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bu ölkəyə səfəri ilə bağlı etiraz aksiyası keçirib . Xarici İşlər Nazirliyinin qarşısında keçirilən tədbirdə məqsəd , Ermənistanın işğalçılıq siyasətinə etiraz etmək olub . İsveç - Azərbaycan Cəmiyyətinin sədri Nasir Məhəmmədəlinin ANS PRESS - ə verdiyi məlumata görə , piket keçirilən vaxt Xarici İşlər Nazirliyində müxtəlif ölkələrin diplomatları da olub və onlar da aksiyanı müşahidə ediblər . Aksiya bir saatdan artıq davam edib . Soydaşlarımız isveç və azərbaycan dillərində çıxışlar ediblər və şüarlar səsləndirilib .
Aydın Mirzəzadə : Belə təşəbbüslər siyasi fəallıq imitasiyası yaratmaq məqsədi daşıyır Yeni Azərbaycan Partiyası qanunvericiliyə uyğun olaraq bütün seçki hərəkətlərini lazımi səviyyədə yerinə yetirir . Partiyanın namizədi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alındıqdan sonra artıq komissiyada məşvərətçi səs hüquqlu üzv təyin edilib . YAP - ın MSK - da məşvərətçi səs hüquqlu üzvü olan partiyanın Siyasi Şurasının üzvü , millət vəkili Aydın Mirzəzadə Azərbaycanda seçkiqabağı mühitin normal olduğunu bildirib : - Ölkədə normal seçki mühiti mövcuddur . Bütün iddialı şəxslər bərabər şəkildə mübarizəyə qoşula bilərlər . Prezident seçkilərinin azad , şəffaf və ədalətli keçiriləcəyinə şübhə ola bilməz . Azərbaycan iqtidarı hakimiyyət qollarının formalaşdırılması üçün seçkilərin yüksək səviyyədə həm ölkə qanunvericiliyinə , həm də dünyada qəbul edilmiş demokratik normalara uyğun keçirilməsi üçün maksimum nə mümkündürsə , hamısını edir . Seçilmək iddiası olan hər bir şəxs bu gün qanunvericiliklə ona verilmiş imkanlardan istifadə edib öz təbliğatını apara və özünün düzgün bildiyi ideologiyanı təbliğ edə bilər . - Seçkiləri boykot edən müxalifət partiyalarının bu qərarının kökündə hansı amillər dayanır ? Seçkilərə qoşulmuş müxaliflər tələb olunan 40 min seçici imzası toplaya bilmir . Sizcə , boykot qərarı verən partiyalar özləri üçün bu problemi görərək belə addım atdılar ? - Dediyiniz amillərin hamısı var . Bəzi müxalifət partiyalarının seçkiyə qatılıb - qatılmamasının seçki prosesinə heç bir təsiri yoxdur . Çünki seçki müxalifətlə iqtidar arasında deyil , seçkidə iştirak edən şəxslər arasında keçirilir . Bütün dünyada belədir . Bu gün seçkidə iştirak etmək üçün həm hakimiyyət namizədi , həm müxalifətin digər qanadları , eyni zamanda , artıq siyasətə yeni qoşulan müstəqil siyasətçilər tərəfindən namizədlik irəli sürülüb . Onsuz da müxalifətin kifayət qədər tanınmış simaları seçkilərə qatılıb . Ənənəvi müxalifətin isə seçkidə iştirak etməməsinin səbəbi heç də boykotla bağlı deyil . Bu onların düşdükləri acınacaqlı vəziyyətlə bağlıdır . Gəlin baxaq , AXCP bir - birinin ardınca istefaların nəticəsində nə günə düşüb . Liberal Partiyası və ADP artıq siyasi səhnədən silinmək üzrədir . AMİP 6 aydır ki , özünə sədr seçə bilmir və bu partiyanın hər hansı sosial bazasından , yerli təşkilatlarından danışmağa dəyməz . Müsavat isə sonuncu mitinqinə cəmi 200 nəfər çıxara bildi . Belə olan halda , onların seçkiyə qatılmağı bir tərəfdən 40 min seçici imzasını toplamaqda problem yaradacaq . Bununla yanaşı , seçkilərdə ən aşağı yerdə olacaqlar . Müxalifətin 2003 - cü ildə əldə etdiyi " nailiyyəti " artıq təkrarlamaq mümkün olmayacaq . Bunun başlıca səbəbi Prezident İlham Əliyevin yüksək nüfuzu və gördüyü işlərin əks - sədasıdır . İkincisi isə , Prezident İlham Əliyevin fəaliyyətinin bəhrəsini hər kəs öz həyatında hiss edir . Bu gün seçkinin favoriti var və dövlət başçısı İlham Əliyevin siyasəti ümumilikdə müxalifətin fəaliyyətini heçə endirib . Bu , bərabər seçkidə , fəaliyyət proqramlarının mübarizəsi nəticəsində mümkün olub . - Amma bəzi müxalifət partiyaları seçkilərin obyektivliyinə kölgə salmaq üçün öz aralarında hansısa ittifaq yaratmaq istəyirlər . . . - Seçkini boykot edən partiyaların seçkilərə təsir etmək arzuları , sözün əsil mənasında , məntiqsizlikdir . Hansı metodla , hansı sosial baza ilə ? Onların birlikdən danışması cəmiyyətdə ciddi qəbul olunmur . Birlikdən o partiyalar danışır ki , seçkilər zamanı , 1993 - cü ildən bu günədək dəfələrlə bir - birilərinə xəyanət edib , bir - birilərini satqınlıqda , sosial bazaların olmamasında , nüfuzsuzluqda və s . ittiham ediblər . İndi isə bir - birilərini birləşməyə çağırırlar . Onların birləşməsi mümkün olmayacaq . Çünki şəxsi iddia , qarşılıqlı nifrət o qədər qüvvətlidir ki , birlik alınmayacaq . Hətta müxalifət birləşsə belə , hər hansı məqsədə çatmayacaq . Bu düşərgənin rəhbərlərini Bakıdan kənarda tanıyan yoxdu , özləri də kabinetlərindən kənarda Azərbaycan reallığını görmürlər . Hesab edirəm ki , belə təşəbbüslər siyasi fəallıq imitasiyası yaratmaq məqsədi daşıyır . Ancaq bu gün cəmiyyəti imitasiya ilə deyil , real güc , nüfuz və proqramlarla cəlb etmək olar . Bu isə Azərbaycan müxalifətində yoxdur . - Artıq bəzi beynəlxalq təşkilatlar seçkiləri müşahidə edəcəklərini bildiriblər . Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri qurumun Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel təyin edilib . Ölkəmizə qarşı dəfələrlə qeyri - obyektiv mövqe bildirən A . Herkelin seçkilərlə bağlı qərəzsiz olacağını gözləmək mümkündürmü ? - Andres Herkelin AŞ PA - nın müşahidəçilərinin rəhbəri kimi fəaliyyəti Azərbaycandakı seçkilərə heç bir təsir etməyəcək . Yəni , Azərbaycan seçkiləri qanunvericiliyə uyğun , demokratik prinsiplərə tam riayət edərək keçiriləcək . Müşahidəçilərin istər uzunmüddətli olsun , istər seçki günü olsun , Azərbaycanda hər hansı ciddi qanun pozuntusu tapması qeyri - mümkün olan məsələdir . Hesab edirəm ki , AŞ PA müşahidəçiləri Azərbaycandakı seçkilərə obyektiv qiymət verəcəklər . - Regionda , konkret olaraq , Gürcüstanda vəziyyətin gərginləşməsi şəraitində Azərbaycanın tutduğu mövqeyi necə qiymətləndirmək olar ? Bəzi ekspertlər hesab edir ki , gərginliyin yaradılmasında əsas məqsəd Azərbaycana zərbə vurmaqdır . Sizcə , seçki ilində regiondakı gərginliyin ölkəmizə hər hansı təsiri ola bilərmi ? - Əlbəttə , Gürcüstanın Cənubi Osetiya bölgəsində baş verən hadisələr bu ölkədən qat - qat kənara çıxdı . İlk növbədə , Rusiyanın bu proseslərə qoşulması və öz səlahiyyətlərini müəyyən qədər aşması nəticəsində baş verdi . Artıq biz regionda yeni münasibətlər toplusundan danışa bilərik . Azərbaycanın bu məsələdə tutduğu təmkinli siyasət ölkəmizi ilk növbədə provakasiyaya çəkilməkdən qorudu . İkincisi , bu proseslərin Azərbaycanın iç siyasətinə təsir etməsinin qarşısını aldı . Azərbaycan özünün daxili inkişaf xəttini qoruyub saxlaya bildi . Bu proseslərdə Azərbaycanın da sözünün və çəkisinin kifayət qədər təsiredici olduğu göründü . Hesab edirəm ki , iqtidarın balanslaşdırılmış xarici siyasət kursu , daxili siyasətdə isə daxili imkanlarına söykənə bilməsi inkişaf modelinin əsasını təşkil edir . Heç də təsadüfi deyil ki , bugünlər xarici KİV - lərdə Azərbaycanın öz siyasətində hansısa ölkəyə deyil , məhz daxili resurslarına söykənərək hərəkət etdiyi xüsusilə vurğulanır . Nardar BAYRAMLI
RAUFRAY wrote 3 years ago : Ötən günlərdə Türkiydə 100 % yerli istehsal olan atıcı silahın təqdimatı keçirilmişdir . " Mehme … more →
Əsrlər boyu insanları vahimədə saxlayan ölüm sizin məhəbbətinizin qarşısında məğlub olacaqdır .
Fizika - Riyaziyyat və Texnika Elmləri Bölməsi 1995 - 2000 - ci illər ərzində 34 mühüm elmi nailiyyət əldə etmiş , 47 patent almışdır . 5 ildə 98 əməkdaş - bunlardan 79 - u namizədlik , 19 - u isə doktorluq dissertasiyası müdafiə etmişdir . 2639 məqalə , 104 monoqrafiya nəşr olunmuşdur .
- müxtəlif mənbələri təhlil etməklə onlardan nəticələrin çıxarılması , sosioloji məlumatlar üzərində işin təşkili , sosial , iqtisadi , mədəni problemlərin tarixi baxımından inkişafının digər fənlərlə əlaqədə izlənilməsi ;
Qadın bu zaman mətbəxdə gecədən çirkli qalan qabları yumağa girişmişdi .
Azərbaycanın birinci xanımı , Heydər Əliyev Fondunun prezidenti , YUNESKO - nun və İSESKO - nun xoşməramlı səfiri , Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 24 - də Abşeron rayonunun Masazır qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş 3 nömrəli orta məktəbdə yaradılmış şəraitlə tanış olmuş , " Şən yuva " uşaq bağçasının açılışında iştirak etmişdir . Masazır qəsəbəsinin " Qurtuluş - 93 " yaşayış kompleksinə gələn Mehriban xanım Əliyevaya məktəblilər gül dəstəsi təqdim etdilər . Azərbaycanın birinci xanımı əvvəlcə yaşayış kompleksində 2009 - cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 3 nömrəli məktəbin binasında yaradılmış şəraitlə tanış oldu . Məlumat verildi ki , 500 şagird yeri olan məktəb zirzəmi ilə birlikdə üçmərtəbəlidir . Burada uşaqların müasir tələblər səviyyəsində təhsil almaları üçün hər cür şərait yaradılmışdır . Birinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə diqqət və qayğılarını əks etdirən fotostendlər qurulmuşdur . Məlumat verildi ki , şagirdlərin təlim - tərbiyəsi və təhsili ilə 45 pedaqoq məşğul olur . Heydər Əliyev Fondunun " Yeniləşən Azərbaycana yeni məktəb " proqramı çərçivəsində inşa olunmuş bu təhsil ocağında kompyuter , fənn otaqları , ən müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar vardır . Mehriban xanım Əliyeva kimya və fizika fənlərinin tədris olunduğu siniflərə baxdı , məktəblilərin informasiya - kommunikasiya texnologiyalarına yiyələnmələri üçün yaradılmış kompyuter otağı ilə tanış oldu . Bildirildi ki , kompyuterlərin hamısının internetə çıxışı vardır . Məktəbin binasının qızdırılması üçün fərdi qazanxana quraşdırılmışdır . Ətrafdakı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılmış , müxtəlif ağaclar və gül kolları əkilmişdir . Mehriban xanım Əliyevaya məlumat verildi ki , məktəbin ərazisində futbol və voleybol meydançaları vardır . Həmin ərazidə Fondun təşəbbüsü ilə beşmərtəbəli idman məktəbi inşa olunur . Gələn il istifadəyə verilməsi planlaşdırılan idman məktəbi bütün qəsəbə üçün nəzərdə tutulmuşdur . İdman məktəbində bir böyük və üç kiçik idman zalı , üzgüçülük hovuzu inşa edilir . Sonra Heydər Əliyev Fondunun prezidenti " Şən yuva " uşaq bağçasının açılışında iştirak etdi . Bağça uşaqları Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim etdilər . Azərbaycanın birinci xanımı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış oldu . Məlumat verildi ki , mansardla birlikdə 3 mərtəbəli binada 120 uşağın təlim - tərbiyəsi üçün hər cür şərait yaradılmışdır . Yaşlarına müvafiq olaraq dörd qrupa bölünmüş uşaqların tərbiyəsi ilə 20 müəllim və tərbiyəçi məşğul olacaqdır . Heydər Əliyev Fondunun " Təhsilə dəstək " layihəsi çərçivəsində inşa olunan bu müəssisənin tikinti işlərinə ötən il başlanılmış və qısa zamanda başa çatdırılmışdır . Bağçanın birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyev , Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılmışdır . Burada kiçik yaş qrupu bölməsi , yeməkxana , kitabxana , mətbəx , həkim otağı yerləşir . Uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı , rus və ingilis dilləri də tədris ediləcəkdir . Bunun üçün bağça hər cür dərs ləvazimatı ilə təchiz olunmuşdur . Uşaqlara burada rəqs və musiqi də öyrədiləcəkdir . Fondun prezidentinə məlumat verildi ki , bağçada uşaqların asudə vaxtlarının səmərəli təşkili , əylənmələri üçün qış və yay oyun zalları vardır . Mehriban xanım Əliyeva yeməkxanada və mətbəxdə yaradılmış şəraitlə tanış oldu . Kiçik yaş qrupunda uşaqlarla görüşən Fondun prezidenti onların yataq şəraiti ilə də tanış oldu . İstiliklə təchizat üçün ayrıca qazanxana tikilmiş , bağçanın ətrafında abadlıq işləri aparılmışdır . Burada uşaqların istirahəti və əylənməsi üçün müxtəlif attraksionlar quraşdırılmışdır . Görülmüş işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva bağçanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı .
Başlanmış vətəndaş müharibəsini dayandırmaq , müxalif tərəflər arasında anlaşma yaratmaq məqsədilə siyasi idarəçilik bacarığı olma - yan , xarici dövlətin xüsusi orqanlarının və revanş almaq istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş , lakin real silahlı gücə malik olan Surət Hüseynovu öz sayıq nəzarəti altında saxlamaq məqsədilə Heydər Əliyev onu baş nazir vəzifəsinə təyin etdi . Güc nazirliklərinə rəhbərlik də ona tapşırıldı . Belə yüksək vəzifələr tutsa da , Heydər Əliyev iqtidarında öz məqsədinə nail ola bilməyəcəyini dərk edən Surət Hüseynov qərargahı Gəncədə yerləşən Səhra - Cəbhə İdarəsi yaratdı , burada sabiq müdafiə naziri Rəhim Qazıyev , iyunun 15 - də Lənkəranda hərbi hissələrin köməyi ilə hakimiyyəti devirmiş Əlikram Hümbətovla birlikdə cəbhədə vəziyyəti daha da ağırlaşdırmaq , cəmiyyətdə siyasi çaxnaşma yaratmaq , dövlət başçısını hakimiyyətdən əl çəkməyə məcbur etmək və Ayaz Mütəllibovu yenidən hakimiyyətə qaytarmaq planları hazırladı və həyata keçirməyə başladı . S . Hüseynov Gəncədə bəyanat verib bildirdi ki , o , " xalqın və dövlətin taleyinin həll edilməsi məsələsini " öz üzərinə götürür . Ə . Hümbətov bu bəyanatı alqışladı . Vəziyyəti sivil qaydada nizama salmaq istəyən Heydər Əliyevlə görüşündə öz imkanlarını düzgün qiymətləndirməyib şişirdən , səlahiyyəti xalqdan deyil , bir dəstə silahlı quldurdan almış , " səlahiyyətim avtomatımdır " deyən Ə . Hümbətov davakar - ultimativ iddialar irəli sürdü .
Nə biləydik bu sevginin sonu yox , Nə biləydik dünya belə dönəcək . Nə biləydik sevgi adlı bu qonaq İkimizin aramızda öləcək . . . Ulu sevgi göydən yerə endimi , Nə dayandı yolumuzun üstündə ? Bu məhəbbət soyuduqca , sən demə , Can verirmiş qolumuzun üstündə . ( Ardı )
FƏSIL : ISTEHSAL LOGISTIKASI 1 . ISTEHSAL LOGISTIKASININ MAHIYYƏTI Hər bir təsərrüfat subyekti infrastruktura bölmələri tərəfindən özünün müəssisədən kənar xarici əlaqələrini formalaşdırır və daxili bölmələr arasında funksional qarşılıqlı əlaqələr yaradır . Müəssisənin maliyyə , material və əmək resurslarının idarəedilməsi mahiyyət ehtibarı ilə məhz infrastruktur bölmələrinin köməkliyi ilə aparılır . Bu zaman logistik konsepsiyanın tətbiq edilməsi , müəssisənin struktur elementlərinin texnoloji aspektdən ixtisaslaşması prinsipinin qorunub saxlanılması imkan verir ki , əsas struktur bölmələri və infrastruktur kompleksləri arasında əlaqələrin inteqrativliyinə nail olunsun . Aydındır ki , istər əsas struktur bölmələri və istərsə də infrastruktura kompleksləri tamın hissələridir və belə inteqrativ əlaqələrə malik olmadan müstəqil formada fəaliyyət göstərə bilməzlər . Bu qeyd olunanlar özünün bariz nümunəsini xüsusi ilə istehsal logistikasının təşkili və idarəedilməsində ( çevik istehsal - lo . . .
Ruhi Tuna qaranlıqları yararaq Azərbaycan adlı aydınlığa qovuşur , vardıqları həqiqətləri heykəlləşdirir . Türklük şüuru heykəllərin görünümü , giz dolu lal dilləri ilə insanlıq tarixi üçün örnəkləndirilir . Böyləcə də Azərbaycan qavramı , Azərbaycan dünyası ortamında insanlıq həqiqətləri idrak edilir , gözlə görünür . " Yarpaq damarların oxuya bilsən Ağacın tarixin onda görərsən " ( G . G )
thermaltakenin resmi distributeri computexdir , oranin satish uzre administratoru ile danisdim , dediki resmi distributer bunu sene 70 manata teshkil edecek 6 ayliq qaranti ile : redcarded :
Bu il Evrovison yarışması Rusiya - nın başkəndi Moskova - da keçiriləcək . Ölkələrin numayəndələri öz ölkələrini layıqqicə təmsil etmək üçün çabalırlar . Erməniləri örnək versək , bu yarışmaya sözdə " Erməni Soyqırımı " nı xatırladan bir mahnı ilə çıxış etmək üçün , devlət səviyəsində əllərindən gələni buraxmadılar , qazanıb qazanmadıqları önəmli olmadığın bilərək , çabalarının əsl amacı önəmlidir . Onların mahnısı seçilməsədə , Erməni Soyqırımı gündəmə çıxmışdır və Evrovison yarışmasına qatılan və ya izləyən ona düşünəcəkdir .
Yəqin ki , ən kiçik ölçülü bu məşhur dizayn işinə elə yanaşılır ki , sanki A1 ölçüdə ağ kağıza yağlı boya ilə sərbəst mövzuda rəsm çəkmək tapşırığı verilib . Əsas nüans isə unudulur - vizitka sahibinin qarşı tərəfə koordinantlarını ötürmək üçün sadə və səliqəli bir vasitə olmalıdır . Yəni oxunaqlı və praktik . Böyük əksər hallarda verilən effektlər , rənglər , kiçik fotolar sadəcə informasiyanın ötürülməsini çətinləşdirir . Mövzudan xeyli uzaqlaşdım , amma giriş üçün bu mövzu bəlkə də daha münasib oldu . Vizitka haqqında , orda istifadəsi məsləhət görülən və görülməyən nüanslar haqqında növbəti dərslərdə söhbət açacağıma görə hələlik sadə bir vizitka formasının Corel Draw proqramında necə dizayn olunduğunu öyrənək .
Mərasim Yetkin keçdi . Əsilin Təşkilatçılığı , Safruhun Sözü , Halalın Yazısı , Övladların Riqqəti Müqəddəslik səviyyəsindəydi . Nöqsan : Toplanış Mütləqiliyinin pozulması .
PHP dünyadakı bir çox veb - proqramçıların sevdiyi dildir . Diqqət yetirsək veb - saytların böyük bir hissəsinin yaradılmasında PHPdən istifadə edilmişdir . PHP öyrənməkdə çox rahat və genişimkanlı dillərdən biridir . Əsas təyinatı veb - proqramlaşdırmada istifadədir . Lakin son zamanlar digər sahələrdə də istifadə olunmağa başlayır . Lakin PHP vasitəsi ilə scriptləri yazarkən bəzi təhlükəsizlik tədbirlərini ( SQL İnjection , Remote Code İnclusion , XSS və s . ) mütləq nəzərə almaq lazımdır . Bu tədbirləri nəzərə almadıqda həmin skriptləri çox asan üsullarla sındırmaq mümkün olur . PHP 5 versiyası çıxdıqdan sonra PHP obyekt - yönümlü proqramlaşdırma dillərindən birinə çevrildi ( əvvəllər OOP - un prinsiplərinə tam əməl olunmurdu ) .
2 . Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin .
Analoji hal Amerika səfirliyi tərəfindən olub . Belə ki , görüş təşəbbüsü səfirliyə məxsus olmayıb . Səfirlikdən SİA - ya verilən xəbərə görə , görüşdə məqsəd isə İP - ya daxil olan qüvvələrin mövcud ictimai - siyasi durumla bağlı görüşləri və fikirləri ilə tanış olmaq olub .
AZƏRBAYCAN NEFTİ Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün , gələcək üçün , xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir . Heydər Əliyev Dərin mənəvi , mədəni , elmi iqtisadi , potensiala , əlverişli coğrafi - siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur . Bu sərvətlər içərisində neft əsas yer tutur . Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə , dərin inam və qətiyyətlə , məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal , genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin , iqtisadi tərəqqisinin , insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir . Azərbaycan neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçmişdir . Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərv . . .
Baş Redaktor - Ruzi MƏMMƏDOV Baş Redaktoru kommersiya məsələləri üzrə müavini - Orxan KƏLBİYEV Veb Redaktor - Ceyhun SÜLEYMANOV Art Direktor - Nəriman AXUNDOV Marketinq meneceri - Anar ƏHMƏDOV Yayım meneceri - Cəlil ABBASOV Xüsusi müxbirlər - İlahə MƏMMƏDLİ / Gültəkin İMANOVA / İlqar CƏFƏROV
Bugun yaman prikoldur forum Allah axırın xeyir eləsin Cola sonsuzluq yaradır kişilərdə Spideritto
Gürcüstan lideri dünya ictimaiyyətini Gürcüstanın hava məkanının pozulmasına qiymət verməyə çağırıb : " Biz dünya ictimaiyyətinin reaksiyanı gözləyirik . "
Məsələn , qısa adı olan « Rabita » olan və dünayada şəriət dövlətini qurmaq istəyən öir hörgütə kim maliyyə yardımı edir ? ABŞ kəşfiyyat orqanlarına bağlılığı heç kimdə şübhə doğurmayan « Aramco » şirkəti ! Yəni , keçmiş Sovetlər Birliyini içəridən sarsıtmaq üçün « yaşıl kuşaq » adlanan əməliyyata üstünlük verən ABŞ - ın bu kimi oyunları o qədərdir ki , saymaqla qurtarmaz …
4 . Kompozit materialında əyrifazalı doldurucu layların gətirilmiş elastiklik modulunun qiymətinə təsiri
Üçüncü şübhə Allah peyğəmbərlərdən qadın seçməyib . Bu da onu sübut edir ki , qadınların mənəviyyatı azdır . Cavab Birinci bunu deyə bilərik ki , peyğəmbərlərin xüsusiyyətlərinə və gördüyü işlərinə nəzər saldıqda bu işin xanımlara aid olmadığı özü - özlüyündə məlum olur . Peyğəmbərlik , kişinin , yaxud qadının biri digərindən üstün , ya aşağı səviyyədə olduğunu ölçmək üçün deyil , sadəcə Allah tərəfindən tapşırılan məsuliyyətdir . Bu məsələyə ictimai yöndən də yanaşdıqda görürük ki , gərək peyğəmbər daim cəmiyyətlə ünsiyyətdə olsun və öz sözünü müxtəlif yerlərdə və müxtəlif insanlara çatdıra bilsin . Onu da əlavə edək ki , peyğəmbər öz dininin yayılması , insanların sürətli hidayəti və öz müxaliflərinin şərindən amanda qalması üçün müharibə etmək lazım olarsa , ordu yaratmalı və döyüşməlidir ; əgər ictimai böhran olarsa , əqli və nəqli dəlillərlə sülhü və əmin - amanlığı bərqərar etməlidir , öz tərəfdarlarını müxtəlif yerlərdə nəzarətçi qoymalıdır . Biz demirik ki , xanımlar bütün bu işləri və hökmranlıq etməyi bacarmır , əslində bunu bildirmək istəyirik ki , bütün bunlar bir xanım üçün çox çətindir . Bundan əlavə , qadınların fiziki quruluşu və qadınlıqdan irəli gələn xüsusiyyətləri ( hamiləlik və s . ) bunu daha da ağırlaşdırır . İkinci bir məsələ budur ki , bir ümmətin öz peyğəmbərini ideal bir şəxs kimi qəbul etməsindən ötrü , onunla daim ünsiyyətdə olması lazımdır . Lakin xanımların xüsusi cazibəsi onların ideal rolunu oynamalarına mane olur . Aydındır ki , bu , onların deyil , əksinə , kişilərin zəif cəhətlərindən ötrüdür . Dördüncü şübhə Qadınların imanı naqisdir , çünki ayın bir neçə gününü namaz və orucdan məhrum olurlar . İmanın naqisliyini xanımlara aid etmək istədikdə ümumi danışmaq ağıl və din cəhətindən qəbulolunmazdır . Çünki Allah - Taala Qurani - kərimdə bir çox qadınları nəinki xanımlara , hətta kişilərə belə nümunə göstərmişdir . Bu xanımlar iman cəhətindən Allaha yaxın olanlardırlar . Buna Fironun həyat yoldaşı Asya xanımı , həzrət İmranın ( ə ) qızı Məryəm xanımı və həzrət Musanın ( ə ) anasını misal göstərmək olar . Bu şübhənin cavabında bir neçə məqama da toxunmaq olar : 1 . Əgər namaz qılmaq Allahın əmridirsə , ayın bəzi günlərində qadınların ibadət etməməsi də Onun digər bir əmridir . Bu halda xanımın namaz qılmaması , yaxud oruc tutmaması elə Allahın əmrinə itaət etməkdir . 2 . Dinimizdə bəzi əməllərin vacib olmasına baxmayaraq , elə hallar olur ki , onu zahirdə naqis etməklə yerinə yetiririk ki , bunun özü Allahın istəyidir . Məsələn dördrəkətli namazımızı səfərdə iki rəkət qılırıq və əgər dörd rəkət qılsaq , namazımız batildir . Həmçinin oruc tutmağa qüdrəti çatmayan şəxsin oruc tutması haramdır . Bu hallarda belə şəxslərin Allahın əmri ilə ibadətdən kənarda qalması onların imanlarının naqisliyinə sübut ola bilməz , əksinə onların Allahın əmrlərinə itaət etmələri kimi dəyərləndirilir . Onlar üçün qadağa olmasaydı , bəlkə də çoxundan daha eşqlə ibadət edərdilər . 3 . Başqa bir məsələ də budur ki , İslam dini xanımları ayın bəzi günlərində namaz və orucdan kənar etsə də , digər mənəvi əməllərdən kənar etməyib . Məsələn xanım bu günlərdə namaz vaxtı dəstəmaz alıb həmişə namaz qıldığı yerdə oturub Allahı zikr edə bilər ( bu müstəhəb əməldir ) , yaxud elə bir əməl edə bilər ki , Allaha yaxınlaşmasına səbəb olsun . Həmçinin bu halda oruc tutmursa , sonradan onun qəzasını yerinə yetirir . Bir də ki , əgər xanımlar ayın bir neçə gününü ibadət edə bilməsələr də , hesablayanda ibadət günlərinin sayı yenə kişilərlə eyni olur . Çünki xanıma doqquz yaşında , kişiyə isə 15 yaşında ibadət vacib olur . Seyid olan xanımdan 60 , seyid olmayan xanımdan isə 50 yaşında bu hökm götürülür . Əgər hesablasaq , görərik kişi ilə qadının ibadətlərinin sayı bərabərdir . Bu haqda sübutlar çoxdur . Əgər daha ətraflı məlumat toplamaq istəsəniz , məqalənin sonunda olan mənbələrə müraciət edə bilərsiniz . Beşinci şübhə Zuxruf surəsinin 18 - ci ayəsinə əsasən , qadınlar bütün fikir - zikirlərinin zinətlənməyə sərf etdikləri üçün fikirlərini açıqlaya bilmirlər . Beşinci şübhənin cavabı Ayətullah Cavadi Amulinin cavabı : " Xanımların bərbəzəyə olan meylləri onların zatının bir hissəsi deyil və şərti refleksiyadır . Yəni məntiq elmində insanı tərif edərkən natiq heyvan deyilir , nəinki bərbəzəkli natiq heyvan . . . Əgər xanım elm öyrənməyi özü üçün hədəf seçsə və əgər dünyaya azca etinasız olsa , kişi kimi , həmçinin kişi ilahi elmləri özündən kənar etsə və həmişə dünya sərvəti yığmaqla məşğul olsa , qadın kimi olacaqdır . Yaxud əgər təlim - tərbiyə düzgün olarsa , kişi və qadının hər ikisi bərbəzəyə olan bu istəklərini mötədil həddə saxlamağı bacararlar . Əksinə olaraq lazımsız və qeyri - islami olan təlim - tərbiyə əsasında olarsa , məlumdur ki , xanım öz sübutlarını gətirə bilməyərək özünü müdafiə edə bilməz " . Yazdığımız mətləblər haqqında ətraflı məlumatı aşağıdakı mənbələrdən əldə edə bilərsiniz : 1 . " Nezame şəxsiyyəte zən " - Zibayi Nejad . 2 . " Hoşdariye dər həsti şenasiye zən " - İmam və başqaları . 3 . " Zən dər Quran " - Əllamə Təbətəbai . 4 . " Zən dər ayineyi - cəlal və cəmal " - Cavadi Amuli .
38 Heydərbaba , Nənəqızın gözləri , Rəxşəndənin şirin - şirin sözləri , Türki dedim , oxusunlar özləri , Bilsinlər ki , adam gedər ad qalar , Yaxşı - pisdən ağızda bir dad qalar .
MA müəssisələrində planlaşdırılma Planlaşdırmanın mahiyyəti və növləri Uçuş bölmələri işinin planlaşdırılması Mülki aviasiyanın əsas fəaliyyəti üzrə iş həcminin planlaşdırılması Aviaxətlərin yaradılması , hərəkət və daşıma planının tərtibi 1 . Planlaşdırmanın mahiyyəti və növləri Təsərrüfatçılığın istənilən sistemində planlaşdırma nə , necə , kim tərəfindən və nə vaxt edilməlidir suallarına cavab verməlidir . Iqtisadiyyatda planlaşdırmanın mahiyyəti , iqtisadi və sosial inkişafın məqsədini , vəzifələrini təyin etməkdən , qarşıdakı dövrdə nailiyyətləri təmin edən daha səmərəli qərarların müəyyənləşdirilməsindən ibarətdir . Planlaşdırmanın mahiyyəti müəyyən edilmiş dövr üçün bütövlükdə obyektin və onun bölmələrinin inkişaf etdirilməsi fəaliyyətinin konkretləşdirilməsində ; istehsal - təsərrüfat məsələlərinin , onların realizə olunma vasitələrinin təyin edilməsində ; qoyulmuş məsələnin həlli üçün zəruri - maddi , əmək və maliyyə resurslarının mənbələrinin tapılması və onların bölüşdürülməsində meydana çıxır . Göründüyü ki . . .
" Turist marşrutları və ekskursiya işinin təşkili " fənnindən REFERAT İŞİ MÖVZU 1 Azərbaycan Respublikasının turist marşrutlarının istiqamətləri Şimal istiqaməti - Bu istiqamətə 2 turizm bölgəsi daxildir : Bakı - Abşeron turizm bölgəsi və Quba - Xaçmaz turizm bölgəsi Bakı - Abşeron turizm bölgəsi Azərbaycan Respublikasının şərqində , Xəzər dənizi sahilində yerləşir və əlverişli coğrafi mövqeyə malikdir . Bölgə dərketmə , müalicə - sağlamlıq , idman , işgüzar turizm növləri üzrə ixtisaslaşmışdır . Xəzərin Bilgəh , Nardaran , Pirşağı , Buzovna , Zuğulba , Novxanı sahillərindəki qumlu çimərliklər turizmin inkişafı baxımından əlverişlidir . Balneoloji iqlimə malik bölgədə " Gənclik " , Beynəlxalq Turizm Məkəzi , " Neptun " turist bazası və sanatoriya - kurort mərkəzləri ( Bilgəh , Mərdəkan , Buzovna ) fəaliyyət göstərir . Bakıda İçərişəhərin tarixi - memarlıq abidələrindən olan Buxara və Multani karvansaralarından müasir dövrdə turist obyektləri kimi istifadə olunur . Bakı Əyləncə Mərkəzi , " Akva - park " , " Lunapark " , " Lido " istirahət və əyləncə m . . .
Hər bir ölkə iqtisadiyyatının ən birinci tərkib hissəsi onun təbii ehtiyatlarıdır . Birləşmiş Ştatlar mineral resurslarla və əkinə yararlı münbit torpaqlarla zəngindir və ona mülayim iqlim şəraiti bəxş edilmişdir . O , həmçinin Atlantik və Sakit okean suları , eləcə də Meksika körfəzi ilə əhatə olunmuşdur . Burada kontinenti kəsib keçən çaylar axır və Böyük göllər - Kanada ilə ABŞ sərhədi boyu yerləşən beş böyük göl əlavə naviqasiya imkanları yaradır . Bu geniş su yolları uzun illər ölkə iqtisadiyyatının yüksəlişinin formalaşmasına və ABŞ - ın əlli müstəqil ştatının vahid iqtisadi məkan daxilində birləşməsinə böyük yardım göstərmişdir .
" Mənim zənnimcə , Qəbələ stansiyası xətakar ölkələrdən atılan raketlər təhlükəsi ilə bağlı bütün problemləri həll etməyəcək . Mən eləcə də zənn etmirəm ki , Qəbələ RLS - i ABŞ - la və Polşa , ABŞ - la Çexiya arasında aparılan danışıqlara bir alternativ kimi qəbul olunur " . bbc
Əncir tut fəsiləsindən olub , ( Moraceae ) Azərbaycanda geniş yayılmışdır . Bağbanların , alimlərin və botaniklərin fikrincə dünyada yayılan və becərilən subtropik meyvəli bitkilərin içərisində əncir qədər zəngin qidalı , ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur . Başqa sözlə əncirə xas olan dietiklik , yüksək kalorilik , ətirlilik təmlik , şirinlik və digər xoşa gələn xassələrə görə onu başqa meyvələrdən fərqləndirir . Əncirin əsas vətəni Suriya və Kiçik Asiya ölkələridir . Bundan başqa əncir Aralıq dənizi sahillərində və xüsusən Yunanıstanda çox geniş yayılmışdır . Azərbaycanda Abşeronda becərilən « Sarı Sabahi » və ya « Sarə əncir » sortu xüsusilə məşhurdur . Ümumiyyətlə Azərbaycanda əncirin iki növü yayılmışdır . 1 . Mədəni əncir - respublikamızda geniş miqyasda becərilir . 2 . Hirkan ənciri - yabanı halda Lənkəran zonasında yayılıb . ( Ardı )
" Təhsil haqqında " Qanuna görə , təhsil məktəbəqədər mərhələdən başlanır . Bununla belə , məktəbəqədər təhsil müəssisəsinə gələnə qədər uşaq ailədə tərbiyə olunur . Onu da etiraf etmək lazımdır ki , uşaqların xeyli hissəsi məktəbəqədər təhsil mərhələsini , eləcə də məktəbəhazırlıq dövrünü keçmədən birbaşa məktəbə qəbul edilirlər . Beləliklə , aydın təsəvvür olunur ki , uşağın tərbiyəolunma sistemində varisliyin pozulması halları bu zamandan başlanır . Belə nəticə çıxarmaq olar ki , yaranmış problemin həlli məqsədilə , ilk növbədə , valideynlər üçün yerlərdə metodiki məsləhət və əlaqələndirmə mərkəzləri təşkil edilməlidir . Yəni məktəbəqədər təhsil müəssisələrindəki təlim - tərbiyə prosesi ailələrdəki eyni prosesin , ibtidai təhsil isə məktəbəqədər təhsil və məktəbəhazırlıq təliminin davamı kimi vahid sistemdə birləşməlidir . Yalnız bu halda uşağın psixoloji və mənəvi cəhətdən məktəb təliminə hazır olmasından danışıla bilər . Belə bir sistemin qurulması , heç şübhəsiz , ibtidai təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər . Bəs ölkəmizdə ailədən məktəbəqədər tərbiyə müəssisəsinə keçid sahəsində hansı problemlər mövcuddur ? Təhlil göstərir ki , hər il birinci sinfə qəbul edilən uşaqların orta hesabla yalnız 20 faizə qədəri bağçalardakı məktəbəhazırlıq qruplarından gəlir . Bir sıra inkişaf etmiş ölkələrdə 5 yaşlıların hamısı icbari olaraq məktəbəhazırlıq mərhələsini keçirlər . Ölkəmizdə isə bu vəzifəni yerinə yetirmək üçün , əlbəttə , mövcud uşaq bağçalarının imkanları heç də kifayət deyildir . Belə ki , uşaq bağçaları ən yaxşı halda ölkə üzrə 5 yaşlıların yalnız 40 - 45 faizini qəbul edə bilər . Düşünürəm ki , təxirəsalınmadan 5 yaşlı uşaqların məktəbəqədər təhsili üçün hazırlıq işlərinə başlanmalı , nazirliyin bu sahədə 8 - 10 ili əhatə edən strateji planı hazırlanmalı , hökumət səviyyəsində tədbirlər görülməlidir . Eyni zamanda digər yaş qrupları da unudulmamalı , ölkədə məktəbəqədər təhsil imkanlarının və əhatə səviyyəsinin artırılması istiqamətində Dövlət Proqramı çərçivəsində zəruri tədbirlər davam etdirilməlidir .
BİOSFER Yer kürəsinin səthi canlılar və cansızlar arasında bölünmüşdür . Yerin cansız aləminin yaşı 5 mlrd . il , canlı aləminin yaşı isə 3 mlrd . il olaraq qəbul edilmişdir . Məhz bu səbəbdən bəzi alimlərin fikrincə , yerin cansız aləmi canlı aləminin yaranması üçün başlanğıc rolunu oynamışdır . Yer kürəsinin , əsasən , həyatın mövcud olduğu məkanlar mühit adlanır . Mühit anlayışı özü də iki cür olur : daxili və xarici mühit . Hər bir mühit ekoloji sistemlərdən təşkil olunmuşdur . Ekosistem və ya ekoloji sistem - konkret mənada cansız və canlı komponentlərin qarşılıqlı əlaqəsi nəticəsində fəaliyyət göstərən sistemdir . Həmçini ekosistemlər təbii cə antropogen olaraq fərqləndirilir Təbii ekosistem - təbiətin təkamülü nəticəsində yaranmış olan ekoloji sistemlərə deyilir . Antropogen ekosistem isə insane fəaliyyəti nəticəsində yaranmış ekoloji sistemlərdir . Ekologiya fənninin əsasını da məhz təbii ekosistemlər təşkil edir . Yer səthində ekoloji vəziyyət heç də həmişə eyni cür olmur . Müəyyən dövrlərdə yerdəki vəziyyət böhran . . .
Liderlik nadir idarə etmək keyfiyyətidir . M . Vudkok və D . Frantsisin fikrincə liderlik - insan və başqa resurslardan müəyyən nəticə əldə etmək üçün istifadə etmək qabiliyyətidir . Liderliyə müasir baxışlar idarəetmə üslubunun tabelikdəki konkret işçiyə uyğun olaraq dəyişdirilməsindən ibarətdir .
Bu il 70 yaşını qeyd etməyə hazırlaşan muzeyin növbəti qonaqları ölkənin aparıcı KİV - lərinin nümayəndələri olub Beynəlxalq Muzeylər Günü münasibətilə dünən Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində tədbir keçirilib . Tədbirdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər . . . .
Bir qapıni döydü . Qapını açan nənəyə dedi : İlqarı çağırın da zəhmət olmasa . nənə 5 - 6 yaşında bir uşaqnan geri qayıtdı . " İncitmədi sizi ? " xanım soruşdu . Nənə dedi : Ləman , bir də belə sual versən heç vaxt səninlə danışmaram . " Sonra üzbəüz mənzilə girdik . Mənzil təmirsiz və soyuq idi . " Sən get televizora bax mama da özünə gəlsin " Ləman dedi və öz otağına keçdi . Əlini cibinə salıb yenə də məni çarpayının üstünə hərbçi forması geyinmiş bir oğlanın şəklinin yanına qoydu . eyni vaxtda həm mənə həm şəkilə baxırdı . şəkildəki qürurlu oğlan deyəsən Ləmanın həyat yoldaşı idi və deyəsən ölmüşdü . Ləmanın gözləri yenə doldu . Deyəsən bayaq düşdüyü vəziyyət ona möhkəm zərbə vurmuşdu . Şəkilnən danışırdı : Eeeey , milli qəhraman . səninləyəm eşidirsən ? bu gün sənin həyatın tapdığı axırıncı manata qarnını doyuracaqdı . amma bəxti gətirdi . o manatı da almadılar ondan . bəlkə sabah da maaş olmadı . bəlkə sabah da sənin şərəfini qorumağa gedib də yanına qayıtmadığın ailən 10cu gününü də kartof yeməklə birtəhər keçirəcək . Bunları deyib hönkürtü ilə ağladı .
Milli müqəddəratı təyin etmək beynalxalq hüquq prənsipləri əsasında dünya millətləri arasında öz statusunu müəyyənləşdirmək deməkdir . Aydındır ki , hankı şəkildə yaşamaq arzusunu millətin səsi təyin etməlidir . Bu arzunu ölçən ən doğru tərəzi Refrandom uygulanmasıdır . Ancaq gəçən 100 ildə dilinə qıfıl vurulmuş , tarixi təhrif olunmuş , təhqirlərə məruz qalmış xalqımızın " hazırlıq mərhələsindən " geçmək vacibliyi inkar edilməzdir və bir daha qeyd edilməyə dəyər . Onun üçündür ki , yuxarıda qeyd edildiyi kimi öncə aşağıda göstərilən bəndlər " Refrandoma Hazırlıq Mərhələsi " kimi qəbul edilərək həyata geçməlidir .
Azərbaycanın Iranla münasibətləri gərgin həddə çatıb . Hər iki ölkənin telekanalları qarşılıqlı ittihamlar yağdırır . Hətta rəsmi şəxslər səviyyəsində Iranın Azərbaycanın daxili işinə qarışdığı , burada sabitliyi pozmağa can atdığı barədə fikirlər səslənir . Hicab qadağası ilə baş qaldıran məsələ böyüməkdə davam edir . Əslində nə baş verir ? Iki ölkə arasında vəziyyəti təkcə hicab qadağası qarışdırdımı ?
Sual : Depozit sertifikatları . Sertifikat dedikdə ilk növbədə bankların depozit və əmanət sertifikatları yada düşür . Sertifikat bütövlükdə qısamüddətli qiymətli kağızdır . Sertifikat əmanətçinin müəyyən olunmuş müddət başa çatdıqdan sonra əmanət qoyduğu pul vəsaitini və bu vəsaitə görə faizini geri alınmasına hüquq verən sənəddir . Bank sertifikatları investorlar üçün cəlbedicidir . Belə ki , inkişaf etmiş ölkələrdə etibarlılığına görə bank sertifikatları dövlət qiymətli kağızlarından sonra ikinci yerdə durur . Ümumiyyətlə bank sertifikatlar belə təsnifləşdirilir : - depozit və əmanət sertifikatları - adlı və təqdimatlı sertifikatlar - müddətli və tələb olunanadək sertifikatlar Depozit sertifikatı qiymətli kağızların hüquqi şəxslər tərəfindən əldə olunan formasıdır . Bu sertifikatlar pul vəsaitlərinin bank tərəfindən depozitə qəbul edilməsini yazılı sübut edən , sahibinə müəyyən müddətdə tam məbləğdə depoziti və hesablanmış faizi almaq hüququ verir . Bu sertifikatın nominal qiyməti yüksək olur . V ilməsi haqqın . . .
Şəxsi nota prinsipial məsələlərlə bağlı göndərilir və ya özündə hər hansı vacib hadisə haqqında informasiyanı ehtiva edir . Nota onu imzalayanın adından - birinci şəxs adından tərtib edilir və Hörmətli cənab Nazir ( Səfir ) müraciəti ilə başlayır . Sonra məzmun hissəsi başlayır . Nota şəxsi nota müəllifinin ehtiramını izhar edən kompliment , nəzakət formulu ilə bitir . Nəzakət formullarndan asılı olaraq , notanın tonallığı daha mülayim , yaxud daha sərt ola bilər . Əgər adresata cənab nazir sözləri ilə müraciət edir və dərin və səmimi ehtiramsızla vidalaşırlarsa , bu müəllifin notanı kifayət qədər neytral etmək istəyini bildirir . Əgər hörmətli müraciəti və vidalaşarkən səmimi ehtiramla istifadə edilirsə , nota daha isticanlı və dostyana olur . Diplomatik praktikada digər nəzakət formulları da geniş yayılıb . Xarici işlər naziri , yaxud səfirinə : Cənab Nazir , sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm . Elçiyə , işlər üzrə müvəkkilə : Cənab işlər üzrə müvəkkil , sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm .
MÖVZU : BANKLARIN DEPOZİT ƏMANƏT SERTİFAKATLARI Sertifikat bütövlükdə qısamüddətli qiymətli kağızdır . Bu kağız bankın yazılı şəhadətnaməsi olmaqla bankda pul vəsaitinin depozitə qoyulmasını əks etdirir . Sertifikat əmanətçinin müəyyən olunmuş müddət başa çatdıqdan sonra əmanət qoyduğu pul vəsaitini və bu vəsaitə görə faizini geri alınmasına hüquq verən sənəddir . Bank sertifikatları investorlar üçün cəlbedicidir . Belə ki , inkişaf etmiş ölkələrdə etibarlılığına görə bank sertifikatları dövlət qiymətli kağızlarından sonra ikinci yerdə durur . Səhm və istiqrazlarla müqayisədə bank sertifikatları üzrə vəsaitlərin qaytarılmasına daha çox zəmanət verilir . Əgər emitent bank öz ölkəsi üzrə " Əmanətlərin sığortalanması fondu " nun qeydiyyatından keçmişdirsə bank ləğv olunduqda əmanətləri qaytarmağa imkan olmasa belə , bu fond əmanətçilərə həmin əmanətləri qaytarır . Ümumiyyətlə bank sertifikatlar belə təsnifləşdirilir : depozit və əmanət sertifikatları adlı və təqdimatlı sertifikatlar müddətli və tələb olunanadək sertifika . . .
Kərim xan Zənd Ağa Məhəmmədin axtalandığını biləndən sonra daha onun şəxsində özünə rəqib görmürdü . Buna görə də onu sağ buraxır . Ağa Məhəmməd xan da bütün əsirlik müddətində öz davranışı ilə Kərim xan Zəndi inandıra bilir ki , guya siyasətə olan bütün marağını itirib . Ağa Məhəmməd xanın hansı şəraitdə axtalanması məsələsi ədəbiyyatda çox səthi işlənib . Belə hesab olunur ki , onu 7 yaşında ikən Adil şah axtalatdırıb . Ancaq əgər belədirsə , onda nəyə görə Ağa Məhəmmədlə birlikdə əsirlikdə olmuş qardaşı Hüseynqulu xanı axtalatdırmayıb ? Bundan başqa orası da məlumdur ki , Ağa Məhəmməd xanın xarici görkəmi sonradan dəyişməyə başlayıb . Elə bunu nəzərə alanda gərək həmin bədbəxt hadisənin başvermə səbəbləri və şəraiti haqqında gəzən digər versiyaları da nəzərdən keçirək . Həmin versiyaların birinə görə , axtalanma Ağa Məhəmmədin Nəcəf yaxınlığındakı döyüş zamanı aldığı yaralardan baş verib . Başqa bir versiyaya görə , Ağa Məhəmməd Zəki xan Zəndin gözəllikdə ad çıxarmış qızına aşiq olur . Onlar nikah ərəfəsində görüşürlər . Lakin bu , dəhşətli günah sayıldığından , qəzəblənmiş ata Ağa Məhəmməddən qisas alır . Bu versiyaya əsasən , Məhəmməd Həsən xanın həlak olduğu döyüşdə Ağa Məhəmmədlə Ceyran xanım da iştirak etmişlər . Guya Ağa Məhəmməd anası ilə birlikdə Zəki xan Zəndin əlinə keçir . Ceyran xanımın bütün yalvarışlarına baxmayaraq , Zəki xan ailəsinin namusuna təcavüz etmiş Ağa Məhəmmədi o vaxtın qisas növlərindən biri ilə cəzalandırır - axtalatdırır və bundan sonra ananı da , oğulu da azad edir . Elə həmin andan etibarən guya Ağa Məhəmməd zəndlərdən intiqam almaq , onların hamısını qılıncdan keçirmək üçün and içir . Qeyd edilir ki , Ağa Məhəmməd xan hakimiyyətə gəldikdən sonra dediyinə əməl edir .
Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub - şərq hissəsindən Urmiya gölünün cənub və cənub - şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir . Onun sahəsi 200 min kvadrat km - dən artıqdır . Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir . İspaniya , Yunanıstan , Türkiyə , Çin , Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir . Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir . Respublikanın ərazisi şimaldan cənuba 400 km , qərbdən şərqə isə 500 km məsafədə uzanır , 38 ° 25 ′ - 41 ° 55 ′ , şimal enliklər və 44 ° 50 ′ - 50 ° 51 ′ şərq uzunluqları arasında yerləşir . Avropa və Asiyanın qovşağında yerləşərək , respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla , qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır . Azərbaycanın coğrafi mövqeyi
Telefonla danışılan zaman enerji dolumu edən telefonların istehsalı istifadəçiləri böyük bir sıxıntıdan qurtaracaq . Yəqinki hər kəs ömründə bir neçə dəfə də olsa çox vacib anlarda telefonunun enerji dolumu ilə bağlı problem yaşayıb .
Sentyabr ayında Azərbaycanda mənfəətlə işləyən bankların sayı ötən ilin sentyabr və 2009 - cu ilin avqust ayları ilə müqayisədə dəyişməz qalaraq 38 olmuşdur . Bununla belə , bank sisteminin ümumi mənfəəti 2008 - ci ilin 01 oktyabr tarixinə nisbətən 25 , 2 % , bu ilin əvvəlinə nisbətən 13 , 4 % artaraq , 209 , 4 mln . manat təşkil etmişdir . Sentyabr ayında bankların mənfəətinin ümumi həcmi - 12 , 2 % artmışdır .
Koraliki | Przeprowadzki | Szafki ubraniowe | Baterie łazienkowe | Szamba |
Bu forumda yeni mövzular aça bilməzsiniz Bu forumdakı mövzulara cavab yaza bilməzsiniz Bu forumdakı ismarıclarınızı redaktə edə bilməzsiniz Bu forumdakı ismarıclarınızı silə bilməzsiniz Bu foruma əlavələr göndərə bilməzsiniz
Keyfiyyətli iqtisadi proqnozun hazırlanması bir çox faktorlardan asılıdır . Əvvəlcə , " keyfiyyətli " ifadəsini bir az aydınlaşdıraq . Keyfiyyətli proqnoz o proqnoz deyil ki , onun kənarlaşması olmasın . İstənilən halda bütün proqnozlarda az , ya çox dərəcədə kənarlaşmalar olur . Keyfiyyətli proqnoz məhz kənarlaşması ən az olan proqnozdur ki , bunu da müəyyən etməyin xüsusi riyazi - statistik üsulları var .
Bildiyiniz kimi , son iki ay içərisində onlarca tanınmış Güney Azərbaycanlı siyasi və mədəni fəal , jurnalist , yazar və insan haqları mudafiəçiləri Iran rejimi tərəfindən iş yaxud yaşam yerlərindən oğurlanıb vəya əmniyət organlarına çağrılaraq göz altına alınıblar . tutuqlanan igidlərimizin sayısı 40 - dan çox olaraq , tutuqlananlardan ikisi də Azərbaycanın qəhrəman qadınlarındandır . Tutuqlanan insanlarımızın bir çoxunun harda və nə durumda olduqları ilə bağlı heç bir məlumat əldə yoxdur . Bu arada dünya ictimaiyyatı , medyalar və insan haqları adına çalışan iran və uluslararasi teşkilatlar iran şovinist rejiminin vətənimizdə apardığı qəddarlığa göz yumub , susmaqları onun zorakılığa davam etdirib və daha sərtləşdirməsinə yol açmışdır .
Azərbaycan Respublikası Təhsil , Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri , Microsoft Azərbaycan şirkətinin birgə təşkilatçılığı , HP , Ultra və Bestcomp Groupun dəstəyi ilə gerçəkləşən tədbirdə « Xalq kompüteri » layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma sənədi imzalanıb . Forumda ali məktəblərin rektorları , Təhsil , Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin müvafiq şöbələrinin , müxtəlif şirkət və təşkilatların rəhbərləri , beynəlxalq qurumların nümayəndələri , müəllimlər və KİV təmsilçiləri iştirak ediblər . Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov « Xalq kompüteri » layihəsi ilə bağlı fikirlərini diqqətə çatdırıb . HP - Azərbaycan şirkətinin nümayəndəsi Rüfət Hacıəlibəyov , Bestcomp Group şirkətinin direktoru Rauf Həsənov və Ultra şirkətinin direktoru Tahir Mirkişili layihə çərçivəsində görülən işlər və həyata keçirilən tədbirlər barədə söz açıblar . Microsoft Azərbaycan şirkəti tərəfindən « Microsoft şirkəti yaxın gələcəkdə bizi necə görür » adlı videoçarx nümayiş etdirilib . Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov təxminən bir il bundan əvvəl başlanmış layihənin nəticələri barədə məlumat verib , ötən dövr ərzində 8 minə yaxın orta məktəb müəlliminin bu layihədə iştirak etdiyini vurğulayıb . Bu işdə əməyi olanların hamısına təşəkkürünü bildirən təhsil naziri həyatımızı kompütersiz təsəvvür etməyin mümkün olmadığını vurğulayıb . On il əvvəl Azərbaycanda hər 1046 şagirdə 1 kompüter düşdüyü halda , bu gün orta hesabla hər 20 şagirdə 1 kompüter düşdüyünü nəzərə çatdıran Misir Mərdanov bütün bu uğurların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və qayğısı sayəsində mümkün olduğunu bildirib . Təhsil Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında mövcud olan səmərəli əməkdaşlığa diqqət çəkən nazir artıq orta məktəb müəllimləri ilə yanaşı , ali məktəb müəllimləri və tələbələrin də bu layihədən yararlana biləcəklərini qeyd edib . Azərbaycan müəllimlərinin müasir texnologiyalara tədricən daha geniş yer verdiyini konkret faktlarla əsaslandıran təhsil naziri məktəblərdə elektron tədris resurslarından istifadə edilməsinin üstün cəhətlərinə toxunub , gənclərin və uşaqların bu sahəyə daha çox maraq göstərməsini müsbət hal kimi səciyyələndirib . Müvafiq sahədə monitorinq aparan beynəlxalq təşkilatların reytinq cədvəlinə əsasən Azərbaycanın təhsil sistemində İKT - nin tətbiqinin Şərqi Avropa səviyyəsini keçdiyini bildirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu inkişafın son illər daha geniş vüsət aldığını vurğulayıb . Azərbaycanın təhsil sistemində yüksək texnologiyaların tətbiqinin təhsilin keyfiyyətinə göstərdiyi müsbət təsirdən söz açan Əli Abbasov ölkəmizdə İKT - nin prioritet sahə kimi qəbul olunması , müvafiq dövlət proqramlarının uğurla həyata keçirilməsi istiqamətində aparılan işlər barədə də fikirlərini bildirib .
Əgər həp mutluca olursa , insan Mutluluq o zaman bezdirər inan
1 . Bağırov Taleh Kamil oğlu 2 . Məmmədov Rövşən Arif oğlu
30 / 06 / 2011 Obama : « Qəddafi hakimiyyətdə olduğu müddətdə liviyalıların təhlükəsizliyinə zəmanət vermək olmaz »
Mahmud Abbas bildirib ki , yəhudi məskənlərinin salınmasının birdəfəlik dayandırılması Fələstin tərəfindən irəli sürülən ilkin şərt yox , İsrailin çoxdankı öhdəliyidir : " Bizim məskunlaşdırma fəaliyyətinin dayandırılması , müzasirənin ( İsrail tərəfindən 2007 - ci ildən bokadada saxlanılan Qəzza bölgəsinin ) götürülməsi və bu və ya digər qanunsuz tədbirlərin dayandırılması ilə öağlı tələblərimiz sülh prosesinin başlanması üçün ilkin şərtimiz deyil . Bunlar əvvəllər qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsidir " .
Bu zaman azad seçmək hüququndan məhrum edilmiş xalqımızın nə düşündüyünü təsəvvür etmək istərmisiz ?
Onda hiss etdim ki , güllə səsləri uzaqdan daha vahiməli gəlir , nəinki yaxından . Onlar yaxınlaşdıqca vahimə uzaqlaşırdı . Amma bu məğrurluq yanımızdakı bir nəfərin yerə yıxılmasına qədər davam etdi .
Onu yada salaq ki , sentyabr ayının 30 - da " Trend " informasiya agentliyinin mətbuat zalında BAXCP , BQP və ƏP arasında " İslahat " blokunun yaradılmasıyla bağlı niyyət protokolu imzalanmışdı .
İlk dəfə Ata deyəndə ki , Uluyurd adında partiya olmalıdır , bunun ilkin məramnaməsini yazdım və Ataya göstərdim . Ata əvvəl bununla razılaşmışdı . Amma sonradan , bayaq Soylu bəyin qeyd elədiyi kimi dedi ki , yox , bizim istəyimizdən azdır . Bizim istəyimizlə uyğun gəlmir bunlar . Hərəkat olmalıdır . Mən də Ataya dedim ki , heç kəs bunu qeydiyyatdan keçirməz . Ata dedi ki , lazım da deyil . Soylu bəy bayaq prinsipləri bir - bir sadaladı . Kiməsə elə görünər ki , Azərbaycanda Tayfaçılıq yoxdur . Yaxud bəlkə azdır , heç onunla mübarizə eləməyə dəyməz . Ya da Etnik Bölücülük . Mən Ataya sual vermişdim ki , dinçiliklə mübarizə , bəlkə bu , ruhani mübarizədir . Ata dedi ki , ruhani mübarizə olsa da , həm də siyasi mübarizədir . Dinçiliklə mütləq şəkildə mübarizə aparmaq lazımdır . Bizim yurdumuzda dinçiliklə mübarizə eləmədən Uluyurd prinsipləri baş tutmaz . Beş prinsipin beşi də gərəkli olduğu üçün qeyd olunubdur .
4 . Ələyimiz yanımızda olmalıdır . Şər adamların sümüyünə işləyib , qoymur İnsanlaşsınlar . . . Bugünün havası canlarına hopub . . . Evlad Bugündən - onun hərcayi sərbəstliyindən , zülm və yalan bəlasından tam ayrılmalıdır . . .
Ali və orta ixtisas tibb təhsil müəssisələrini , o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən , ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər .
Çin paytaxtı Pekində ölkənin hakim Kommunist partiyasının 17 - ci Konqressi öz işinə başlayıb . Qurultay 5 ildən bir keçirildiyindən bu , nadir siyasi hadisə hesab oluna bilər .
Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onlar xalq kimi təqdim edilir ( 415 , s . 20 ) . Qarapapaqlar əslində azərbaycanlıların etnoqrafik qrupudur və türk tayfalarından biridir .
3 . " Əczaçılıq fəaliyyəti haqqında " Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə " Azərbaycan Respublikası Prezidentinin 1997 - ci il 17 yanvar tarixli 540 nömrəli Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu , 1997 - ci il , N3 , maddə 229 ; 2003 - cü il , N10 , maddə 571 ) qüvvədən düşmüş hesab edilsin .
90 - cı illərdə isə Hind rəhbərliyi təzyiqləri daha da artıraraq minlərlə müsəlmanı səbəbsiz yerə həbs etmiş , işgəncə verərək şəhid etmişdir . Bundan başqa , evlər dağıdılmış , İslami təhsil verən məktəblər , qəzetlər bağlanmış , anbar qapaqları açılaraq Şüşəmi Kəşmir və Pakistan su altında buraxılmışdı . Bu hadisələr minlərlə insanın həyatını itirməsinə və çox böyük məbləğdə maddi ziyanların meydana gəlməsinə səbəb olmuşdur . Bu günə kimi Kəşmirdə təxminən 80 min müsəlmanın şəhid edildiyi , minlərlə insanın Hindistan həbsxanalarında zülm gördüyü və 10 min nəfərin itkin düşdüyü məlumdur . Kəşmir xalqına qarşına edilən zülmün , həbslərin , işgəncələrin , iqtisadi embarqoların əsas səbəbi isə Kəşmir xalqının müsəlman olmasıdır . Müxtəlif zorakılıqlar edərək müsəlmanların birlik olub güclənmələrinə maneə olmağa çalışırlar .
• 27 Fevral 2008 : 100 milyon Tümən zəmanət qarşılığında sərbəst buraxıldı ; • 11 May 2008 : Tehranın Şöbə 115 , İnqilab Məhkəməsində qapalı olaraq mühakimə olundu . • 10 İyun 2008 : kəsilən hökm buraxıldı ki , buna əsasən " İslam Respublikasına qarşı təbliğat aparmaq " suçlanmasına görə ona bir illik həbs hökmü kəsildi ( [ 1 ] haqqimiz1 . blog … ) . Bu suçlamanı biz birinci dəfə olaraq öyrəndik . Baxmayaraq ki , hökm beş illik üçün asılğan olmuş , lakin bu hökm əməldə onu qadaqda saxlamaq üçün layihələnmiş kimi göründü .
- Orada yanlışlıq oldu . Daha doğrusu , anlaşılmazlıq . Onlar hesab etdilər ki , əgər əhali Xocalıdan çıxarılsa , bu , təxribat kimi qarşılana bilər . Sonra ermənilər Xocalını tutar . Əgər Xocalıdan əhali çıxmasa , ermənilər heç vaxt ürək edib şəhərə girməzlər .
CƏRRAHİYYƏ BLOKU ( ANESTEZIOLOGİYA VƏ REANİMASİYA ŞÖBƏSİ İLƏ ) Həsənov Elçin Elman oğlı Şöbənin əməkdaşları : t . e . n . İbrahimov Samir , t . e . n . Məmmədov Pərviz , Haqverdiyev Fərxan , Məhərrəmov Elxan Şöbədə və cərrahi əməliyyat blokunda ən müasir avadanlığın istifadəsi ilə hazırda oftalmologiyada tətbiq edilən bütün cərrahi əməliyyatlar aparılır , o cümlədən görmə orqanının travmaları zamanı təcili yardımın göstərilməsi , kataraktanın , qlaukomanın , çəpgözlüyün , göz yaşı yollarının cərrahi müalicəsi , keratoplastikanın bir çox növləri , vitrektomiya , sütun hüceyrələrinin köçürülməsi , plastik əməliyyatlar və kiçik cərrahiyyənin bütün növləri . Şöbənin həkimləri eksimer - lazer və diod - lazer əməliyyatlarında da iştirak edirlər .
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ " ALİ MƏKTƏBDƏ TƏLİM PROSESİNƏ NƏZARƏT VƏ QİYMƏTLƏNDİRMƏ " MÖVSUZUNDA Ç I X I Ş I P L A N : Pedaqoji nəzarət prosesinin mahiyyəti , funksiyaları , formaları , prinsipləri . Qiymətləndirmə və qiymət . 10 - ballıq şkala ilə qiymətləndirmə , üstün cəhətləri , tətbiqi Pedaqoji nəzarət tədris prosesinin çox mühüm hissəsi olmaq etibarilə , əldə olunan nəticənin məqsədlə tutuşdurulmasıdır . Nəzarət , yoxlama , uçot , qiymət sıx bağlı anlayışlardır . Nəzarət əldə olunan nəticənin aşkara çıxarılmasıdır , yoxlama isə nəzarətin vasitəsidir . Məlumdur ki , nəzarət təlimi stimullaşdırır və tələbələrin davranışına təsir göstərir . Təcrübə göstərdi ki , təlim prosesindən nəzarəti hissə - hissə və ya tamamilə ixtisar etmək təlimin keyfiyyətinin aşağı düşməsinə səbəb olur . Hal - hazırda tətbiq edilən intensiv təlim metodları pedaqoji nəzarətin keyfiyyət və effektivliyinin artırılması , onun yeni formalarının yaradılması sahəsində yeni axtarışlara gətirib çıxarır . Nəzarət sahəsində beş qarşılıqlı əlaqədə olan funksiya ayırd etmək olar : diaqnostik funksiya ; proqnoztik funksiya ; yoxlama funksiyası ; inkişafetdirici funksiya ; tərbiyəedici funksiya . Diaqnostik funksiya : nəzarət - bilik , qabiliyyət , bacarıqların səviyyəsinin üzə çıxarılması , tələbələrin real davranışının qiymətləndirilməsi prosesidir . Proqnoztik funksiya gələcəkdə təlim işini yaxşılaşdırmaq üçün proqnoz vermə işini yerinə yetirir . Nəzarətin yoxlama funksiyası tədris materialının mənimsənilməsi üzrə işin aktivləşdirilməsində əks olunur . Nəzarətin inkişafetdirici funksiyası tələbələrdə yaradıcı qabiliyyəti inkişaf etdirir . Tərbiyəedici funksiya : nəzarət sisteminin mövcudluğu tələbələrin fəaliyyətini təşkil edir , istiqamətləndirir , biliklərdə olan boşluqları , şəxsiyyətin xüsusiyyətlərini üzə çıxarmağa , bu boşluqları aradan qaldırmağa kömək edir , fənnə yaradıcı münasibəti öz qabiliyyətlərini inkişaf etdirməyə meyli formalaşdırır . Təlim - tərbiyə prosesində bu funksiyalar sıx qarşılıqlı əlaqədədir , lakin nəzarətin elə formaları vardır ki , bir aparıcı funksiya digərlərindən üstün olur . Belə ki , məşğələlərdə əsasən öyrədici funksiya üstünlük təşkil edir : müxtəlif mülahizələr irəli sürülür , suallar verilir , səhvlər müzakirə olunur , amma bununla bərabər məşğələ diaqnostik və tərbiyəedici funksiyaları yerinə yetirir . Məqbullar , imtahanlar , kollokviumlar , testlər əsasən nəzarətin diaqnostik funksiyasını yerinə yetirirlər . Proqramlaşdırılmış nəzarətin tətbiqi zamanı onun yoxlama və nəzarətedici fuksiyası meydana çıxır . Pedaqoji nəzarətin aşağıdakı prinsipləri vardır : Sistematiklik prinsipi - nəzarət sistemli şəkildə aparılmalıdır . Hərtərəflilik prinsipi - təlim nəticələrinin həm kəmiyyət , həm də keyfiyyət tərəfinə nəzarət edilməlidir . Fərdilik - hər bir yoxlanan adamın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır . Differensivlik prinsipi - müəyyən fənnin , mövzunun xüsusiyyətləri nəzərə alınmalıdır . Obyektivlik prinsipi - həqiqi səviyyə üzə çıxarılmalıdır . Nəzarət zamanı etik qaydalar gözlənilməlidir . Aşkarlıq prinsipi - mümkün qədər veriləcək qiymətlər aşkar şəkildə hamıya məlum olmalıdır , hansı meyarlarla verildiyi bilinməlidir . İmtahanlar , məqbullar , şifahi sorğu , yazılı yoxlamalar , referatlar , kollokviumlar , məşğələlər , kurs işləri , labarator yoxlama işləri , layihə işləri , gündəlik yazılar , müşahidə jurnalları nəzarət sistemini təşkil edirlər . Hər bir formanın özünəməxsus xüsusiyyətləri vardır . Şifahi sorğu zamanı yalnız biliklərə nəzarət həyata keçirilmir , həm də . . .
Allah razi oslun yaxshi meqaledir . Allah Azerbaycan xanimlarina hicab mehebbeti bexsh etsin .
Kitabxana işini universitetin təlim - tərbiyə və tədris planına uyğun olaraq qurur . Bu gün kitabxanada Azərbaycan və Türk dillərində 4567 , Tus dilində 3372 , xarici dillərdə 1637 nüsxə ədəbiyyat vardır .
Qəlbimi göynədir , hər yaz gələndə , Çiçək ayrılığı , gül ayrılığı . Gəzib , zövq almaqdan doyammadığım Çəmən ayrılığı , çöl ayrılığı .
Bu hakimiyyətin ömrü cəmi bir il olsa da bu tarix heç zaman unudulmur , nəsildən nəsilə keçməklə qan yaddaşımıza həkk olunur . Bu gun Azərbaycanımızın güneyində baş verən milli oyanış və azadlıq hərəkatı milli qürur mənbəyimiz olan Sətttarxan və Bağırxanlardan başlasa da , sonradan guzeydə və güneydə Rəsulzadə , Pişəvəri və Elçibəylərlə davam etdirilmiş və bu günümüzədək çatdırılmışdır .
Lənkəran Dövlət Universitetində birinci kurs tələbələri ilə görüş keçirilmişdir . LDU - nun rektoru , fizika - riyaziyyat elmləri doktoru , professor Asəf İsgəndərov ali məktəbə qəbul olunanları təbrik etmiş , kredit sisteminə keçidlə əlaqədar yeni təhsil texnologiyalarının vacibliyindən , bu istiqamətdə müəllim və tələbələr qarşısında duran vəzifələrdən danışmışdır . Bildirilmişdir ki , universitetdə elmin və təhsilin yeni səviyyədə inkişafı istiqamətində səylər ildən - ilə artır .
Zakir Məmmədov siyasi təqib şəraitində böyümüş , bunun üçün anasının soyadına keçirilmişdir . Məlumdur ki , sovet hakimiyyəti qurulduqdan sonra bəy nəslinə mənsub olanların əksəriyyətinin soyadındakı bəy sözünü ixtisar edərək onlara pasport verilirdi . Buna görə də alimin soyadı Məmmədbəyov deyil , Məmmədov olmuşdur .
Böyük Britaniya - nın siyasi rüsvayçılığı , Liviya - ya göndərilən diplomat muxalifətə yaxalandı !
Almaniyada yaşayan bir dəstə Türkiyəlilər həzrət Ayətullahül - üzma Mufti Şiə ilə görüşdülər . Bu görüşdə həzrət Ayətullah qonaqların suallarını cavablandırdılar .
Bu layihənin reallaşmasına qarşı məhz Rusiya çalışır və alternativ layihələr irəli sürür . Rusiyanın " Nabukko " da maraqlı olmamasını nəzərə alaraq MDB Antiterror Komitəsinin rəhbərinin bu kəmərə qarşı PKK təhlükəsi haqda dediklərini ciddi qəbul etməmək olardı . Lakin regiondan keçən strateji neft və qaz kəmərlərinin , o cümlədən Bakı - Tiflis - Ceyhan neft kəmərinin PKK - nın hədəfinə çevrilə biləcəyi haqda bundan əvvəl Qərb eskpertləri də xəbərdarlıq ediblər . Digər tərəfdən ABŞ kəşfiyyatı da hesab edir ki , PKK Birləşmiş Ştatların regiondakı maraqlarına hücum etməsi riski artıb . Çünki ABŞ PKK - ya qarşı Türkiyə ilə əməkdaşlıq edir . Novikov isə ABŞ - ın maraqlarına daxil olan " Nabukko " kəmərinin Azərbaycanda hücuma məruz qala biləcəyini deyib . Deməli , Azərbaycanda PKK - nın fəaliyyəti xarici ekspertlər tərəfindən də qəbul edilir . musavat
Bu hərəkatın təşəkkülündə , osmanlılarla almanların münasibətinin artmasının , alman dilini , xüsusilə almanların tarix və dilçilik elmləri haqqındakı tədqiqatını türk gənclərinin bilməsinin xeyli təsiri olmuşdur - sanıram . Çünki bu gənc qrupda , fransız izləyicilərində olduğu kimi bəzi xəfif və " declamatoire " ədəbiyyatdan və siyasətdən artıq səssiz , səbrli və incələyici şəkildə əldə edilmiş sağlam bir elm mövcuddur . Şəmsəddin Sami , " Türkcə şeirlər " in möhtərəm şairi ( Məmməd Əmin ) , Nəcib Asim , Vələd Çələbi və Həsən Təhsin ( ? ) bu cərəyanın gözə görünən üzvlərindən olub , " İqdam " müəyyən dərəcəyə qədər bu düşüncələrin tərəfdarıdır . Bugünkü hökumətin bu doktrinə yaxşı baxmamasından olacaq ki , hərəkətləri çox zəifləməkdədir . * [ 2 ]
Bu gün Azərbaycan Mətbuat Şurası ( MŞ ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib . MŞ sədrinin müavini , Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiya 4 qəzetlə bağlı müraciətlərə baxıb . İclasda əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasının « Azərbaycan cəmiyyəti » qəzetinin 10 mart 2011 - ci il tarixli sayında bu səhiyyə müəssisəsi barədə gedən yazı ilə əlaqədar şikayəti araşdırılıb . Komissiya üzvləri rəyə gəliblər ki , məqalədəki dil , üslub , korrektura xətalarının mövcudluğu , konkret faktların ümumi mülahizələrlə əvəzlənməsi , şantaj və təhdid xarakterli fikirlərin qabardılması , materialın dərc olunduğu sayın poçt vasitəsilə qarşı tərəfə çatdırılması burada etik prinsiplərə ciddi sayğısızlığın əlamətidir . Yazıda « Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları » nın əksər bəndlərinin tələblərinə sayğısızlıqla yanaşıldığını müəyyənləşdirən komissiyanın rəyində bir neçə məqam yer alıb . Vurğulanıb ki , « Azərbaycan cəmiyyəti » qəzeti bu sayaq materialların təqdimatını dayandırmalı , ifrata varmaqdan uzaq durmalı , insan şərəf və ləyaqətinin təhqirinə yönələn fikirlər yaymamalıdır . Komissiya qəzetə Mətbuat Şurasının xəbərdarlığının elan edilməsi barədə rəy çıxarıb . Rəydə həmçinin nəşrin qarşı tərəfdən - Göygöl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hamlet Ömərovdan üzr istəməsi , növbəti sayda təkzib verməsi də əksini tapıb . Komissiya « Ağdam » qəzetinə də MŞ - nin xəbərdarlığının elan olunmasını məqsədəuyğun sayıb . Bununla bağlı rəydə bildirilib ki , hər hansı şəxs barədə məhkəmə hökmünün olması jurnalistə , yaxud kütləvi informasiya vasitəsi rəhbərinə yazılarında onun haqqında jarqon ifadələr , ifrat fikirlər qələmə almasına əsaslar vermir . Tənqidlə qəzəb , satira ilə şəxsin aşağılanması , şərəf və ləyaqətinin təhqiri qarışdırılmamalıdır . İclasda vurğulanıb ki , Bəxşeyiş Hətəmovun rəhbəri olduğu « Ağdam » qəzeti də bütün bunlara riayət etməli , Şuranın xəbərdarlığından lazımi nəticə çıxarmalıdır . Ona görə də komissiya qəzetin təsisçilərindən olan Ağdam Rayon İcra Hakimiyyətinə bu barədə MŞ - nin məktubunun ünvanlanmasını məntiqi hesab edib . Sonra komissiya üzvləri Bakı şəhər sakini , iş adamı Tural Məmmədovun internetdə yerləşdirdiyi elanın onun razılığı olmadan iki dəfə « İşgüzar » qəzetində verilməsi və bununla əlaqədar üzləşdiyi narahatlıqlarla bağlı Şuraya müraciətini araşdırıb . Qəzet rəhbərliyinin nəzərinə çatdırılıb ki , bu ciddi qüsurdur və nəşr gələcək fəaliyyətində belə halların təkrarlanmasına imkan verməməlidir . Qəzetin baş redaktoru Samir Vəliyev də iradlarla razılaşıb . O , « İşgüzar » ın şikayətçidən üzr istənildiyi , təkzib verildiyi sayını komissiya üzvlərinə təqdim edib . Məsələ bununla da həllini tapmış sayılıb . Bakı şəhər sakini , iş adamı Ceyhun Paşayevin « Yeni səhər » qəzeti barədə şikayəti də tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb . Lakin KİV rəhbərinin nəzərinə çatdırılıb ki , öhdəsindəki mətbu nəşrin adından şəxsi məqsədlər üçün istifadə yolverilməzdir . Qeyd olunub ki , belə hallara bir daha yol verilərsə , « Yeni səhər » barədə ciddi ölçü götürüləcək . / / APA
Azərbaycana məxsus Zoroastrın həyatı haqqında hekayələr ( əhvalatlar - Ə . Z . ) mövcuddur . Azərbaycanın islama qədərki baş şəhərində - Qanzaqda ( indiki Təxti - Süleymanın xarabalıqları , Urmiya gölündən cənub tərəfdə zoroastriyalıların , zərdüştilərin məbədi yerləşib .
11 . TORPAQLARIMIZA GÖZ DİTƏNLƏR . Azərbaycanın ən ana və tarixi mərkəzi olan Urmu və həndəvərə göz dikmiş olan Kürd qurumlarla hər hansı yaxınlıq hissi milli varlığımıza edilən ən böyük xəyanətdir . Azərbaycanın güneyilə bağlı yaranacaq hər birlik mərkəzinin bu haqda dəyişməz mövqeyi prensip maddələr əsasında öz əksini tapmalıdır .
Məscid giriş qapısının üzərindəki epiqrafik yazıya istinadən ( ərəb kufi xətti ) hicri tarixi ilə 471 - ci ildə ( miladi 1078 - 79 ) ustad rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunub . Bu qədim və möhtəşəm abidə I Pyotrun Bakıya kəşfiyyat üçün göndərdiyi rus donanmasının admiralı Matyuşkinin göstərişi ilə şəhərin dənizdən top atəşinə tutulması nəticəsində məscidin minarəsinin yuxarı tərəfinin dağıldığı üçün " Sınıqqala " adlanır .
Prezident İlham Əliyev həmçinin Mahir Hacı oğlu Quliyevin Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb .
" Sevgi hərəkətdi , hiss deyil . Sevgi seçimdi . Sözün düzü əmrdir . " - Mark Timberleyk
Bazar iqtisadiyyatının subyekt və obyektləri Bazar bəşər sivilizasiyasının ən mühüm nailiyyətlərindən biridir . O , mi illər boyu inkişaf yolu keçmiş və bəsit bir formadan müasir yüksək formaya qədər yüksəlmişdir . Mənbələrdə onun 6 - 7 min il əvvəl meydana gəlməsiqeyd olunur . Bazar insan cəmiyyəti tarixində böyük ictimai əmək bölgülərininƏ əmtəə təsərrüfatının mübadiləsinin meydanagəloməsi ilə üzvi şəkildə bağlıdır . Bazarın obyektiv zəruriliyi müxtəlif mülkiyyət formalarının mövcudiyyəti , onun subyektlərinin əlahiddələşməsi ilə də üzvi şəkildə bağlıdır . Bunlarla yanaşı onun zəruriliyi milli iqtisadiyyatın xaricə çıxması təlabatı ilə əlaqədardır . " Bazar - ayrı ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyəti mexanizmidir . " Bazar - iqtisadi kateqoriya olub , konkret iqtisadi münasibətləri , alıcılarla satıcıların əlaqələrinin məcmusudur . O , habelə əmtəələrin və xidmətlərin hərəkəti üzrə ticarət vasitəçiləri ilə bazar münasibətləri subyektlərinin mənafelərini təcəssüm etdirir və müb . . .
Tarix elmləri doktoru , professor , Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü , « Qafqaz Albaniyası » Mərkəzinin direktoru , Azərbaycan Aviasiya Akademiyasının tarix kafedrasının müdiri .
Dünyada ən böyük Azərbaycanın diaspora təşkilatlarından birisi olan və özündə onlarca Azərbaycan dərnəklərini və cəmiyyətlərini birləşdirən Azərbaycan Federasiyası - İsveç ( AFİ ) olaraq , İsveçdə yaşayan azərbaycanlıların adından , Türk Dövlət və cəmiyyətlərinin XI qurultayını ürəkdən təbrik edir , belə bir möhtəşəm tədbirin məhz Azərbaycanımızda keçirilməsini alqışlayır və bununla qürur duyuruq . Bu gün dünyada baş verən qlabal hadisələri nəzərə alaraq , türk dövlət və cəmiyyətləri arasında dostluq , qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək , onların arasında informasiya mübadiləsini və bir - birilərini yaxından tanımalarını təmin etmək , türk mədəniyyətlərinin zənginliklərini təbliğ etmək , iqtisadi inkişaf sahəsində əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk dövlət və cəmiyyətlərinin ümumi problemlərini birlikdə həll yollarını araşdırmaq kimi tədbirin qarşısına qoyduğu bu ali məqsədi alqışlıyır və bu yolda qurultay iştirakçılarına uğurlar arzulayırıq .
Ümid edirəm ki , Cabbar Savalanlının işi tezliklə çözüləcək , Savalanlı yeni Eynulla olmayacaq . Çünki indi Azərbaycanın hər şeydən az məhz buna ehtiyacı var . « ELMAR HÜSEYNOVUN QƏTLİNİN SİFARİŞÇİLƏRİ TAPILMALIDIR » - Elmar Hüseynovun işinə toxundunuz . Görünən budur ki , istintaqda olan açıq suallar bu işin çözümünün dalana dirənməsinə səbəb olub . Təhqiqatın həm də Gürcüstanda getməli olduğunu nəzərə alaraq , Sizin ofisiniz , yaxud ATƏT çətiri altında hər hansı qurum bu istintaqın bir nəticəyə varması , yaxud müstəqil istintaqın aparılması üçün yardımçı ola bilərmi ? - Söz azadlığı üzrə nümayəndənin çox aydın mandatı var , ATƏT - ə üzv olan 56 ölkə tərəfindən qəbul edilib . Mən hökumətin yadına sala , suallar verə bilərəm . Mən təhqiqatın aparılmasında yardımçı ola bilmərəm . O ki qaldı başqa qurumlara və imkanlara , vacibdir ki , Azərbaycan hökuməti bundan ötrü müraciət etsin . Çünki hökumətin istəyi , razılığı olmadan ədliyyə prosesinə qarışmaq ATƏT - in gördüyü işlərdən deyil . Mən məsələni Daxili İşlər Nazirliyi ilə müzakirə etdim , bilirəm ki , istintaq davam edir , konkret bu məsələdə əvvəlcədən mühakimə yürütmək çətin olardı . Mən proses haqqında xəbərdaram və bilirəm . Gürcüstanla bağlı olan məqamları da bilirəm . Amma hətta killerin tutulub mühakimə olunması bu işin çözümü deyil . Çünki sifarişçilərin tapılması daha vacibdir . - Əslində killerlərin mühakiməsi ilə yanaşı , onların dindirilməsi vacibdir . - Onların mühakiməsi hər şeydən vacibdir , çünki bununla qurbanlar , mərhumun ailəsi və 21 - ci əsrdə bu cür hadisələrin baş verməməsini istəyənlər ədalət tapmış olarlar . Çünki kiminsə fikrini ifadə etməsi , yaxud cəmiyyəti məlumatlandırmağa çalışmasına görə öldürülməsi və təzyiqə məruz qalması tamamilə qəbuledilməzdir . Əlbəttə ki , dindirilmələr çox vacibdir , amma sonda yenə də ədalətli və şəffaf mühakimə olmalıdır , saxta qərar yox . « HÖKUMƏTLƏRİN SÖZDƏN QORXMASI … » - Sələfiniz Mikloş Haraşti vəzifəsi ilə vidalaşmazdan əvvəl ondan müsahibə götürmüşdüm . Onun tez - tez işlətdiyi söz məyusluq idi . İndi siz iş müddətinizin başlanğıcındasınız . Narahat deyilsiniz ki , mənzilbaşında Siz də məyus olasınız ? - Mən düşünmürəm ki , cənab Haraşti çox məyus olmuşdu . Əlbəttə ki , neqativ məqamlar var , amma onun mandatı dövründə yaxşı şeylər də baş verib . Onun əvəzinə danışmaq istəmirəm , əziz dostumla indi də tez - tez ünsiyyətdə oluruq . Tək bu ölkədə deyil , bir çox ölkələrdə media və ifadə azadlığının boğulması halları ilə bağlı , belə demək olarsa , xəyal qırıqlığımızı bölüşürük . Çünki dünyanın bir çox ölkəsində , hətta oturuşmuş demokratiyalarda belə danışan səsləri susdurmaq cəhdləri olur . Bəzi ölkələrdə hökumətlərin onlara zərbə vuracaq hər şeydən qorxduğunun şahidi oluruq . Onların SÖZdən nə qədər qorxduğunu görmək çox maraqlıdır . O ki qaldı məyusluğa , məndə bu hiss yoxdur . mouth ukraine Məni adamlar məyus edə bilər , amma bu şəxsi həyata bağlı məsələdir . Neqativ halları görəndə , mübarizə əzmim , enerjim daha da artır . « ELƏ BİLİRLƏR , MEDİANI SUSDURSALAR , HƏR ŞEY YAXŞI OLACAQ » - Bilmirəm , artıq müşahidələriniz bu suala cavab üçün kifayət edirmi , amma yenə də soruşum . Azərbaycanda media və söz azadlığı ilə problemlər Sizcə , sistem problemidir , yoxsa şəxsiyyətlərə bağlıdır ? - Bu , yəqin ki , ikisinin qarışığıdır . Əlbəttə , hələ ki tezdir . Bilmirəm , mən bu məqamda fikrimi söyləyə bilərəmmi , amma məncə , burda hər şeydən bir az var . Amma mən bir çox problemli - bura öz ölkəmi , Bosniya Herseqovinanı da əlavə edirəm - bir çox problemli ölkələrdəki yanaşmanın əleyhinəyəm . Onlar hər şeydə medianı günahlandırırlar . Sanki , cəmiyyətin bütün problemlərində media günahkardır . Düşünürlər ki , medianı susduranda , hər şey yaxşı olacaq . Bu , çox yanlış yanaşmadır . Media sadəcə , cəmiyyətdəki problemləri əks etdirir . Media ilə bağlı problemlər də təkcə azadlıq məsələsi ilə bitmir , daha mürəkkəbdir . İfadə azadlığı uğrunda mübarizədə həllini tapmalı çoxlu məsələlər var . Mən də inanıram ki , bunlar bir gecədə həll olunacaq məsələlər deyil , amma « biz fərqliyik , həssas məsələlərimiz var deyə , bizə daha çox vaxt lazımdır » yanaşmasının da əleyhinəyəm . Məncə , ATƏT - in bəzi başqa ölkələri kimi , Azərbaycan da daha sürətlə hərəkət etməlidir . Yenə də keçmiş sistemin irsindən azad olmağa çalışan Balkan ölkələri ilə müqayisə edəcəyəm . Bu , çox ağrılı yoldur , onu başa vurmaq üçün daha səbirli , daha tolerant olmaq , amma həm də ləngiməmək lazımdır . Elə buna görə də ofisimdən basqı göstərməkdə , qapıları döyməkdə davam edəcəyəm ki , dəyişikliyə nail olum . Amma yaxşı olan budur ki , mənim burda düşmən deyil , dost olduğumu anlayırlar . « BEYNƏLXALQ RADİOLARIN YERLİ TEZLİKLƏRDƏ YAYIMI BƏRPA OLUNMALIDIR » - Mətbuat konfransında dediniz ki , beynəlxalq radioların yerli dalğada yayımı ilə bağlı məsələni qaldırmısınız , amma aldığınız cavab nə aydın , nə də qənaətbəxş olub . Dinləyicilərimiz bu barədə daha çox eşitmək istəyər yəqin ki . . . - Mən məsələni qaldırdım , Milli Teleradio Şurası ilə görüşdə səbəbləri soruşdum . Mənə verilən cavab aydın və qənaətbəxş deyildi . Səfərdən geri dönəndən sonra bir daha bu məsələni yazılı şəkildə qaldıracağam . Mətbuat konfransı və press - reliz mənim başladığım prosesin başlanğıcıdır . Biz bütün görüşlərimizi yenidən analiz edəcəyik və hər məsələyə yenidən baxacağıq . Məncə , beynəlxalq kanalların yerli dalğada yayımı bərpa edilməlidir . Amma Sizə heç bir təminat verə bilmirəm , bundan ötrü , Azərbaycanda hansı proseslərin getdiyini görməliyəm . Hər bir ölkənin öz media nizamlama mexanizmi var , amma onlar öz işlərini beynəlxalq standartlara uyğun qurmalıdırlar . Bu standartlar isə lisenziyaların şəffaf , qərəzsiz verilməsini tələb edir . « HÖKUMƏT TƏNQİDLƏRİ HƏZM ETMƏLİDİR » - Burda ən çox məmnun olduğunuz görüş hansı idi ? - Mən ayrı - seçkilik etməsəm yaxşı olar . Amma dediyim kimi , ən çox xoşuma gələn media ilə ünsiyyətim idi . Kömək etməyə çalışdığım insanlarla görüşlər . Çoxlu hökumət nümayəndəsi ilə görüşdüm , onların hansı ilə görüşdən daha çox məmnun olduğumu deməsəm yaxşıdır . Amma məsələn indi , sizinlə ünsiyyətdən çox məmnunam , bunu saatlarla edə bilərəm . - Hökumət rəsmiləri Sizin fikrinizi bölüşmür , hesab edirlər ki , biz onları iynələyirik . - Media bəzən iynələyir , amma hökumət də bu tənqidləri həzm etməyi öyrənməlidir , xüsusilə də ictimai şəxslər . Mənim xoşuma gəlir tənqidi suallar eşitmək . Bu , mənə də öz işimdə düzəlişlər etmək imkanı verir . Məncə , ictimai vəzifə tutan şəxslər də özlərində tənqidlərə dözümü tərbiyə etməlidirlər . - Biz jurnalistlər deyirik ki , biz ayrı - seçkilik qoymadan , hər kəsə qarşı eyni dərəcədə tənqidçiyik . Amma deyəsən , Sizinlə söhbət çox yumşaq oldu . Bəlkə qüsuru düzəldək ? İşinizin faydalı olduğunu düşünürsünüzmü ? Gəlirsiz , gedirsiz , Azərbaycanda isə vəziyyət , hesabatlara inansaq , pisləşir . Belə çıxır ki , vaxt və vergiödəyicilərin pullarını boşuna sərf edirsiz ? - Bu , çox yaxşı sualdır , çox da faydalı və realistik sualdır . Mən özüm özümə bu sualı verirəm . Yüksək vəzifə tutan hər kəs özünə məhz belə tənqid mövqeyindən yanaşmağı bacarmalıdır . Sual verməliyik ki , həqiqətən də öhdəsindən gəlirikmi ? Nəyisə dəyişə , irəliyə apara bilirikmi ? İndiki məqamda mən durumumdan razıyam , çünki burada media icması tərəfindən müsbət qəbul olunduğumu düşünürəm . Bəzən komandamla birgə uğurlara da imza atırıq . Bəzi hallarda bu uğurlar çox xırda olur , hər halda 56 ölkə ilə işləyirik , cəmi 11 nəfərik . - Nə deyirsiz , büdcənizi artırsınlar ? - Yox , kifayətdir . Biz ATƏT içində ən gənc və çox effektiv işləyən qurumuq . Büdcəmiz kiçikdir , amma işimizi görməyə imkan verir . Ölkələrə gedir , hadisəni yerində izləyə bilirik . Amma işimi qiymətləndirmək üçün başqalarını eşitməyə ehtiyacım var . Amma əvvəldə danışdığımız kimi , hələ yeniyəm və nəyi bacarıb , nəyi bacarmadığımı ölçmək üçün bəlkə bir az tezdir . Müddətimin sonunda yenə məndən müsahibə götürərsiniz , onda o ki var iynə batıra bilərsiniz . - Gəlin , Sizin uğurunuzu hər səfərinizdə ölçək . - Danışdıq . Razıyam .
Vyana kuliçləri Adətən bu kuliçləri pasxa bayramı zamanı bişirirlər . Amma onlar istənilən çay süfrəsinin bəzəyi ola bilərlər .
HƏQİQƏT Adam - Var olmadığından Qorxur ; Yox olmaqdan Qorxur .
İlham Əliyev : - Əslində bizdə olan bir şey yoxdur ki , onu geri verək . Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və beynəlxalq aləm tərəfindən tanınmış ərazisidir .
Bu meyllərin şiddətinə və onların düz yoldan çıxmasına , " pisliyə əmr edən nəfs " ( " əmmarə nəfs " ) deyirlər : " Mən özümü təmizə çıxartmıram . Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla , nəfs ( insana ) pis işlər görməyi əmr edər " ( " Yusif " , 53 ) .
danışıq zamanı 6 . 8 saat , gözləmə zamanı 298 saat
Coğrafiyanın inkişaf tarixini aşağıdakı kimi mərhələlərə və yaxud dövrlərə bölünməklə öyrənilməsi məqsədəuyğun sayılır . 1 . Qədim dövr - V əsrə qədər olan dövrü əhatə edir ( orta əsrlərə qədər ) . Ilkin coğrafi təsəvvürlər : Qərbi , Şərqi və Cənubi Asiya , Qərbi Avropa , Şimali Afrika xalqlarının quru və dəniz yolları ilə torpaqlar kəşf etməsi , finikiyalıların üç il müddətində Qırmızı dənizdə üzərək Hind , Atlantik okeanlarını keçməklə Aralıq dənizinə daxil olmaları bu dövrdə öz əksini tapır ( e . ə . XI əsr ) . E . ə . I əsrdə Asiya qitəsinin şərq sahillərini yuyan Sarı , Şərqi - Çin , Cənubi Çin dənizlərində ilk dəfə üzən , Xaynan və Tayvan adalarının , Orta Asiya , Qərbi Asiya və qədim romalılarla ticarət əlaqələrinin yaradılmasına şərait yaradan yolların çinlilər tərəfindən kəşfi , həmçinin qədim dövrə məxsus coğrafi nailiyyətlərdir .
- Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin birinci yarım illik ərzində təsdiq etdiyi tədbirlər planında bu , xüsusilə qeyd edilir . Təyin olunmayan yerlərdən keçən piyadaların avtonəqliyyat vasitələri ilə vurulması hallarının qarşısının alınması məqsədi ilə bu istiqamətdə tərəfimizdən tədbirlər davam edir . Təkcə yanvar ayının 6 - dan bu günə qədər yol polisi əməkdaşları tərəfindən yeraltı , yerüstü piyada keçidləri ətrafında keçirdiyimiz tədbirlər zamanı 117 piyada saxlanılıb , məsuliyyətə cəlb edilib . Fürsətdən istifadə edib bir daha əhalinin , xüsusilə də piyadaların nəzərinə çatdırıram ki , yeraltı , yerüstü piyada keçidlərindən keçməyən piyadalar məsuliyyətdən azad ola bilməzlər və « Yol hərəkəti haqqında » qanunun 40 - cı maddəsinin tələblərini pozan piyadalar kimliyindən asılı olmayaraq İnzibati Xətalar Məcəlləsinin 152 - ci maddəsinə uyğun şəkildə məsuliyyətə cəlb edilərək , 10 manat məbləğində cərimə olunacaq . Digər tərəfdən , xüsusilə « Yol hərəkəti haqqında » qanunun tələbini piyadaların nəzərinə çatdıraraq bildirirəm ki , piyadaların günahı üzündən yol - qəza hadisəsi xəsarətlə və ya ölümlə nəticələnərsə , piyada inzibati məsuliyyətə deyil , cinayət məsuliyyətinə cəlb ediləcək .
- təhsil sistemi onu əhatə edən sosial - mədəni və iqtisadi mühitə uyğunlaşdırılmalıdır ;
ARDNŞ Ekologiya İdarəsinin yeni saytı təqdim olunub Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ( ARDNŞ ) Ekologiya İdarəsinin yeni saytının ( www / socar . az / eco ) təqdimat mərasimi keçirilib . İdarənin elm və texniki şöbəsinin rəisi Nazim Vəliyev , Ekologiya İdarəsinin rəis müavini Əflatun Həsənov , və Vüqar Kərimovun iştirak etdiyi təqdimat mərasimi adıçəkilən qurumun reallaşdırdığı layihələrlə bağlı videosujet nümayiş olunması ilə başlayıb . ARDNŞ Ekologiya İdarəsinin layihələrin idarə edilməsi şöbəsinin rəisi Ramiz Əliyev çıxış edərək iştirakçılara ARDNŞ - nin layihələri ilə bağlı məlumat verib . O , ekologiya sahəsinə göstərilən qayğıdan danışaraq cari ilin " Ekologiya ili " olmasını xatırladıb : " Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda Ekologiya ili elan olunması bu sahəyə diqqətdən xəbər verir . 2006 - cı ildə ekologiya layihələrinin artım bazasına start verilib . 2006 - 2010 - cu il ətraf mühitin qorunması ilə bağlı kompleks tədbirlər görülüb . Bununla bağlı olaraq bu vaxta qədər ARDNŞ bir sıra addımlar atıb . 250 hektar neftlə çirklənmiş ərazi bərpa olunub . Onıların hamısında yaşıllaşdırılma işləri aparılıb " . Çıxışı zamanı Ramiz Əliyev " Ekoloji parkın " salınmasını xüsusilə vurğulayıb . Adıçəkilən parkın 2011 - ci ilin mayında istifadəyə veriləcəyini də qeyd edib . Ekologiya İdarəsinin rəis müavini Vüqar Kərimov sayt haqqında ətraflı məlumat verib . O , bildirib ki , idarənin saytı 2008 - ci ildən fəaliyyət göstərsə də , yeni sayt daha aktiv və dinamik şəkildə məlumatın ötürülməsində şərait yaradacaq : " Əsas məqsədimiz ARDNŞ - nin həyata keçirdiyi ekoloji layihələrin və tədbirlərin yüksək səviyyədə çatdırılması , işıqlandırılması və maarifləndirilməsinin reallaşdırılmasıdır . Biz ARDNŞ Ekologiya İdarəsinin saytında yeni emblemini yerləşdirmişik . Bu emblem ARDNŞ - nin əsas fəaliyyət istiqamətini özündə əks etdirir " . Vüqar Kərimov emblemin əsas elementlərinin nəyi əks etdirdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb : " Üç buta şəkilli damla bizim fəaliyyətimizi əks etdirir . Qara rəng nefti , yaşıl rəng təbiəti və ekologiyanı , mavi rəng isə havanın və suyun əlamətdir . Spiral şəkilli işarə isə əbədiliyin simvoludur . Bunlar birləşərək vəhdət təşkil etdiyi kimi , həm də ARDNŞ - nin fəaliyyətini göstərir " . Yenlikləri vurğulayan Vüqar Kərimov saytdakı bölmələr haqqında ətraflı məlumat verib . Daha sonra tədbir iştirakçəlarının sualları cavablandlırılıb , təqdim olunmuş sayt haqqında auditoriyanın təklifləri dinlənilib , müzakirə və diskussiyalar aparılıb . BMM . AZ - Aysel Fərziyeva
SİYASƏTDƏN BİZNESƏ , BİZNESDƏN … Səməd Pənahov deyir ki , Nemət Pənahlı kiçik bizneslə məşğul olmaq istəsə də , ona imkan verilməyib . Onun sözlərinə görə , bir müddət öncə bulaq suyunu qablaşdırıb satdıqları sexin fəaliyyətinə əngəl törədiləndən sonra Nemət Pənahlı maşın alış - verişi ilə məşğul olub çörək pulu qazanırmış . Nemət Pənahlı 1988 - ci illərdə Meydan Hərəkatının liderlərindən biri olub , həbs edilib . 1989 - cu ildə Xalq Cəbhəsinin İdarə Heyətinin üzvlərindən biri kimi aktiv fəaliyyət göstərib , amma sonradan Xalq Cəbhəsindən ayrılaraq Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyevlə əməkdaşlıq edib . 1992 - ci il 4 iyun Gəncə hadisələri zamanı sonradan baş nazir olan Surət Hüseynovun yanında olub . Heydər Əliyev prezident seçiləndən sonra onun müşaviri olub . 1995 - ci il parlament seçkisi ərəfəsində seçkinin saxtalaşdırılacağını əsas gətirib vəzifəsindən istefa verib . Həmin vaxt bildirib ki , onda seçiləcək deputatların hazır siyahısı var və siyahını mətbuata verib . Seçkinin nəticələri ilə onun siyahısı üst - üstə düşüb . Son on - on iki ildir ki , Nemət Pənahlı aktiv siyasətdən uzaqlaşmışdı . Bir müddət əvvəl o , yenidən siyasətə qayıtdığını bəyan edib . Milli Dövlətçilik Partiyasının sədridir . Nemət Pənahlının son müsahibələri nəticəsində həbs olunduğunu yanvarın 11 - də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ( RATİ ) ofisində keçirdiyi mətbuat konfransında « P . S . Nota » qəzetinin baş redaktoru Sərdar Əlibəyli də iddia edib . NEMƏT PƏNAHLI NƏDƏN DANIŞIB Qəzet 11 - 17 yanvar tarixli son nömrəsində Nemət Pənahlının həbsinə yol açdığını iddia etdiyi fikirləri yenidən çap edib . Məsələn , müsahibədən bir necə sitata nəzər salaq : « Hacı Məmmədovun rolunu , 1994 - cü ildə Heydər Əliyev mənə təklif etdi » . « Heydər Əliyev altı rayonu verdi və o istəsəydi , rayonların müdafiəsində heç bir problem yoxuydu » . « O , ( yəni Heydər Əliyev ) sonadək kommunist ideologiyasından da , kommunist əqidəsindən də imtina etmədi » . « Şahmərdan Cəfərov o zaman Naxçıvanın ermənilərdən qorunmasında bir nömrəli adam idi » . Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda isə Nemət Pənahlı və Ceyhun Fərzəliyev Cinayət Məcəlləsinin 221 . 3 maddəsi ilə ( xuliqanlıq , silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə ) ittiham olunur . Əgər bu ittiham təsdiqlənsə , Nemət Pənahlını 3 ildən 7 ilə qədər həbs cəzası gözləyə bilər . HAKİMİYYƏT HƏR HANSI KİÇİK MİQYASLI RADİKAL BƏYANATA DA DÖZÜMSÜZ YANAŞIR Siyasi məsələlər üzrə ekspert Zəfər Quliyev deyir ki , Nemət Pənahlının həbsində siyasi sifarişin olub - olmadığı barədə birmənalı danışmaq çətindir , çünki ortada yalnız rəsmi məlumatlar var : - Onu da nəzərə alaq ki , Nemət Pənahlının çılğın xasiyyəti də var . Amma Azərbaycanda baş verənləri nəzərə alsaq , Nemət Pənahlının öz radikal bəyanatlarına görə cəzalandırılmasını da istisna etmək olmaz . Zəfər Quliyevin fikrincə , indi Nemət Pənahlının güclü sosial dayaqları yoxdur və onun hakimiyyətə real təhlükə yaratması görünmür . Amma ekspert hesab edir ki , hakimiyyət hər hansı kiçik miqyaslı radikal bəyanata da dözümsüz yanaşır . Nemət Pənahlı barəsində Nəsimi rayon Məhkəməsi 2 ay müddətinə həbs - qətimkan tədbiri seçib . Onun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna həbsin əsassız olduğunu , Nemət Pənahlıya qarşı təxribat törədildiyini bildirib və deyib ki , yanvarın 12 - də məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklər .
çünki azadlıq selektiv mahiyyət kəsb etmir , heç ola bilməz ki , söz azadlığı bir qrup adama şamil olunsun , amma digərlərinə toxunmasın . Ölkədə bütöv mənada söz azadlığı yoxdursa , partiyalar susdurulur , qeyri - hökumət təşkilatları təqib olunursa , jurnalistlərin azadlığından danışmaq çətindir , çünki jurnalist elə cəmiyyətin sözçüsüdür , cəmiyyət azad insanlardan ibarət deyilsə , onda mətbuat azadlığını necə dərk etmək olar ? Mən bircə detala fikir vermişəm . Bir neçə qəzet KİV - lərə Dəstək Fondunun maliyyə yardımı ilə layihələr həyata keçirir , hamısı da mədəniyyətlə bağlı material hazırlayır . Olsun . Mədəniyyət də çox vacib məsələdir . Amma bəs korrupsiya ? Bəs inhisarçılıq ? Ölkənin həyatına sirayət etmiş polis və məmur özbaşınalığı ? Bunlar layihələr üçün predmet ola bilməzmi ? Özü də guya dövlət bu məsələlərin hər biriylə bağlı proqram qəbul edib və onlara qarşı mübarizə aparır ! Mətbuatın araşdırmaları da bu məsələlərə güclü təkan verə bilərdi , təbii ki , bir şərtlə : buna görə qəzetlərə informasiya dəstəyi verilməli və onların azadlığı təmin olunmalıdır . MƏTBUAT ÜZRƏ OMBUDSMAN NECƏ OLDU ? Bu məsələ də heç diffamasiya ilə bağlı qanunun qəbul edilməsindən elə də az əhəmiyyət kəsb etmir . Diffamasiya kimi , mətbuat ombudsmanı məsələsi də kifayət qədər uzandı və axırda bu vəzifəni elə ölkənin ombudsmanına həvalə etdilər . İndi informasiya ombudsmanı şöbəsi yaradılır . Maraqlıdır ki , bununla bağlı müzakirələrə əsas qəzetlərin redaktorları cəlb olunmurlar . Bu detal özü bir daha göstərir ki , diffamasiya kimi azı on dənə qanun qəbul edilsə belə , hakimiyyətin mətbuata münasibəti dəyişməyəcək , çünki əsl münasibət insan azadlığından keçir , azad insanı qəbul edirsənsə , elə azad mətbuatı da qəbul edəcəksən , əks təqdirdə isə heç nə alınmayacaq . Bir də ölkənin hüquqi olması vacibdir . Diffamasiya haqda qanun da qəbul edilsə , ölkədə mətbuatla bağlı normal qanunvericilik paketi olacaq . Amma yenə də , bu , azad mətbuat üçün kifayətdirmi ? Məsəl var , deyirlər ki , bütün sualların cavabdehi zamandır , zaman özü hər şeyi göstərir - düzü düz , əyrini əyri . . . Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir .
İran İslam Respublikasının OPEK - dəki nümayəndəsi Məhəmməd Əli Хатиби bildirmişdir ki , onun fikrincə , dünya bazarı xam neftlə « doyuzdurulmuşdur » . Daha ətraflı »
İndi sən varsan advocat qokku . . . Txt gedəndə cadu edib gedibki o olmayanda 3müz bir araya gəlib offtop eləyə bilməyək Gözlərinizi yumun mod ve supmod ` lar adminin gözü onsuzda yumuludur
- « Nəşriyyat » da düşən var ? - kandokturun kal səsi yenidən eşidildi ? Orta yaşlı kişi düşdü , arxada oturan cavanlarsa qulaqcıqla radioda nəyəsə qulaq asırdılar .
Hər birimiz mütləq yaşadığımız ölkənin lal dilini bilməliyik . Küçədə , mağazada onlarla təsadüfi ünsiyyət qurmağı bacarmalıyıq . Eyni dünyada fərqli dünya adamları kimi yaşamaq ayıbdır sadəcə .
Qeyd edək ki , layihənin ümumi dəyəri 114 , 3 milyon . dollardır ki , qalan 34 , 3 milyon . dolları Azərbaycan hökumətinin iştirak payıdır . Layihənin əsas məqsədi ölkədə irriqasiya sisteminin idarə edilməsinin təkmilləşdirilməsidir .
" QLOBALLAŞMA VƏ MƏDƏNİYYƏT : AZƏRBAYCAN MƏDƏNİYYƏTİ QLOBALLAŞMA DÖVRÜNDƏ Qloballaşma nədir ? 1990 - cı illərdən başlayaraq qloballaşma anlayışını tez - tez eşitmək mümkündür . Lakin bu . . . "
eleeee ? tam arxayin olum ? bax burak cixsa tepeme daszad dushse yada gedib stolbayazada girsen elimden qurtara bilmeyeceksen haa # 12 , 08 . 06 . 2011 - 22 : 46 , Teana
" Media forum " a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki , prosesdən razı qalmaq qeyri - mümkündür : " Bu seçkilərin əvvəlki bütün seçkilərdən fərqi odur ki , real siyasi proses mövcud deyil . Televiziya çıxışları yoxdur , təşviqat materiallarının geniş şəkildə yayılması baş vermir , MSK təşviqat kampaniyası üçün vəsait ayırmayıb , sərbəst toplaşmaq hüququ təmin edimir . Seçkilərin taleyi seçkidən əvvəl hakimiyyət partiyasının xeyrinə həll edilib " .
Birge . az 30607 , Islam ve 21 - ci esir 30 , Qizlar ve Oglanlar 24
Milli Məclisin üzvü Fəttah Heydərov Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini SİA ilə bölüşüb . - Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi bu tarixi günü necə xatırlayırsınız ? - Bu gün heç vaxt unudulmayacaq . Çünki bugünkü müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir . Bu kəlam təsadüfi bir kəlam deyil . Bu ifadəni Milli Məclisdə , bəlkə də , ilk işlədən şəxslərdən biri mən olmuşam . Bu fikir mənim Heydər Əliyevin fəaliyyətinə bələd olduğum ilk illərdən bu yana gəldiyim ən yüksək nəticədir . Ona görə ki , mən hələ 1969 - cu ildən öncə də respublikanın ictimai həyatında iştirak etmişəm . Hələ gənc yaşlarımdan partiya komitəsinin siyasi fəalı kimi ölkədəki vəziyyəti gözəl dərk edirdim və təhlil edirdim . O zaman Azərbaycanın ittifaq respublikaları içərisində bütün göstəricilər üzrə , xüsusilə , iqtisadi , sənaye və digər sahələrdə kəmiyyət göstəricilərinin aşağı olduğunun şahidi olurdum . Bu hal isə bizim üçün xoşbəxtlik gətirmirdi . Belə vəziyyət hər zaman bizi düşünməyə vadar edirdi . Çünki hər bir insan , xüsusilə , gənclər öz ölkəsinin , xalqının nailiyyətləri ilə fəxr edir . O zaman ölkənin aşağı səviyyədə olması məni narahat edirdi . Yuxarıda sadaladığım göstəricilərə görə Azərbaycan ya 13 - cü , ya da 14 - 15 - ci yerdə olurdu . Lakin 1969 - cu ilin 14 iyul tarixindən Azərbaycanda yeni bir həyat başladı . Azərbaycanın həyatında , insanların işə münasibətində , onların bir - birinə davranışında , yaşam tərzində çox böyük , inqilabi dəyişikliklər baş verdi . Bunun da səbəbi həmin vaxt Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi oldu . Bu , bir təsadüf deyildi . Çünki Heydər Əliyev işlədiyi təşkilatda Azərbaycanda gedən proseslərin əksəriyyəti ilə tanış idi . O , bilirdi ki , Azərbaycanda vəziyyət necədir . Lakin bilmək Onun üçün az idi . Bilmək onun üçün əsas şərt deyildi . Ona görə də , Heydər Əliyevin o zaman Azərbaycanda hakimiyyətə gəlməsi , Onun rəhbərliyə təyin olunması Azərbaycan xalqının şansı idi . - Heydər Əliyevin hakimiyyətindən qabaqkı dövrdə Azərbaycanın ümumi görüntüsü barədə fikrinizi bilmək istərdik . . . - Heydər Əliyevin rəhbərliyindən qabaq Azərbaycan İttifaq ölkələri arasında sahibsiz bir ölkə idi . Azərbaycanda heç bir inkişafdan söhbət gedə bilməzdi . Buna qədər ölkəmizə rəhbərlik edən insanların əksəriyyətinin dövründə Azərbaycan həm də zaman - zaman öz torpaqlarını itirmişdi . Azərbaycanda Heydər Əliyevə qədər və Onun hakimiyyətdən uzaqlaşdırıldığı dövrlərdə torpaqlar əldən gedirdi . Bu torpaqlar gah Ermənistan , gah da başqa torpaq tələbində olanlar arasında paylaşdırılmışdı . Amma Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 14 ildə Azərbaycandan bir qarış torpaq da iddiaçılara verilmədi . Baxmayaraq ki , Ondan əvvəlki dövrdə imzalanmış sənədlər var idi . İkinci böyük nailiyyət ondan ibarət idi ki , Heydər Əliyev öz xalqına çox gözəl bələd idi . O , millətin içərisindən çıxmış bir dahi idi . Sanki İlahi bir qüvvə Ona bu xalqı arxasınca aparmaq qabiliyyəti vermişdi . Mən həmişə Onda İlahi qüvvənin olduğuna inanmışam və bu fikirləri hər zaman söyləmişəm . Heydər Əliyev qısa bir müddətdə Azərbaycan kəndlərini müasirləşdirdi . Azərbaycan kəndləri o vaxta qədər ən geridə qalmış və ən aşağı səviyyəli yaşayış məkanları idi . Heydər Əliyev bu insanlara ev tikməyi məişət şəraiti yaratmağı öyrətdi və ən əsası , iqtisadiyyatın səviyyəsini qaldırdı . Azərbaycanda üzüm istehsalını 2 milyon tona qaldırmaqla , Azərbaycan torpaqlarını yaşıllığa qərq etdi . Ulu öndər Azərbaycanda böyük bağçılığın inkişafına nail oldu . Azərbaycan o dövrdən sonra meyvəçilikdə də böyük inkişaf əldə etdi . Bununla bərabər pambıqçılığı , taxılçılığı inkişaf etdirdi . Azərbaycan böyük sənaye potensialını işə saldı . Bu dahi insan şəxsi nüfuzundan istifadə edərək Azərbaycana əvvəlki dövrlərə nisbətən qat - qat çox maliyyə vəsaiti gətirdi . Tədqiqatçıların biri 2 gün öncə mənə tədqiqatların nəticəsini deyərkən məlum oldu ki , Heydər Əliyev 14 il ərzində Azərbaycana 93 milyard manatlıq gəlir gətirib . Bu , Heydər Əliyevin böyük nailiyyətlərindən biri idi . Ulu öndər xalqı öz arxasınca aparmağı bacarırdı . O , insanlara mənalı yaşamağın yollarını göstərdi . O zaman böyük suvarma sistemləri yaradıldı . Bakını isə əsl Azərbaycan şəhəri etdi . Bakıda yeni yaşayış məskənləri salmaqla , yeni iş yerləri açmaqla paytaxtımızı müasir şəhərlər sırasına daxil etdi . Eyni zamanda , Azərbaycanın müxtəlif regionlarında abadlıq işlərinin aparılması , yaşayış səviyyəsinin artırılması Heydər Əliyevin böyük xidmətlərinin nəticəsində mümkün oldu . Bu böyük şəxsiyyət insanları iş keyfiyyətlərinə görə seçirdi . O , insanlar arasında böyük səmimiyyət yaradaraq onlar arasından ən yaxşıları və istedadlılarını önə çıxarmağa nail olurdu . O , belə insanlara fəxri adlar verməklə sübut etdi ki , Azərbaycan xalqı yaradıcı xalqdır , burada yaşayanlar çalışqan insanlardır . Məhz Ulu öndər Heydər Əliyev sübut etdi ki , azərbaycanlılar geridə qalmış bir millət deyil . Dünyanın ən qabaqcıl mentalitetinə malik olan insanların azərbaycanlılar olduğunu Ulu öndər Heydər Əliyev sübut edə bildi . Beləcə azərbaycançılıq ideyası Onun varlığında yarandı və nə yaxşı ki , Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi . Bu dəfə O , müstəqil Azərbaycana rəhbərlik etdi . Ulu öndərin birinci dövrdəki rəhbərliyi ilə ikinci dövrdəki rəhbərliyi arasındakı Azərbaycan Heydər Əliyevsiz Azərbaycan idi . - Bəs bu dövrlər arasındakı fərqi necə müqayisə edərdiniz ? - Dahi şəxsiyyətin dövlətimizə qazandırdıqlarını müqayisə etmək üçün Heydər Əliyevli Azərbaycanla , Heydər Əliyevsiz Azərbaycanı mütləq müqayisə etmək lazımdır . O , hakimiyyət başında olduğu bütün dövrlər ərzində Azərbaycanda quruculuq işləri görülüb . Bütün işlər insanların maddi rifahının yaxşılaşdırılmasına yönəldilib . Bu dövrlərdə Azərbaycanda elmin , təhsilin daha yüksək səviyyəyə qalxması üçün gərgin işlər gedib və yüksək nəticələrə nail olunub . Görün , Heydər Əliyev qısa müddətdə hakimiyyətdə olmadığı bir zamanda nələr baş verib ? Deyərdim ki , bütün qazanılan nailiyyətlərin dağıdılması prosesi gedib . Ən dözülməzi ondan ibarətdir ki , Heydər Əliyevin Azərbaycanda olmaması nəticəsində bu gün də xalqımız üçün ağır dərd olan Dağlıq Qarabağ münaqişəsi yaranıb . Biz 20 min şəhid verdikdən , torpaqlarımızın 20 faizini itirdikdən sonra böyük problem qarşısında qalmışıq . Bu problem Heydər Əliyevsiz Azərbaycanda yaranıb . Əgər 1989 - 1990 - cı illərdə Heydər Əliyev Azərbaycanda olsaydı , bu müsibətlər Azərbaycanın başına gəlməzdi və bu qədər böyük problemlər də yaranmazdı . Nə yaxşı ki , Azərbaycan xalqı öz müdrik liderini yenidən Azərbaycana rəhbər gətirdi və qısa müddətdə bugünkü ədəbi müstəqilliyimizə nail olduq . Bu gün isə bu siyasət Onun siyasi varisi , Prezident İlham Əliyev tərəfindən şərəflə , böyük iradə ilə davam etdirilir . Ulu öndərin açdığı yol Azərbaycan üçün ən doğru yoldur .
Maddə 36 . Rayon tabeli şəhərlərdə , qəsəbələrdə və kəndlərdə rayon , şəhər , şəhərdə rayon icra hakimiyyəti başçılarının nümayəndəliyi 1 . Rayon tabeli şəhərlərdə , qəsəbələrdə və kəndlərdə rayon , şəhər , şəhərdə rayon icra hakimiyyəti başçılarının nümayəndəliyi fəaliyyət göstərir . Rayon , şəhər , şəhər rayonu icra hakimiyyətinin nümayəndəsi : 1 ) rayon , şəhər , şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir , onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir , tapşırıqlarını həyata keçirir ; 2 ) vətəndaşların qəbulunu həyata keçirir , onların şikayət , ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür ; 3 ) qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparın , notariat işlərini görür , vətəndaşlara onların şəxsiyyətini , ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir ; 4 ) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir .
Bazar iqtisadiyyatının subyekt və obyektləri Bazar bəşər sivilizasiyasının ən mühüm nailiyyətlərindən biridir . O , mi illər boyu inkişaf yolu keçmiş və bəsit bir formadan müasir yüksək formaya qədər yüksəlmişdir . Mənbələrdə onun 6 - 7 min il əvvəl meydana gəlməsiqeyd olunur . Bazar insan cəmiyyəti tarixində böyük ictimai əmək bölgülərininƏ əmtəə təsərrüfatının mübadiləsinin meydanagəloməsi ilə üzvi şəkildə bağlıdır . Bazarın obyektiv zəruriliyi müxtəlif mülkiyyət formalarının mövcudiyyəti , onun subyektlərinin əlahiddələşməsi ilə də üzvi şəkildə bağlıdır . Bunlarla yanaşı onun zəruriliyi milli iqtisadiyyatın xaricə çıxması təlabatı ilə əlaqədardır . " Bazar - ayrı ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyəti mexanizmidir . " Bazar - iqtisadi kateqoriya olub , konkret iqtisadi münasibətləri , alıcılarla satıcıların əlaqələrinin məcmusudur . O , habelə əmtəələrin və xidmətlərin hərəkəti üzrə ticarət vasitəçiləri ilə bazar münasibətləri subyektlərinin mənafelərini təcəssüm etdirir və müb . . .
Təəssüf ki , insanlar onu tanıya bilmədilər , lazımınca dəyərləndirməkdə aciz oldular . Özü də bunu başa düşürdü , təbii və çıxışlarında « Məni itirdikdən sonra qədrimi biləcəksiz » - deyə buyururdu . Öz yamaqlı çarıqlarına işarə edərək « And olsun Allaha sizə xəlifə olmaq mənim üçün yamaqlı çarıqdan daha dəyərsizdir , haqqı müdafiə edib nahaqla mübarizə aparmaq olmasaydı » . Xilafət onun üçün məzlumun haqqını qaytarmaq , zalımın zülmünə son qoymaq üçün vasitədən başqa bir şey deyildi . Çoxları bu iddiada ola bilər , amma Həzrət Əlinin ( ə ) həyatı iddia ilə əməl vəhdətinin ən gözəl nümunəsi idi . Həzrət Əli ( ə ) o nadir insanlardan idi ki , siyasət məfhumu ilə hiylə və kələk , çirkinlik və əxlaqsızlıq məfhumlarını bir - birindən ayırdı . Siyasəti hiylə və hoqqabazlıqdan ibarət olan düşməninin əksinə olaraq möminlər əmiri Həzrət Əli ( ə ) heç zaman mənəvi prinsipləri tapdalamadı , mənəviyyatı siyasətə qurban vermədi . Bir çoxları bunu düzgün dəyərləndirməyib : « Müaviyyə Əlidən daha yaxşı siyasətçidir , o daha zirəkdir » , - deyirdilər . Bu insanların cavabında Əli ( ə ) deyirdi : « And olsun Allaha , Müaviyyə məndən daha zirək , daha bacarıqlı deyil . Əgər Allah hiyləgərliyi qadağan etməsəydi , görərdiniz Müaviyyə zirəkdir , ya mən » . Bununla Əli ( ə ) onları başa salırdı ki , siyasətdə hiylədən istifadə etməməsi onun bacarıqsızlığı ilə yox , təqvası , Allaha bağlılığı ilə əlaqəlidir . Əli ( ə ) - nin siyasətini Müaviyyə siyasətindən fərqləndirən cəhət bundan ibarətdir ki , onun siyasəti İslam adlı haqq olan dinin bir məktəb kimi qorunub saxlanması , gələcək nəsillərə çatmasına xidmət edirdi . Əli ( ə ) üçün önəmli olan insan dəyərlərinin qorunması idi . Əli ( ə ) - nin xilafəti , müharibəsi , sülhü bu dəyərlərin qorunmasına xidmət edirdi . Əlinin savaşı dəyər savaşı idi deyə , mənəvi dəyərləri heç bir məqsədə qurban verə bilməzdi . İmam Əli ( ə ) də öz düşməninin istifadə etdikləri üsullardan istifadə etsəydi şübhəsiz onlara qalib gələrdi , amma daha Əli ( ə ) ola bilməzdi . Bu isə həqiqətdə Əli ( ə ) üçün ən böyük məğlubiyyət olardı . Əli ( ə ) ilə onun düşmənlərinin davası haqq ilə batiln davası idi və bu gün Əlinin ( ə ) adı məhəbbətlə , Müaviyyənin adı nifrətlə çəkilirsə , insanlıq Əlinin ( ə ) uğrunda fəda olduğu dəyərlərin təşnəsidirsə , şübhəsiz ki , bu savaşdan Əli ( ə ) qalib çıxdı . Bu isə Əlinin ( ə ) uzaqgörən siyasətçi olmasının sübutudur . Əlinin ( ə ) siyasəti ilahi siyasətdir , həyatının bütün cəhətləri kimi . Əlini ( ə ) insanlara sevdirən və düşmənlərinə qalib edən də məhz budur : onun bütün vücudu ilə Allaha bağlı olması .
Download XML • Download text