aze-10
aze-10
View options
Tags:
Javascript seems to be turned off, or there was a communication error. Turn on Javascript for more display options.
" Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi " nin təşkilatçılığı ilə 2011 / 2012 - ci tədris ilində Qobustan rayonunun ümumtəhsil məktəblərində I - ci sinifdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün 17 . 06 - 26 . 06 . 11 - ci il tarixlərdə " Yeni fənn kurikulumlarının tətbiqi " mövzusunda təlimlər keçirilir . Təlimlərin gedişində 50 nəfərə yaxın müdavimlərə Qobustan şəhəri 2 saylı orta məktəbində yerləşən təlım mərkəzində 2 təlimçi məşgələ keçirir .
Məhz onun təkidi və təşəbbüsü ilə ədibin tuncdan büstü hazırlandı və 1978 - ci ildə Leninqraddan Qutqaşına ( indiki Qəbələyə ) gətirildi . 80 - ci illərin əvəllərində ədibin qəbirüstü ərazisi sahmana salındı , abadlıq işləri aparıldı və orada büstü qoyuldu . Biz də o vaxt ədibin ev - muzeyinin yaradılması məsələsini rəhbərlik qarşısında qaldırdıq . Lakin məlum oldu ki , yazıçının anadan olduğu ev və ümumiyyətlə həmin nəslin malikanəsindən nişanə qalmayıbdır . " Xatirə ev - muzeyi " nin yaradılması təklifi bəyənildi və qəbirüstü abidə ilə üzbəüz sahədə bina üçün yer ayrıldı , qısa vaxtda tikintiyə başlandı . Azərbaycan KP MK - nın o vaxtkı katibi H . Ə . Həsənov 20 iyul 1984 - cü ildə rayonumuzda olarkən Qutqaşın ( indiki Qəbələ ) Dövlət Tarix - Mədəniyyət Qoruğunda , Qutqaşın ( indiki Qəbələ ) rayon Tarix - Diyarşünaslıq Muzeyində və muzey üçün bərpa edilən keçmiş Cümə məscidinin binasında , Səkkizguşəli məsciddə oldu , İsmayıl bəy Qutqaşınlının məzarını ziyarət etdi və ədibib xatirə ev - muzeyinin tikintisi ilə yaxından tanış olaraq bu işdə rayon rəhbərliyinə uğurlar arzuladı . Elə o vaxtdan İsmayıl bəy Qutqaşınlıya dair eksponatların toplanması işi sürətləndirildi .
Investisiya fəaliyyəti - iqtisadi inkişafın katalizatoru kimi G i r i ş 1995 - ci il Azərbaycanda sistemli islahatların başlanğıcı və iqtisadi stabilliyin ilkin əlamətlərini əks etdirən ilk kimi yadda qalmışdır . Məhz bu ildən etibarən istehsalın aşağı düşməsi , qiymətlərin artımı , aşağı investisiya aktivliyinin ümumi fonunda destruktiv proseslərin get - gedə zəifləməsi müşahidə olunmağa başlandı . Bu , ilk növbədə , əvvəlki illərlə müqayisədə inflyasiyanın səviyyəsinin azalması ilə nəzərə çarpdı . 1995 - ci ilin sonuna doğru manatın məzənnəsi stabilləşərək 1 / 4420 oldu . Istehlak bazarının doyma dərəcəsinin artımı , əhalidə pul yığımlarına meyllilik yaranmağa başladı . Bu və sonrakı illərdə baş verən pozitiv tendensiyalar respublikanın artıq keçid periodunun stabillik fazasına doğru hərəkət etdiyini göstərirdi . Bildiyimiz kimi bu hərəkət əsasən pul - kredit siyasəti vasitəsilə həyata keçirilir . Lakin , bu proses iqtisadiyyatın real sektorundakı struktur irəliləyişlə paralel getməzsə , effektiv olmaz . Ona görə də , bir sıra apar . . .
Milli Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatları ilin əvvəlindən 35 , 4 % artaraq 5 438 , 6 mln . dollara çatıb . Azərbaycanın strateji valyuta ehtiyatları isə 17 mlrd . dolları ötür .
Şvarznegger xanımı Mariya Şrayverə uşağı olduğunu vəzifəsindən istefa verdikdən sonra bildirib
Avqustun 22 - də Pekin Olimpiadasındakı yeganə taekvondoçumuz Rəşad Əhmədov mübarizəyə qoşulacaq . Artıq onun rəqibləri də bəllidir . İlk rəqib Qətərdən olan taekvondoçudur . Yığma komandanın baş məşqçisi Ələkbər İmaməliyev püşkün nəticəsindən razıdır : " Qızıl medala əsas namizəd olan amerikalı Stiven Lopez və Afina Olimpiadasının gümüş medalçısı türk Bəhri Tanrıqulu digər qrupa düşüblər . Onlar bir - biri ilə qarşılaşacaq . Amma bu o demək deyil ki , Rəşadın qrupu asandır . Təkcə onu deyim ki , qrupda olimpiya çempionu , dəfələrlə dünya çempionu olmuş iranlı Hadi Saei də mübarizə aparacaq . Asan olmayacaq , amma keçməyə çalışacağıq " . Məşqçi hesab edir ki , idmançımız məşqlərini davam etdirərək yaxşı forma yığıb . " Rəşad gündə bir dəfə olmaqla hazırlaşır və özünü əla hiss edir . Əla forma yığıb . Proqnoz vermək istəmirəm , amma qızıl medalı götürməyə çalışacağıq . Pekinə medal üçün gəlmişik " deyə məşqçi bildirib .
Bu yay mövsümün əsas brendlərindən biri də göy qurşağını bütünlüklə özündə əks etdirən geyimlər olacaq . Bunlar hansılardır ? Yaşıl , narıncı , çəhrayı , bənövşəyi və digər bəyəndiyiniz rənglər . Bu sadaladığımız rəngli parçalar Jason Wu , Celine , Prada , Marc by Marc Jakobsun kolleksiyalarını bəzəyir . Elə onların fikrincə , belə geyimli parçalarla hökmən saya aksessuarlardan istifadə etmək lazımdır .
Təşəbbüskar Şəxsiyyət Birinci hissə İlham Heydər oğlu Əliyev 1961 - ci il dekabrın 24 - də Bakı şəhərində anadan olub . 1967 - 1977 - ci illərdə Bakı şəhərində orta məktəbdə təhsil alıb . 1977 - ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna ( MDBƏİ ) daxil olub . MDBƏİ - ni bitirdikdən sonra 1982 - ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub . 1985 - ci ildə dissertasiya müdafiə edərək , tarix elmləri namizədi dərəcəsi alıb . 1985 - 1990 - cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib . 1991 - 1994 - cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal - kommersiya müəssisələrinə rəhbərlik edib . 1994 - cü ildən 2003 - cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse - prezidenti , sonra isə birinci vitse - prezidenti olub . " Heydər Əliyevin neft strategiyası " nın həyata keçirilməsində fəal iştirak edib . Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir . Siyasi elmlər d . . .
Subaydır , müsəlmandır , Türk milliyətçisidir . Bütöv Azərbaycan və Turan ideyalarına hədsiz vurğundur . Sevdiyi və həyatını öyrəndiyi tarixi şəxsiyyətlər əsasən bunlardır : Məhəmməd peyğəmbər ( s ) , Hz . Əli , Ş . İ . Xətai , M . Ə . Rəsulzadə , M . K . Atatürk , H . N . Atsız , Ə . Elçibəy .
Həsən bəy Zərdabidən bizə miras qalan media müstəqillik qazandığımız illərdən bu günə kimi özünəməxsus inkişaf yolunu qət edir .
Xatırladaq ki , Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın iyunun 19 - da Bakının " Nərimanov " kinoteatrının qarşısına təyin etdiyi mitinqi sanksiyalaşdırmaqdan imtina edib . Meriya mitinqin 20 - ci yaşayış sahəsi , Elçin Əziziov küçəsində yerləşən sürücülük məktəbinin meydançasında keçirilməsini təklif edib . İctimai Palatanın Koordinasiya Şurasının iyunun 16 - da keçirilən iclasında meriyanın cavabı müzakirə olunub və mitinqin keçirilməsi qərarı qüvvədə saxlanılıb .
İranın vitse - prezidenti dollar və avro ilə neftin satışının dayandırılcağını deyib
Qədim zamanlardan indiyədək bizlərə beş oyun gəlib çatıb . Onlar indi də oynanılır . Şahmat , nərd , dama , vyetsi ( qo ) və manqala adları ilə tanınan oyunların ən məşhuru şahmatdır . Dama da sevilən oyunlar cərgəsindədir . Nərd isə daha çox Şərq xalqları arasında məşhurdur . Avropa onu ekzotik oyun kimi qəbul edir . Təsadüfi deyil ki , Avropada nərd üzrə ciddi beynəlxalq turnir keçirmək ənənəsi yoxdur . Şahmatla nərd eyni dövrdə icad edilib . Bu barədə ayrıca əsər də var . " Nard və motikan " adlanan pəhləvicə yazılmış əsər hind - İran əlaqələrini işıqlandırır . Vyetsi ( qo ) oyunu qədim çinlilərə məxsusdur . Son 30 ildə onu dirçəldib beynəlxalq miqyaslı yarışlar keçirmək üçün çox təşəbbüs edilib . Keçmiş sovetlər birliyində hətta qo üzrə dərəcəli idmançılar da vardı . Manqala unudulan oyunlardandır . Ərəbcə " köçürülmə yeri " mənasını verir . Əbül Fərəc əl İsfəhaninin " Kitabül - Əğani " - " Nəğmələr kitabı " nda ərəblər arasında məşhur mahnıların mətnləri və onların müəllifləri haqqında maraqlı məlumatlarla yanaşı , manqala oyunu barədə də danışılır . Buradan öyrənirik ki , manqalanın bir neçə növü olub : kalax , avale , vari , doqquz - kumalak , qran və s . " Doqquz - Kumalak " adından da göründüyü kimi türk oyunudur . Bu oyun iki oyunçu arasında keçirilir . Rəqiblərin həm fiziki , həm də idraki gücü sınanır .
Təhsil üzrə ekspert Əlövsət Osmanlının özünün təhsil haqqında mülahizələri və mediada yer alan yazılardan toplanmış dörd cildlik " Təhsil tariximizin qara ləkələri " , " Təhsilimiz hara gedir " 448 , " Təhsilimiz bu gün " 400 səhifəlik və sonuncu " Mərdanova məktublar " adlı 240 səhifəlik kitablı işıq üzü gördü . Eyni vaxtda Nadir İsrafilovun " Mehdizadə və Mərdanov " adlı brojurası da ölkə mediasında səs - küy yaratdı . Bütün bunlar Təhsil Nazirliyində birmənalı qarşılanmadı .
Şəfaət etmək varmı ? Kim hansı səviyyədə şəfaət edə bilər , izah edə bilərsinizmi ?
- onun təklif etdiyi məhsulun ictimai tələbata nə dərəcədə uyğun olmasından ;
İDEAL CƏHƏNNƏM Kommunizm Ümumi Mülkiyyət , Ümumi Təminat , Ümumbəşəri Xalq deməkdir . Ümumi Mülkiyyət - Total ( hərtərəfli ) Məhrumiyyət , Ümumi Təminat - Total əsarət ; Ümumbəşəri Xalq - Total Xalqsızlıq deməkdir .
Azərbaycan neftinin qiyməti yenidən rekord vurub . Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əlaqələr idarəsindən , məlumata görə , sonuncu hərraclarda Azərbaycan nefti 138 dollar 25 sentə satılıb . Bu isə neftin büdcədə nəzərdə tutulan qiymətindən təxminən 2 dəfə çoxdur .
" Azərbaycanda ÜDM və onun hesablanma dinamikası " mövzusundan Milli iqtisadiyyat məsələsi " milli iqtisadi inkişaf " və " milli iqtisadi güc " anlayışları ilə sıx əlaqəlidir . Həmin anlayışlar müxtəlif baxımdan milli iqtisadiyyatın müəyyən zaman , il üçün vəziyyətini aşkar etmək , başqa ölkələrin milli iqtisadiyyatları ilə müqayisə aparmaq üçün lazımdır . Yalnız milli iqtisadi inkişaf səviyyəsi və gücü olan dövlətdə yüksək iqtisadiyyatdan söz gedə bilər . Klassik mə ' nada iqtisadiyyat - insanların qeyri - məhdud tələbatının məhdud təbii və istehsal imkanları ilə ödənilməsi problemlərini həll etməyə çalışan elm və praktiki fəaliyyət sahəsidir . Bütövlükdə iqtisadiyyat iki böyük bölməyə ayrılır : mikroiqtisadiyyat və makroiqtisadiyyat . Mikroiqtisadiyyat - ayrı - ayrı iqtisadi elementlərin iqtisadi davranışını öyrənir . Belə elementlərə ev təsərrüfatları , firmalar sahələr və konkret bazarlar aiddir . Makroiqtisadiyyat isə əksinə iqtisadiyyatın bütövlükdə fəaliyyətini tənzimləyir . Burada əsas diqqət məhsul və xidmətlərin ümum . . .
Oktyabrin 23 - də Təhsil Nazirliyində həmin kursları başa vurmuş təlimçilərlə görüş keçirildi .
İÇİNDƏKİLƏR ÖN SÖZ Kolin Meyer BAZAR VƏ KEÇİD DÖVRÜ İQTİSADİYYATI ŞƏRAİTİNDƏ KORPORATİV İDARƏETMƏ Marek Hessel KORPORASİYANIN DİREKTORLAR ŞURASI : NÜMAYƏNDƏLİK VASİTƏSİLƏ NƏZARƏT QOŞMA 1 QOŞMA 2 QOŞMA3 KORPORATİV İDARƏETMƏ Bu kitabça 1996 - cı ildə Moskva şəhərində nəşr olunmuş « Korporativnoe upravlenie » kitabında dərc edilmiş bir sıra seçilmiş məqalələrin tərcüməsini özündə əks etdirir . Yuxarıda adı çəkilən kitab keçid iqtisadiyyatlı ölkələrdə səhmdar cəmiyyətlərinin idarə edilməsi problemlərinə həsr olunub . Kitabın müəllifləri korporativ münasibətlər sahəsində aparıcı qərb mütəxəssisləridirlər . Bu kitab , əslində menecerlər üçün təlimat rolunu oynayan idarəetmə üzrə çoxsaylı kitablardan fərqli olaraq direktorlar şurasının və səhmdarların , yəni şirkətin mülkiyyətçilərinin maraqlarını təmsil edən səhmdar cəmiyyətinin digər qurumlarının vəzifələrinə və əməli işinə həsr olunub . Kitabın tərtibatçısı və tərcüməçisi Kitabın kompüter tərtibatçısı Assistent ÖN SÖZ Kommunist rejiminin dağıldığı beş il müd . . .
Mərdəkanda Futbol Mərkəzi və " Dalğa Arena " istifadəyə verildi
Həqiqətən , Allah dərga hında qə bul olunan din , İslam dır ! ( Ali - İmran 19 )
İran adlanan ölkədə özbaşına tutularaq öldürülənlərin sayı çoxdur ancaq mediyalara kəskin təlimat verilibdir ki belənçi olayları yaymasınlar .
Məlumat üçün bildirildə ki , növbəti illərdə Şəkidə 14 yeni məktəb binasının tikilməsi , 42 məktəbin isə əsaslı təmir olunması nəzərdə tutulmuşdur .
Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun " 190 " nömrəli telefon məlumat xidmətinə ( " Call - center " ) ümumilikdə 40 014 müraciət ünvanlanıb .
Earth Hour aksiyası WWF və Sydney Morning Herald tərəfindən 2007 - ci ildə hazırlanıb . Bu zaman 2 . 2 milyon Sidney sakini işıqları söndürməklə bu aksiyaya qatılmışlar . Sidney başda olmaqla , bir çox digər şəhərlər artıq 2008 - ci ildə bu tədbirə qoşuldular .
Azərbaycan Respublikasının Vergi Məcəlləsi . Kitabda Azərbaycan Respublikasının Vergi Məcəlləsi verilmişdir . Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər kitabın sonunda , ayrıca başlıq altında , tam mətndə verilməklə yanaşı Məcəlləyə də daxil edilmişdir . Qüvvədən düşmüş maddənin , yaxud hansısa hissənin üzərindən xətt çəkməklə kitabda saxlanılmışdrr . Bu da istifadəçi üçün qüvvədən salınan mətnlə yeni əlavə olunanı müqayisə etmək imkanı yaradrr . Kitab [ . . . ]
Əvvəla , kim bu aparıcılara haqq verir ki , başqalarının şəxsi işinə qarışsınlar , ittiham eləsinlər . Bu yerdə İsa Məsihin " kim günahsızdırsa , birinci daşı o , özü atsın " ifadəsi yada düşür . Bu mənada qadın aparıcılardan hazırda " ANS " - də işləyən Rövşanə Bektaşinin də adını bu " silsiləyə " qatmaq olar . Eyni qaydada tamaşaçını uşaq kimi qabağına qoyub kefin istəyən danlasın . Adamın gülməyi gəlir . Yaxın Türkiyə , Rusiya efirlərinə də baxırıq . Rus televiziyaları adama müsbət enerji verdiyi , sakitləşdirdiyi halda bizimkilər aqressiya püskürür .
- AAŞ - nın potensial gücü layihədə göstərilən işlərin həyata keçirilməsinə yetərmi ? Ağsaqqal nüfuzu bu məsələdə rol oynaya biləcəkmi ? - Hələ qədim zamanlardan Azərbaycanda , ümumiyyətlə , Şərq aləmində ağsaqqallara xüsusi hörmət edilib . Ölkəni , diyarı idarə etməkdə ağsaqqalların rolu həddindən artıq böyük olub . Onlar indiki müasir dillə desək , həm məhkəmə , həm prokuror , həm hökmlü , sayılan şəxslər kimi çıxış ediblər . Ağsaqqallar qan töküləndə də , çox ağır cinayətlər olanda da dəyərli məsləhəti ilə hadisələri yoluna qoyub , xalq arasında sülh və əmin - amanlığa nail olublar . O ənənələrə sadiq qalaraq indi də Azərbaycanda ağsaqqallara böyük hörmət var . Ağsaqqal dedikdə - həm ailənin , həm bir qrup tayfanın , həm də bu və digər yaşayış yerlərinin ağsaqqalları nəzərdə tutulur . El dara düşəndə : « Kimə müraciət edək , kimə deyək ki , bu işi yatıraq ? » - deyə düşünməyib . Belə şəraitdə ilk növbədə ağsaqqalara müraciət edilib , onların məsləhətləri dinlənilib . Ona görə ki . . .
Aparılan əməliyyat - axtarış tədbirləri nəticəsində Seyfulla Bədəlovun h y tyan sah sind n . . . l rini saxlama , satma , daşıma , göndərmə ) maddələri ilə ittiham olunur
Məsələ 1145 : İnsanın yuxusu gələn vaxt , həmçinin , bövl və ğaitdən özünü saxlayan vaxt namaz qılması məkruhdur . Həmçinin , namazda ayağı sıxan dar corab geymək məkruhdur . Qalan məkruhat müfəssəl kitablarda deyilmişdir .
Daxili investisiyaların xarici sərmayələri üstələməsi müsbət hal kimi qiymətləndirilir . Xarici sərmayədarlar qeyri - neft sektoruna daha çox investisiya yatırmağa başlayıb . Təsadüfi deyil ki , son illərdə qeyri - neft sektorunda xarici investisiyanın çəkisi artan xətt üzrə inkişaf edib . Prezident İlham Əliyevin " İnvestisiya fəaliyyətinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında " sərəncamına əsasən yaradılan Azərbaycan İnvestisiya Şirkəti ölkənin investisiya fəaliyyətinin genişlənməsində mühüm rol oynayır .
Birinci qismə gəldikdə bu barədə bir sıra hədislər rəvayət olunub .
Nəticədə , yalnız dörd poza " kənar yardım " olmadan uyğun hesab edilmişdir . Qalan altı poza üçün xüsusi elastik kəmər və yataq dəstinə oxşayan hava borusu lazımdır .
Dünyadakı bütün canlıların ( bitkilər , heyvanlar , insanlar ) orqanizmi bu və ya digər nisbətdə , sudan ibarətdir . İnsanın canını təşkil edən hər şeydə - qanda , sümükdə , əzələdə , daxili orqanlarda və s . az və ya çox miqdarda su olur . Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla , gün ərzində 2 - 3 litr intervalında su xaric olunur . Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir . Məhz bu səbəbdəndir ki , insan susuz uzun müddət yaşamaq iqtidarında deyil .
Çıxış zamanı F . Əbülfəzqızı gəncəli şair Bəxtiyar Yunisoğlunun əbədiyaşar şair Mikayl Müşfiqin xatirəsinə qələmə aldığı " Yenə o yay olaydı " şeirini ifa etdikcə , müşfiqsevərləri bir daha duyğulandırdı .
Mərkəzi Seçki Komissiyasının ( MSK ) Seçki Sistemləri üzrə Beynəlxalq Fondla ( IFES ) məntəqə seçki komissiyalarının üzvləri üçün birgə hazırladığı " Seçki günü üçün yaddaş " kitabçası çap olunub . Yaddaş kitabçasının girişində MSK - nın sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yerləşdirilib . . . .
- Bu , başa düşməzlik deyək , arxayınçılıq deyək , nədən irəli gəlir sizcə ? - Görünür , bu qeyri - məhdud hakimiyyət siyasi liderlərin situasiyanı düzgün analiz etmək qabiliyyətlərini də əlindən alır . Onlar reallıq hisslərini itirirlər . Həddindən artıq avtoritar üsullara aludə olan liderlər heç bir tənqid eşitmədiklərinə , ətraflarında fərqli fikir səsləndirə bilən insanlar görmədiklərinə görə uçurumun astasanasına çatanda belə , onu hiss etmirlər . Əslində isə Azərbaycan üçün çox ağır situasiyadır . Görün Azərbaycan hansı ölkələrlə bir sırada müzakirə olundu : Şri Lanka və Belarus . Şri Lanka bizim vətəndaşlara az tanışdır . Bura qeyri - demokratik bir hökumətə sahib , böyük repressiyalar həyata keçirmiş ölkədir . Avropadan çox uzaq olsa da , ümumbəşəri dəyərlər baxımından Avropa bu ölkədə də baş verənlərə biganə qala bilmir . Belarusla bağlı məsələ isə hər kəsə məlumdur . Belarusun üzərində artıq ciddi sanksiyalar var . Azərbaycan indi bax bu ölkələrlə bir sıraya salınıb . Qarşıda müsəlman dünyasında ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93 - cü ili gəlir . Görün o kişilərin qurduğu cümhuriyyəti nə günə salıblar . Azərbaycana bu qədər haqsızlıq etmək olarmı ? !
Bildiyimiz kimi , 3D filmlərə baxmaq üçün eynəklərdən istifadə olunur . Eynəklərin keyfiyyətinə görə kinoteatr " Azərbaycan " irəlidədir . Rus demişkən , более того , hər ikisini istifadə edəndən sonra , məndə belə təsəvvür yarandı ki , " Azərbaycan " - da istifadə olunan eynəklər daha yüksək səviyyəlidir ( Dolby Stereo dəstəkli və sair ) . Park Cinema - dakı eynəklər xarici görkəmindən belə ucuz mal təsiri bağışlayır . Eynəyin çatışmamazlıqlarından onun ağırlığını ( qulaqları yara edir ) , keyfiyyətsizliyini ( ekranlar əcaib cızıqlı , dumanlı və ləkəlidir ) , həmçinin 3D effektin çatdırılmasında zəifliyini qeyd edə bilərəm . " Azərbaycan " - dakılar istifadədə daha rahat və keyfiyyətlidır , həmçinin 3D effektləri daha canlı çatdırır .
" Bələdiyyələrin əraziləri və torpaqları haqqında " Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş " Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı " nda dəyişikliklər edilməsi barədə
Sozsuz ki , Ali karimli prizdentliye layiqdir . Inaniram ki , hecde Mixail Sarkasviliden geri qalan deyil . Aliyevlerin 40 il sumlayib viran qoyduqlari olkeni 5 - ile qaydaya sala bilen sexsiyyetdir . Yalniz xalqin desteyi olmalidir .
Bu məlumatları yada saldıqdan sonra indii yaranış və həyat harmoniyasında həmin rəqəmlərin , necə deyərlər « rolunu » araşdıraq .
Venesuelalılar prezident Uqo Çavesə yeni geniş səlahiyyətlər verəcək konstitutsiya dəyişikliyini rədd ediblər . Bu isə o deməkdir ki , cənab Çaves məhdudiyyətsiz qaydada hakimiyyətdə qala bilməyəcək . Ölkənin baş seçki qurumu bu gün seçicilərin 5 % - nin təklif olunan dəyişikliklərə " yox " dediyini xəbər verib .
Nikotindən asılılıq hansı tezliklə yaranır ? Bu bir çox faktorlardan asılıdır . Fiziki durumun , yaşın və bədən kütləsinin böyük rolu vardır . Bir çox gənclərdə ilk siqaretdən yaxşı təəssürat qalmır . Baş ağrısı , boğazda quruluq , halsızlıq ürəkbulanma və hətta qusma halları olur . Çünki nikotin təkcə beyin reseptorlarına təsir etmir , həm də bir zəhərdir . Keçmişdə nikotindən kənd təsərrüfatında həşəratları öldürmək üçün istifadə edirdilər . Əgər dalbadal 20 siqaret çəkilərsə , onda nikotin zəhərlənməsi baş verə bilər . 0nun əlamətləri - ürəkbulanma , qusma , sürətli ürək döyüntüləri , qıcolmalardır . Belə hallarda təcili yardım çağırmaq , о gələnə qədər isə bədəni zəif manqan məhlulu ilə yumaq məsləhət görülür . Əgər ilk təcrübə pis təəssürat yaradırsa , yeniyetmə və ya gənc bir müddət siqaret çəkmək istəmir . Əgər o , yüngül siqaretlərdən başlayıbsa və bir neçə qüllabla kifayətlənibsə , təəssürat pis olmayacaqdır . Bu halda tütün asılılığına düşmək daha asan olur .
Allahdan diləmək , Əhli - beyt göstərişlərindən istifadə etmək və onlara bağlanmaqla qəlbimizi Allahın mə ᾽ rifət və məhəbbət nuru ilə işıqlandıra bilərik . Əgər belə bir səadət nəsibimiz olsa və qəlbimizdə Allaha məhəbbət yaransa Onu daim xatırlamaq da çətin olmaz .
Ana səhifə : Müsahibələr : Devid Kreymer : Bakıya hər dəfə gedəndə ölkənin inkişaf sürəti məni valeh edir
* * * Azadlıq Qanun olmayınca - bütün başqa Qanunlar Əsarət olacaq . * * * İnsan - mahiyyətcə Tarixdən Üstündür ; Gerçəklikdə Tarixdən özünə doğru Yol gedir - Özündən əksikdən özünə doğru . İnsan - mahiyyətcə Mədəniyyətdən Üstündür ; Gerçəklikdə Mədəniyyətdən özünə doğru Yol gedir - Özündən əksikdən özünə doğru . İnsan - mahiyyətcə Aqibətdən Üstündür ; Gerçəklikdə Aqibətdən özünə doğru Yol gedir - Özündən əksikdən özünə doğru . İnsan gerçəklikdə Tarixdən Üstünlüyünə çatmalıdır - Tarixdən Üstün Yolla getməlidir . İnsan gerçəklikdə Mədəniyyətdən Üstünlüyünə çatmalıdır - Mədəniyyətdən Üstün Yolla getməlidir . İnsan gerçəklikdə Aqibətdən Üstünlüyünə çatmalıdır - Aqibətdən Üstün Yolla getməlidir . İnsan Özümlüyünə çatmalıdır - Özümlük Yoluyla getməlidir . . .
Baş prokurorun müavini xüsusi vurğulamışdır ki , prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının yaradılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv şəkildə davam etdirilmiş , kompüter texnikasının imkanlarından istifadə edilməklə , prokurorluğun fəaliyyətində aşkarlığın və internet vasitəsi ilə informasiya mübadiləsinin təmin olunması məqsədilə məlumatları özündə cəmləşdirən xüsusi bölmələr və bloklardan ibarət Azərbaycan Prokurorluğunun veb - saytının yeni versiyasının yaradılması təmin edilmişdir .
Әvvəla Allahın bir şəxslə olması onun haqq və fəzilət sahibi olmasına dəlalət etməz . İslam e ᾿ tiqadına görə Allah - taala yaxşı və pisliyindən asılı olmayaraq , bütün insanlarladır , onlara şax damarlarından belə yaxındır :
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov dekabrın 3 - də ATƏT - in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli qəbul etdi .
Qarabağ Azadlıq Təşkilatı ( QAT ) Ukraynanın ərazisində NATO tərəfindən keçirilən " Sea Breeze - 2008 ″ hərbi - dəniz təlimlərində Azərbaycan hərbiçilərinin işğalçı Ermənistan ordusunun nümayəndələrilə birgə iştirakını qətiyyətlə pisləyir . QAT hesab edir ki , Azərbaycan hakimiyyətinin bu hərəkəti Ermənistanın ölkəmizə qarşı törətdiyi işğal və terror faktlarının üzərindən sükutla keçməsindən başqa bir şey deyildir . Beynəlxalq təşkilatlar , o cümlədən NATO Ermənistanı bu cür tədbirlərə cəlb etməklə ermənipərəst məqsəd güdür və Ermənistanın təcavüzkar dövlət imicini aradan qaldırmağa çalışırlar .
Mifoloji bayramlar bir qayda olaraq təbiətlə , onun fəsilləri ilə bağlı olurlar ki , bunlar da hər bir adamın həyatında çox mühüm rol oynayan hadisələrdir . Bununla yanaşı , belə bayramlar kollektiv yaddaşda reallaşaraq , xalqlara öz qədim ənənələrini qoruyub saxlamağa , tarixi zamanın dayanmaz axınını müəyyən qədər ləngidərək , əcdadların dövrünü , həyatını xatırlamağa imkan verir . Bütün bu deyilənlər baxımından hal - hazırda xalqımızın qeyd etdiyi bayramlardan heç birini Novruzla müqayisə etmək mümkün deyildir . Bunu da qeyd etmək lazımdır ki , Novruza bənzər bahar bayramları qədim Şumerdə , Misirdə və digər regionlarda da olmuşdur . Ancaq onlar artıq xalq yaddaşından silinmiş və yalnız tarixin yaddaşında müəyyən izlər qoya bilmişlər . Minilliklər içərisindən keçib gələn qədim Novruz bayramı isə tarix boyu bir sıra qadağalara və təqiblərə məruz qalsa da , öz təravətini və gözəlliyini bu gün də saxlamaqdadır . Ancaq tarix də öz işini görmüşdür : bayramın formal əlamətləri , mərasimləri əsasən saxlanılsa da , onun ilkin məzmunu , mənası unudulmuş və ya təhriflərə məruz qalmışdır .
Qurultaydan ikinci mühüm gözləntim isə onun təkcə cəbhəçiləri deyil , bütövlükdə cəmiyyəti daha aktiv siyasi mübarizəyə çağıracağı ilə bağlıdır .
> Rabitə və Informasiya Texnologiyalari Nazirliyinin Məlumat Hesablama Mərkəzi ACIQ TENDER ELAN EDİR
Vətəndaşlar ! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən , orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir , 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti , şairin deyişiylə dilə gətirirəm :
" Cənub qaz dəhlizi " nin perspektivinə inandığını deyən prezident hazırda Azərbaycanla Türkiyə arasında qaz tranziti ilə bağlı müzakirələrin aparıldığını vurğulayıb : " Artıq müzakirələr son mərhələdədir və yaxın vaxtlarda Türkiyə ilə tranzit sazişin imzalanması nəzərdə tutulur . Bizim " Şahdəniz " dən başqa da böyük qaz ehtiyatlarımız , o cümlədən " Ümid " yatağı var . Bu yataq ARDNŞ tərəfindən aşkarlanıb . ARDNŞ " Ümid " yatağında həm sərmayəçi , həm də operatordur . Ümid edirəm ki , növbəti mərhələlərdə də qaz yataqlarının kəşfiyyatı davam etdiriləcək " .
« Azeri Business Award » biznes sahəsində Milli Mükafatın 2010 - cu il üçün yekunları bəlli olub . Bu ilin nəticələrinə görə " Azercell Telekom " MMC iki mükafata layiq görülüb .
Tədbir " 21 Azər " təşkilatı , Dünya Azərbaycanlıları Konqresi ( DAK ) və AMEA Şərqşünaslıq İnstitutunun təşkilatçılığıyla keçiriləcək .
İlk dəfə 2009 - cu ildə Bakıda nümayiş etdirilmiş sərgi " Əsrin müqaviləsi " nin imzalanmasının 15 , " Branobel " Səhmdar Cəmiyyətinin yaradılmasının 130 illik yubileylərinə həsr olunmuşdur . Sərgi ARDNŞ , " Statoil Hydro " şirkətləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı ilə hazırlanmışdır . Daha sonra Azərbaycan nümayəndə heyəti tərəfindən Nobellərin Azərbaycandakı fəaliyyətindən bəhs edən " Nobellər və Bakı nefti " layihəsinin təqdimatı keçirilmişdir . Prezentasiya dolğun informativ yükü və əlvan slaydları ilə böyük maraq doğurmuşdur . Görüşdə Stokholmdakı " Nobellər ailəsi " Cəmiyyətinin sədri Tomas Tiden , Azərbaycan Respublikasının İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Qurbanov iştirak etmişlər . ARDNŞ prezidenti Rövnəq Abdullayevin Stokholmdakı Nobel Muzeyinin direktoru Ulav Amelin ilə görüşəcəyi gözlənilir .
109 saylı Balakən seçki dairəsindən Hüseynov Əli ( bitərəf , özü )
Ey yaradanını və Onun yaratdıqlarını dananlar ! Hərarətli gündən gizlənib dəhşətli istidən boğulduğunuz an düşünün ki , cəhənnəm atəşi bundan daha qorxunc və qat - qat istidir . İndi günün istrisindən sizi qoruyan sərinkeşlər olsa da , hesab dünyasında yandığınız vaxt sizi söndürə biləcək bir damla su belə tapılmayacaq . Sizlər Tanrınızı dandığınız halda Onun bəxş etdiyindən istifadə edirsiniz . Havasını udur , verdiyi nemətlərdən doyunca dadırsınız . Əgər Tanrı yoxdursa elə bir gün yaşayın ki , O heç bilməsin . Elə bir səhəri açın ki , gecəsi düşməsin . Elə edin ki , ömrünüzdə yalnız bahar olsun . Əgər bacarırsınızsa Tanrının razılığı olmadan insan yaradın . O insanı siz istədiyiniz kimi şəkilləndirin . Əgər Tanrı yoxdursa hər şey siz istəyən kimi olsun . İstəyəndə Günəş çıxarıb , istəyəndə yağış yağdırın . Qazandıqlarınızı itirməyin və itirdiklərinizi geri qayttarın . Əgər Tanrı yoxdursa ölümsüz olun , əgər bacarırsınızsa .
Paris ölkənin paytaxtı olmaqla yanaşı , həm də onun ən mühüm iqtisadi mərkəzidir . Fransanın sənaye məhsullarının 30 % - i Paris şəhərində təmərküzləşmişdir . Burada emaledici sənayenin ( avtomobilqayırma , təyyarəqayırma , kimya sənayesi və s ) 100 - ə qədər iri müəssisəsi , başlıca olaraq ən müassir elmtutumlu sahələr yerləşir .
[ 80 ] Nəşrdə çex dilində qeyd edilib : Ajoutẻ par celui qui collationna le manuscrip Z . Voir p . XVIII
Dünya Azərbaycanlıları Konqresinin sədri , millət vəkili Sabir Rüstəmxanlı bəyanatla çıxış edib . Bəyanatda deyilir ki , 03 . 04 . 2008 - ci il tarixində DAK sədri Qulamrza Səbri Təbrizi təşkilatı idarə edə bilmədiyinə , nizamnamə pozuntularına yol verdiyinə görə təşkilat rəhbərliyindən uzaqlaşdırılıb : « Dəfələrlə xəbərdarlığa baxmayaraq Qulamrza Səbri Təbrizi atdığı qeyri qanuni və özbaşına fəaliyyətini dayandırmaq əvəzinə qondarma sərəncamlar verir , qurumda gərginlik yaratmaqda davam edir . Onun DAK adından heç bir sərəncam verməyə , addım atmağa səlahiyyəti yoxdur » .
Ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını qeyd edən Prezident İlham Əliyev gələcək inkişafı təmin etmək üçün xarici bazarlara daha böyük diqqət göstərməyin vacibliyini bildirir . " Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu prosesi uğurla gedir . Təkcə keçən il ölkə iqtisadiyyatına 15 , 5 milyard dollar sərmayə qoyulmuşdur və bu çox böyük rəqəmdir . Azərbaycan xarici sərmayələrin qorunması işində böyük və uğurlu yol keçmişdir . Bu sərmayələr Azərbaycanda qorunur . Biz elə etməliyik ki , ölkəmizdə biznes mühitini daha da sağlamlaşdıraq , daha da yaxşılaşdıraq . "
« TURİZM HAQQINDA » AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Bu Qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəldilmiş dövlət siyasətinin prinsiplərini , turizm fəaliyyətinin əsaslarını müəyyən edir və turizm sahəsində meydana çıxan münasibətləri tənzimləyir , sosial - iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydasını müəyyənləşdirir . Maddə 1 . Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir : turizm - Azərbaycan Respublikası vətəndaşlarının , əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə ( yerdə ) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət , sağlamlaşdırma , tanış olma , idraki ( tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair ) , iş - peşə ( vəzifə borclarının icra edilməsi istisna olmaqla ) , idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələri ( səyahətləri ) ; turist - istirahət , sağlamlaşdırma , tanış olma , idrakı ( tarix və mədə . . .
Ülvi Məmmədovun 29 yaşı var . Gənc olmasına baxmayaraq , təhsil , elm və poeziya sahələrində çoxlu nailiyyətlər əldə edib . Azərbaycan Texniki Universitetinin " Ekologiya və təbiətdən istifadə " ixtisası üzrə 2003 - cü ildə bakalavr , 2005 - ci ildə isə magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir . 2005 - 2006 - cı illərdə Milli Ordu sıralarında hərbi xidmətdə olmuşdur . Əsgərlikdən sonra yenidən doğma şəhəri Bakıya qayıdan Ülvi 2009 - cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Prosesləri İnstitutunun əyani aspiranturasını bitirmiş və həmin ildən orada elmi işçi vəzifəsində çalışmışdır . Bu ilin aprel ayında Dövlət Universitetində akademik Abel Məhərrəmovun sədr olduğu Dissertasiya Şurasında kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün yazdığı elmi işi müvəffəqiyyətlə müdafiə etmişdir . Onun dissertasiya işi dövrün çox aktual məsələsinə - qloballaşan dünyada ekoloji problemlərdən olan yeni sorbenlər ( yerli xammal - gil - betonit - alumosilikatlar əsasında hazırlanmış ) vasitəsilə havanın zərərli maddələrdən ( aseton , n - butilamin , ammonyak , fenol və sair ) təmizlənməsinə həsr olunmuşdur . Gənc alimin araşdırmaları , elmi və praktiki nəticələri akademiklərdən A . Məhərrəmov , V . Fərzəliyev , A . Əliyev , AMEA - nın müxbir üzvləri , professorlar R . Əliyeva , A . Qəribov , M . Salahov , Ə . Məcidov , Rusiya Elmlər Akademiyasının müxbir üzvləri M . Antipin , V . Xrustalev , professorlar S . Məmmədov , M . Qurbanov , Z . Məhərrəmova , E . Çıraqov , N . Verdizadə , M . Məhərrəmov , N . Rüstəmov , V . Bağırov , M . Allahverdiyev , M . Rüstəmov , G . Süleymanov , A . Əfəndi və başqaları tərəfindən yüksək qiymətləndirilmişdir . Fitri istedada malik Ülvü Məmmədov 32 elmi əsərin , o cümlədən 2 patentin və 1 dərsliyin ( ( " N " hərbi ekologiya " ) müəllifidir . O , dövri mətbuatda , müxtəlif elmi jurnallarda tez - tez çıxış edir . Yəqin ki , atası - kimya elmləri doktoru Ələfsər Məmmədov ona ad qoyanda övladını həmişə ali , uca , yüksək , inkişaf etmiş Vətəninə layiq oğul kimi görmək məqsədini güdüb . Əməli saleh böyüyən Ülvi də valideynlərinin arzusunu gözlərində qoymayıb , gənc yaşlarında elmi ictimaiyyət arasında , ədəbi mühitdə sanballı söz sahibinə çevrilib . İ . Məmmədov tanınmış müğənnilər tərəfindən ifa olunan bir çox mahnıların ( " Elimizin Bəxtiyarı " , " Son zəng " , " Milli Ordumuz " , " Qara qızıl " və s . ) sözlərinin müəllifidir . Hələ orta məktəb illərində şeirə , ədəbiyyata , sənətə həvəs göstərən Ülvi bu sahədə də istedadını büruzə verib . Azərbaycan Yazıçılar Birliyinin üzvü , filologiya elmləri doktoru , professor , " Həsən bəy Zərdabi " mükafatı laureatı İsmayıl Məmmədovun redaktorluğu altında bu günlərdə işıq üzü görən " Yaşamaq - yanmaqdır " kitabı Ülvi Hisslərin ( Ələfsəroğlu ) geniş oxucu auditoriyası ilə ilk tanışlığıdır . Şairin poeziyasına xas olan vətənpərvərlik , səmimiyyət , ətraf mühitə , torpağa , dünyaya və insanlara bağlılıq , yüksək poetik keyfiyyətlər bu kitaba daxil olan şeirlərdə , poemada , bayatı və rübailərdə inkişaf edir , daha da bütövləşir . Müasir türk ədəbiyyatının korifeyi , xalq şairi Bəxtiyar Vahabzadənin əziz xatirəsinə itihaf edilən bu kitab həvəslə oxunur , adamı düşünməyə vadar edir . Onun hər misrası aydın şəkildə göstərir ki , gənc şair ulu sənətkara nə qədər dərin məhəbbət və rəğbət bəsləyir . Ülvi Hisslər ( Ələfsəroğlu ) dünya şöhrətli şairin həyat və yaradıcılığından ilhamlanaraq yazdığı " Bəxtiyar " poemasında ustad sənətkara müraciətlə deyir :
1 - İnsanın ürəyi istədiyi sağlamlıq , mal , qohum - əqrəba , cah - cəlal və məqam kimi dünyəvi ləzzətlərin müqabilində edilən səbr . Bəndənin bunların müqabilində səbr edib , öz nəfsini onlara meyl etməkdən , ciddi yanaşıb tüğyana düşməkdən saxlaması nə qədər zəruridir .
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 23 - də Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul edib . Baş nazir Nika Qilauri Prezident Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırıb . Prezident İlham Əliyevin Gürcüstana son səfərinə toxunan Baş nazir bu səfər zamanı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində qəbul edilən qərarların önəmini vurğulayıb O , ölkəmizə səfərinin əsas məqsədlərindən birinin həmin qərarların yerinə yetirilməsi ilə bağlı olduğunu deyib . Batumidə danı . . .
" orada üzümlərin müxtəlif növü var . . . . xüsusi ilə nar meyvəsi . və bu meyvələr bütün Azərbaycana , Şirvana , Arana və Gürcüstana aparılır . " 50
Yuxarıda adlarını çəkdiyim tərbiyə növlərini elmi şəkildə izah edə bilərəm , lakin bunu analarımıza məişət üslubunda izah etmək daha məqsədə müvafiq olar .
- Hər bir insanın gündəlik yaşamı birbaşa siyasətlə əlaqəlidir . Gəncin siyasəti anlamadan , kor - koranə irəliyə getmək istəyi puçdur . Biz gənclərə " Sən siyasətçi deyilsən , qarışma , bir kənarda dur " demirik . " İrəli " də QHT sektorundan və ya dövlət strukturlarından olan məşhur mütəxəssislər gənclərə təlimlər , kurslar keçərək az öncə qeyd etdiyim sağlam düşünmək metodlarını aşılayır . Gənclərə ilk baxışda maraqlı , həyəcanlı görünən , mahiyyət etibariləsə onları uçuruma aparan işlərə qapılmamalarını , heç bir alternativi olmayan həyatlarını əslində boş , dəyərsiz bir şeyə sərf etmək kimi səhvlərə yol verməmələrini öyrətmək hər bir gənclər təşkilatının borcudur . Gənclər özləri də anlamadan coşğularına qapılıb siyasi qurbanlara çevrilə bilərlər . " İrəli " kimlərinsə havadarlığı altında yox , kiçik qrantlarla fəaliyyət göstərən və illərdir layihələri , gördüyü işləri ilə ictimaiyyətin dəstəyini qazanan bir təşkilatdır . İctimaiyyətdə maraq doğuran , gənclərin problemlərini , maraq dairələrini əhatə edən layihələr həyata keçiririksə , bunun nəyi pidir ki ? İşini bacarmayıb və yaxud adını gənclər təşkilatı qoyub başqa işlərlə məşğul olan təşkilatların bizim kimi irəlidə gedən , güvən qazanan təşkilatların işinə bu aspektdən yanaşmaqdan başqa əlacları yoxdur .
Qeyd edək ki , Davos forumu qlobal problemlərin həlli üçün nəzərdə tutulmayıb və buraya toplaşan liderlər G8 və G20 sammitlərindən fərqli olaraq , hər hansı saziş bağlamaya da bilərlər . Lakin ənənyə görə , Davosda bu gün üçün ən aktual problemlər qaldırılır və bu tədbir qüdrətli dövlətlərə öz aralarında müzakirələr aparmaq , mövqelərini razılaşdırmaq və fikir mübadiləsi aparmaq imkanı yaradır .
Birinci ayədən belə məlum olur ki , müşriklər Allahın qoyduğu sistemi gözardı etməyə və öz günahlarını Allahın üstünə yıxmağa çalışırlar . Bu bir cəbr iddiasıdır . Onlar çox yaxşı bilirlər ki , fitrətdə cəbriyyə məsələsi yoxdur . Çalışıb zəhmət çəkən qazanır . Hər hansı bir şey üçün çalışmayan həmin şeyi əldə edə bilməz . Bu səbəbə görə də müşriklərin sözü yalan , dəlil - sübutsuz və puç olaraq təsvir edilib .
Texniki sistemlərdə idarəetmə və informatika ( sahələr üzrə )
maraqli fikirler var amma yazdiqlarinizi seir adlandirmaq olmaz !
Eldar və Nigar Camal dueti " Running Scared " mahnısını mayın 10 - da , " Eurovision " mahnı müsabiqəsinin I yarımfinal mərhələsində ifa edəcək . Duetimiz Düsseldorf səhnəsində Ell / Nikki adı ilə çıxış edəcək . Eldar Qasımov bildirib ki , " Running Scared " mahnısı duet ortaqlarının səhnə stili , səsi və ruhları ilə çox həmahəngdir : " " Eurovision " auditoriyasının bu mahnını sevəcəyinə ümid edirik " . N . Camal isə " Bu , dərin mənalı , təsirli və gözəl mahnıdır . Bu bəstəni mənim kiçik qızlarım da çox bəyənir " , - deyə söyləyib .
8 . Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir : 8 . 1 . müdafiə sənayesi sahəsində öz səlahiyyətləri çərçivəsində normativ tənzimlənməni həyata keçirmək ; 8 . 2 . təsdiq edilmiş Dövlət Müdafiə Sifarişi Proqramı əsasında öz səlahiyyətləri daxilində müdafiə təyinatlı məhsulların alınması , sifarişlərin yerləşdirilməsi ( işlərin görülməsi , xidmətlərin göstərilməsi , elmi - tədqiqat və təcrübi - konstruktor işlərinin aparılması , məhsulların yaradılması , istehsalı və təkmilləşdirilməsi ) üçün mövcud qanunvericiliyə uyğun olaraq tenderlər ( müsabiqələr ) keçirmək , müqavilələr bağlamaq ; 8 . 3 . müdafiə sənayesi sahəsində istifadə edilən malların ( işlərin , xidmətlərin , əqli fəaliyyətin nəticələrinin ) , habelə ikili təyinatlı malların ( işlərin , xidmətlərin ) , xammal , material , avadanlıq və elmi - texniki informasiyaların qanunvericiliklə nəzərdə tutulan qaydada idxal - ixracını həyata keçirmək ; 8 . 4 . digər icra hakimiyyəti orqanlarının müdafiə sənayesi sahəsi ilə bağlı fəaliyyətlərini əlaqələndirmək ; 8 . 5 . Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək ; 8 . 6 . müdafiə sənayesi sahəsində öz səlahiyyətlərinə aid edilən məsələlər üzrə dövlət nəzarətini həyata keçirmək ; 8 . 7 . qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq ( lisenziya ) və ya xüsusi icazə , habelə hüquqmüəyyənedici sənədlər vermək ; 8 . 8 . müdafiə sənayesi sahəsində standartlara uyğun məhsulların istehsalını təşkil etmək üçün mütərəqqi texnologiyalardan istifadə edilməsini , müasir elmi - tədqiqat bazasının yaradılmasını , müəssisələrin avadanlıq parkının müasirləşdirilməsini , sahənin inkişafı üçün lazımi kadr hazırlığını təmin etmək ; 8 . 9 . Dövlət Müdafiə Sifarişi Proqramının həyata keçirilməsi və müdafiə sənaye sahəsi üçün ayrılan digər büdcə vəsaitləri , kreditlər , qrantlar və s . maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək ; 8 . 10 . qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər , habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək ; 8 . 11 . öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq ; 8 . 12 . Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək ; 8 . 13 . Nazirliyin və onun tabeliyində olan müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı daxil olan təklif , ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək ; 8 . 14 . fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək .
Müsadirə edilmiş qiymətli metalların , qiymətli daşların və digər zinət əşyalarının , habelə tarixi , elmi , bədii , mədəni , dini baxımdan xüsusi əhəmiyyət kəsb edən əmlakın hüquq mühafizə və digər orqanların maddi - texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsinə yol verilmir .
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində , ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır . Yeni Azərbaycan Partiyasının yaranması 1988 - ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai - siyasi şəraitin məntiqi nəticəsi idi . Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı . Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988 - ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990 - cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı . Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi , siyasi , mənəvi böhrandan nəinki qurtara bilmədi , əksinə , hakimiyyətdə olan və bir - birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar . Ölkəni bürümüş dərin siyasi , iqtisadi , sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları , tanınmış insanları son dərəcə narahat edirdi . Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər . Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana , Heydər Əliyevə müraciət göndərildi . Azərbaycanın ən yeni tarixinə « 91 - lər » in müraciəti kimi daxil olmüş həmin sənəd əslində , bütün xalqın arzu və istəklərinin ifadəsi idi . Azərbaycanın görkəmli ziyalıları , tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu . Xalqımızın dahi oğlu , tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi . Heydər Əliyev xalqın müraciətini qəbul etsə də , onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular . Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992 - ci il noyabrın 21 - də Heydər Əliyevin sədrliyi ilə keçirildi . Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar , partiyanın Proqram və Nizamnaməsini qəbul etdi . Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi . Habelə , partiyanın Siyasi Şurası , İdarə Heyəti və sədrin müavinləri seçildi . Beləliklə , müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı . YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində , özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən , öz sıralarında Azərbaycanda hüquqi dövlət , sabit və sosialyönümlü iqtisadiyyat , vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır . Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi , demokratik , hüquqi , dünyəvi dövlətin qurulması , vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir . Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik , qanunçuluq , azərbaycançılıq , yaradıcı təkamül , vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP - ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur . Yeni Azərbaycan Partiyası 1992 - ci il dekabr ayının 18 - də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır . YAP - ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999 - cu il dekabr ayının 20 - 21 - də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur . YAP - ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş , Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi , onun müasir beynəlxalq sistemdə layiqli yer tutması , ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir . 1993 - cü ilin oktyabr ayının 3 - də YAP - ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur . Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş , ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş , kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir . 1995 - ci ilin noyabr ayının 12 - də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş , ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir . Heydər Əliyev YAP - ın I Qurultayında yenidən partiyanın Sədri seçilmişdir . Qurultay habelə Siyasi Şuranın yeni tərkibini , YAP sədrinin təqdimatı ilə YAP sədrinin müavinlərini , İdarə Heyətinin üzvlərini , İcra katibi və onun müavinlərini seçmişdir . 1999 - cu ildə keçirilən bələdiyyə seçkiləri də YAP - ın inamlı zəfəri ilə başa çatmış , partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır . 2000 - ci ilin noyabr ayının 12 - də MM - ə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qalib gəlməklə 124 deputat yerindən 75 - ni tutmuş , cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır . Yeni Azərbaycan Partiyasının 2001 - ci ilin noyabr ayının 21 - də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir . Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçilmişdir . Qurultay partiyanın rəhbər orqanlarını - 108 nəfərdən ibarət Siyasi Şura üzvlərini və onların arasından 26 nəfərdən ibarət İdarə Heyətini seçmişdir . 2003 - cü ilin oktyabr ayının 15 - də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini , Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir . 2004 - cü ilin dekabr ayının 17 - də ölkədə keçirilən bələdiyyə seçkilərində YAP yerli özünü idarəetmə orqanlarında ən çox təmsil olunan partiya kimi növbəti uğura imza atmışdır . Yeni Azərbaycan Partiyasının 2005 - ci ilin mart ayının 26 - da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti , YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir . Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir . MNTK - ya 17 nəfər üzv seçilmişdir . 2005 - ci ilin noyabr ayının 6 - da Milli Məclisə seçkilərdə YAP yenidən inamla qələbə çalaraq 62 deputat mandatı əldə etmişdir . 2 avqust 2008 - ci ildə YAP - ın IV Qurultayı keçirilmişdir . Qurultay tarixi qərar alaraq , partiyanın Sədri cənab İlham Əliyevin növbəti müddətdə prezidentliyə namizədliyini irəli sürmüşdür . 2008 - ci ilin 15 oktyabrında keçirilən Prezident seçkilərində YAP - ın namizədi cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq ( 88 . 7 % ) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir . Yeni Azərbaycan Partiyası dekabr ayının 16 - da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürmüşdür ( 29 maddəyə ) . Azərbaycan Respublikasının Milli Məclisi YAP - ın təşəbbüsünü dəstəkləyərək , dekabrın 26 - da " Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında " Referendum Aktını qəbul etmiş və 2009 - cu il mart ayının 18 - də referendum keçiriliməsi barədə qərar qəbul etmişdir . Yeni Azərbaycan Partiyası dekabrın 31 - də " Yeni Azərbaycan " təşəbbüs qrupunu yaratmış və Referendum Aktının qəbul olunması lehinə fəal təşviqat kampaniyası aparmışdır . 18 mart 2008 - ci ildə keçirilən referendumda seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının təşəbbüsünü müdafiə etmişdir . Yeni Azərbaycan Partiyası 23 dekabr 2009 - cu ildə keçirilən bələdiyyə seçkilərində növbəti uğura imza ataraq , bələdiyyə məclislərindəki yerlərin əksəriyyətini qazanmış və ölkəmizin yerli özünüidarəetmə tarixində yeni islahatlar mərhələsinin əsasını qoymuşdur . 2010 - cu ilin ən mühüm siyasi kampaniyası heç şübhəsiz , 7 noyabrda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər oldu . Yeni Azərbaycan Partiyası parlament seçkilərinə hərtərəfli və ciddi hazırlaşaraq və öz mövcud potensialını səfərbər edərək , 125 seçki dairəsi üzrə 114 namizəd irəli sürdü . Minlərlə yerli və xarici müşahidəçinin nəzarətilə keçən azad , demokratik və şəffaf seçkilərdə partiyamız növbəti dəfə inamlı və parlaq qələbə qazanaraq , Azərbaycan Respublikasının Milli Məclisində 71 millət vəkili ilə təmsil olunmaq hüququ əldə etdi .
« Çünki polisin cəmiyyətə tam baxış bucağı yoxdur . Bundan başqa , maarifləndirmə aparılmalı , insan alverinə qarşı treninqlər keçirilməli , polis və tibb işçiləri , o cümlədən ictimaiyyət mübarizə qaydaları ilə məlumatlandırılmalıdır » .
Hadi Rəcəbli : Sığorta - pensiya sahəsində islahatlar sistemləşməyə , strukturlaşmaya və sosial ədalətin bərpasına xidmət edir Məlum olduğu kimi , fevralın 1 - də Milli Məclisin yaz sessiyası öz işinə başlayır . Artıq parlamentin komitələri sessiya üçün iş planlarını təsdiqləyirlər . Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə söhbətimiz bu haqdadır . - Hadi müəllim , başa vurduğumuz 2009 - cu ilin sosial - iqtisadi yekunlarını , o cümlədən , qanun yaradıcılığı baxımından parlamentin fəaliyyətini necə qiymətləndirirsiniz ? - Əvvəla , 2009 - cu il dünyada qlobal maliyyə - iqtisadi böhranla müşahidə olunan bir il oldu . Əlbəttə , ötən il Azərbaycan iqtisadiyyatı da , sosial durum da istər - istəməz məlum böhranın bu və ya digər fəsadları ilə üzləşdi . Amma bunu heç cür Azərbaycanda gedən proseslərlə əlaqələndirə bilmərik . Əslində , ötən il Azərbaycanda real gəlirlər xeyli artdı . Baxmayaraq ki , 2008 - ci il Azərbaycanda əmək haqlarının , sosial müdafiənin ən gücləndiyi il idi , amma 2009 - cu il də real gəlirlərin artdığı və stabilləşmə ili kimi yadda qaldı . Ötən il Azərbaycanda manatın inflyasiyası , demək olar ki , dayandı , milli valyutamız gücləndi . Bununla yanaşı , bazarda qiymətlərin bir qismi aşağı düşdü , digər qismi isə kəskin surətdə artmadı . Bunların hamısı son nəticədə insanların real gəlirinin artmasına xidmət etdi . Belə demək mümkünsə , Azərbaycan vətəndaşının sosial durumu bir o qədər pisləşmədi , o cümlədən , kəskin surətdə də yaxşılaşmadı . Bununla belə , ötən il bir sıra digər önəmli addımlar atıldı . - Qeyd etdiyiniz önəmli addımlar nədən ibarətdir ? - Bildiyiniz kimi , uşaq pulu 75 manata çatdırıldı , ölkə Prezidenti tərəfindən Azərbaycan vətəndaşlarının qaz pulu borcları silindi . Digər addımlar da atıldı ki , bunlar hamısı nəticə etibarilə insanların sosial müdafiəsinə xidmət etdi . Ötən il həmçinin qanun yaradıcılığı prosesində bir sıra önəmli , vacib addımlar atıldı . Azərbaycan üçün önəmli olan " Təhsil haqqında " Qanun qəbul olundu , sosial müdafiəni özündə ehtiva edən bir sıra qanunlarımızda həm müdafiə elementləri artırıldı , - konkret olaraq Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edildi , - həm də digər sistemləşdirmə , strukturlaşdırma istiqamətli addımlar atıldı . Konkret desək , pensiya yaşının təkamül qaydasında zaman - zaman artırılması , pensiyaçıların sığorta stajının artırılması , pensiyaya çıxanların güzəştlərinin bir az da sistemləşdirilməsi - məsələn , beş uşağı olanların çoxuşaqlı ana kimi pensiyaya çıxmasının formalaşdırılması - bunlar , ilk baxışda ola bilər ki , bir balaca sosial müdafiəni zəiflədən element kimi görünsün , ancaq son nəticədə sistemləşməyə , strukturlaşmaya və sosial ədalətin bərpasına xidmət edən addım kimi dəyərləndirilməlidir . Bizim ötən il qəbul etdiyimiz qanunların biri də QİÇS - lə bağlıdır . Ümumiyyətlə , QİÇS dünyanın ən aktual problemlərindən biridir və bu baxımdan , Azərbaycanda da bu istiqamətdə önəmli addımlar atılır , atılmaqdadır . Bununla yanaşı , ötən il müzakirəyə çıxarılan qanunlar sırasında , müəyyən mübahisələr doğuran " Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında " qanun layihəsi də var idi . - Sizcə , bu qanun layihəsi ilə bağlı səslənən etirazlar əsaslı deyil ? - Bilirsiniz , dünyanın bütün ölkələrində reproduktiv sağlamlıqla bağlı bu proseslər gedir . Ona görə hesab edirəm ki , bu sənədin müzakirələrə çıxarılması bizim uğurlarımızdan biri sayılmalıdır . Biz bununla cəmiyyətə bir növ mesaj göndərmiş olduq , proqressiv bir qanunvericilik sənədini ortaya qoyduq , sözümüzü dedik , müzakirələr getdi , ciddi polemikalar baş verdi . Bu baxımdan inanıram ki , zamanı gələndə həmin qanun layihəsi də deyilən tələblərə uyğun olaraq qəbul ediləcək . Buna heç bir şübhəmiz yoxdur . Ötən il həmçinin uzun müddətdən bəri üzərində işlədiyimiz Əmək və Ailə məcəllələri ilə bağlı işləri davam etdirmişik . Sual oluna bilər ki , nəyə görə sözügedən məcəllələrə edilməsi nəzərdə tutulan dəyişikliklər ötən il olunmadı , bunu gündəmə gətirmədik . Bunun başlıca səbəblərindən biri o idi ki , cəmiyyətdə bu dəyişikliklərə birmənalı münasibət olmadı və qeyd edim ki , hər iki tərəfin dediklərində də , arqumentlərində də tutarlılıq var idi . Yəni , biz hər iki tərəflə razılaşmalıyıq . Amma bununla belə , biz son nəticədə daha proqressiv addımlara cavab verən fikirləri dəstəklədik və dəstəkləyirik . Demək istəyirəm ki , biz növbəti sessiyada və yaxud sessiyalarda mütləq bu məcəllələrə dəyişikliklər məsələsinə qayıdacağıq . - Hər iki məcəlləyə edilməsi gözlənilən dəyişikliklər və əlavələr hansılardır ? - Ailə Məcəlləsi ilə bağlı edilməsi nəzərdə tutulan , daha doğrusu , mübahisə mövzusu olan dəyişikliklərdən biri qızların nigah yaşının artırılması ilə bağlı məsələdir . Bu məsələ bu gün də polemika mövzusu olaraq qalmaqdadır . Biz təklif edirik ki , qızlar üçün nigah yaş həddi 18 yaş müəyyənləşdirilsin , amma bəzi qisim insanlar deyirlər ki , istisna hal kimi 17 və ya 16 yaş müəyyən olunsun . Biz deyirik ki , nigaha daxil olanlardan tibbi arayış alınsın . Bəziləri isə deyirlər ki , bu mütləq imperativ norma kimi müəyyənləşdirilsin . Eyni zamanda , əmlak , mülkiyyət müqaviləsinin bağlanması məsələsi ortalıqdadır . Biz deyirik ki , bunu imperativ şəkildə müəyyənləşdirmək olmaz . Çünki digər qanunlarla ziddiyyətlər yarana bilər , amma digər qisim insanlar deyirlər ki , bu məsələ də mütləq imperativ norma kimi məcəllədə öz əksini tapsın və sair . Bunlar polemika doğuran məsələlərdir ki , mütləq baxılmalıdır . Əmək Məcəlləsinə gəlincə , biz qadınların analıq məzuniyyətinin müddətinin artırılmasını istəyirik . Burada da iki variant var . Birinci variant bu müddətin iki həftəlik , ikinci variant isə üç aylıq artrılmasıdır . Bu da müzakirə mövzusudur və açıq qalır . Onu da deyim ki , bu müddətin iki həftəlik artırılmasına artıq ilkin razılıq almışıq və bu baxımdan ola bilər ki , sonda elə bu variant üzərində dayanılsın . Lakin bütün bunlarla yanaşı hesab edirəm ki , gec - tez hər iki Məcəlləyə əlavələr , dəyişikliklər olunmalıdır . - Bəzi millət vəkilləri belə təkliflə çıxış edib ki , bir sıra ölkələrdə olduğu kimi , Azərbaycanda da uşaq anadan olanda onun adına bankda hesab açılsın . Bu məsələ necə , gələcəkdə reallaşa bilərmi ? - Bu təklif müzakirə mövzusu olaraq qalmaqdadır . Məsələn , Rusiyada uşağın dünyaya gəlməsi ilə bağlı çox ciddi addımlar atılır , buna çox böyük miqdarda maliyyə dəstəyi ayrılır . Orada analıq kapitalı adlı bir məfhum var . Yəni , ana hamilə olan andan ona 25 min rubl pul ayırırlar və bu pul sərf olunur ananın bu dövr ərzində müalicəsinə , müayinəsinə və digər xərclərinə . Eyni zamanda , bu ölkədə ipoteka kreditlərinin uşaqla , övladla bağlı maraqlı formaları mövcuddur . Məqsəd də odur ki , ölkədə təbii artım yüksəldilsin . Çünki Rusiyada bu gün təbii artım da azalma müşahidə olunur təxminən 780 min adam azalır . Hətta onlar sevinirlər ki , bu il bəlkə də bir bərabərləşmə prosesi gedəcək . Azərbaycana gəlincə , təbii artım 1 , 1 faizdir . Bunun özü çox böyük rəqəmdir . Bizdə təxminən 100 min artım var , əhalimizin sayı 9 milyona çatıb . Bu baxımdan hesab edirəm ki , ölkəmizdə daha çox reproduktiv sağlamlığı yaxşılaşdırmaq lazımdır . - Hadi müəllim , gələn həftə parlamentin yaz sessiyası öz işinə başlayır . Rəhbərlik etdiyiniz Sosial siyasət komitəsi bu sessiyaya hansı qanun layihələri təqdim edəcək ? - Sosial siyasət komitəsinin mətbəxində bir sıra maraqlı qanunvericilik aktları var . Çox güman ki , bayaq yuxarıda adlarını çəkdiyim həm QİÇS - lə , həm də reproduktiv sağlamlıqla bağlı qanun layihələri qarşıdan gələn yaz sessiyasının iş planına salınacaq . Bundan başqa , bir sıra qanunvericilik aktlarına əlavələr və dəyişikliklərin müzakirələrə çıxarılması nəzərdə tutulur . Eyni zamanda , digər qanun layihələri də var ki , onların üzərində iş gedir . Ancaq onların bu sessiyada müzakirələrə çıxarılması gözlənilmədiyi , nəzərdə tutulmadığı üçün elə bilirəm ki , adlarını çəkməyə ehtiyac yoxdur . Nardar BAYRAMLI
Məktəbli formasının olmasına razıyam amma aşağıdakı şərtlərlə : 1 . Keyfiyyətli olsun . İndiki formalar dəhşət günündədirlər - sapları sallanır 2 günə sökülür 2 . İndiki zəmanənin zövgünə oxşayan . 50 - ci illərin forması biçimində tikilməsin 3 . Heç olmasa məktəbdə ən azı 2 müxtəlif fasonda forma geyinilsin . Çünki 1 cür formanı 1 il geyinmək qeyri mümkündür - gözlər yorulur 4 . Hər il formalar yenilənsin 11 il eyni şeyi geyinmək təsəvvür edin də !
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Ermənistan Azərbaycan qoşunlarının təmas xəttində təlim uçuşları həyata keçirib .
Bu , keçən ilin müvafiq dövrünün səviyyəsindən 0 , 8 faiz yüksək olub . Əlavə dəyərin 63 , 2 faizi məhsul istehsalı sahələrində , 29 , 7 faizi xidmət sahələrində istehsal olunub , 7 , 1 faizi isə məhsula və idxala xalis vergilərin payına düşüb . Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsul istehsalı 382 , 7 manat ( 479 , 9 ABŞ dollar ) olub .
Penalti . az saytının yaydığı məlumata görə " Neftçi " klubunun kapitanı və milli komandanın üzvü Rail Məlikov , son günlər mətbuatda Elnur Əşrəfoğlu və Elnur Allahverdiyevin arasında davam edən " söz deyişməsi " nə müdaxilə edərək fikir bildirib . Biz Məlikovun bu " söz deyişməsi " nə hansı məqsədlə müdaxilə etməsini bilmirik . Ümumiyyətlə milli komandanın bir üzvünün o biri milli futbolçuya qarşı pis dnışığına etiraz etmək və ya bəraət qazandırmaq istəməzdik , heç qarışmaq da istəmədik . Ya Allahverdiyev özünü eşitməzlikdə saxlayaraq qulaq ardına vursun ya da ən pis halda futbolçuya qoy elə futbolçu cavab versin . Bizim üçün digər bir nüans maraqlıdır . Gəlin əvvəlcə penalti . az saytında təqdim olunan Rail Məlikovun dediklərindən bəzi fikirlərə diqqət yetirək : " Biz həmişə bir atalar sözünə üstünlük verərək , neytral dayanmışıq : İt hürər , karvan keçər . Amma indi it hürmür , çaqqal uluyur , karvan keçir … . Elə şeylərə , boş - boş danışanlara əhəmiyyət vermirik . Elnurun bazarda işləyənlərin « Neftçi » haqqında dediklərinə gəlincə , onun getdiyi yer Lənkəran bazarıdı , oradakılar da « Xəzər Lənkəran » azarkeşləri olduğu üçün təbii ki , elə də deyəcəklər … " " Neftçi " i kapitanının yuxarıda təqdim olunan fikirlərinin əvvəlində konkret olaraq kimi və ya kimləri " Çaqqal " adlandırması dəqiq aydınlaşmasa da sonradan tam ayrı söhbət ortaya çıxır . Beləki , " … boş , boş . Danışanlara əhəmiyyət vermirik onun getdiyi yer Lənkəran bazarıdı , oradakılar da « Xəzər Lənkəran » azarkeşləri olduğu üçün təbii ki , elə də deyəcəklər … " - deməsi ittihamların ünvanını dəyişir !
Mənim öz fikrimə gəldikdə Beyini seçirəm . Yəni Kamillik . Fikrimcə ağıl hisslərdən üstündür .
Investisiya fəaliyyəti - iqtisadi inkişafın katalizatoru kimi G i r i ş 1995 - ci il Azərbaycanda sistemli islahatların başlanğıcı və iqtisadi stabilliyin ilkin əlamətlərini əks etdirən ilk kimi yadda qalmışdır . Məhz bu ildən etibarən istehsalın aşağı düşməsi , qiymətlərin artımı , aşağı investisiya aktivliyinin ümumi fonunda destruktiv proseslərin get - gedə zəifləməsi müşahidə olunmağa başlandı . Bu , ilk növbədə , əvvəlki illərlə müqayisədə inflyasiyanın səviyyəsinin azalması ilə nəzərə çarpdı . 1995 - ci ilin sonuna doğru manatın məzənnəsi stabilləşərək 1 / 4420 oldu . Istehlak bazarının doyma dərəcəsinin artımı , əhalidə pul yığımlarına meyllilik yaranmağa başladı . Bu və sonrakı illərdə baş verən pozitiv tendensiyalar respublikanın artıq keçid periodunun stabillik fazasına doğru hərəkət etdiyini göstərirdi . Bildiyimiz kimi bu hərəkət əsasən pul - kredit siyasəti vasitəsilə həyata keçirilir . Lakin , bu proses iqtisadiyyatın real sektorundakı struktur irəliləyişlə paralel getməzsə , effektiv olmaz . Ona görə də , bir sıra apar . . .
Yeniləşən dünyada düzgün siyasət yeritmək , zamanın nəbzini tutmaq ən vacib iş idi . Həmçinin həyata keçirilən daxili və xarici , sosial - iqtisadi siyasət də buna uyğun aparılmalı idi .
GAIP XƏBƏR : ETTELAAT ( İran Kəşfiyyat Nazirliyi ) Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı fəallara qarşı hərəkətə keçib .
Ömür karvanımı hara sürdümsə , Üstündə ilk eşqin adını gördüm . Yaşanmış günlərdən ocaq qalayan , - Bir sevən ürəyin odunu gördüm .
Bu dindarlar gərək fakt sözünü işlətməsin . Özləri özlərini batırarlar . Sizin " mükəmməl " insan saydığınız Məhəmməd peyğəmbərin həyatından faktlar yazaram , gəl görəsən . Özü də o faktlar nəsə yeni bir məlumat deyil , əksəriyyət bilir . Hələ bir - birini inkar edən ayələr və daha nələr Ancaq yazası deyiləm , çünki Paco çox yazıb , nəticəsi isə göz qarşısında : ismarışlar silinib , hətta nikə ban atılıb , qalan ismarışdakı suallar isə cavabsız olaraq qalıb . Çe Gevara demişkən , " Bir çiçəyi məhv edə bilərsiz , amma baharı əsla ! "
Cavab : : Orucu düzgündür və cənabət qüslünün günortaya qədər gecikdirməyin zərəri yoxdur .
Müəllifinin kimliyi bir türlü aydınlaşmayan " Əli və Nino " Azərbaycan ədəbiyyatında əvəzsiz bir kitab sayılır . XX əsrin əvvəlində Bakıda baş verən olaylar , Şərq - Qərb dilemması , müstəqil Azərbaycan dövlətinin süqutu , Gəncə üsyanının yatırılması və Əli bəyin qəhrəmancasına həlak olması - qovuşa bilməyən Şərq ilə Qərb . . . Mən kitabın son səhnəsində ağlamışdım . Özümü həmin üsyanın iştirakçısı və AXC - nin ( Azərbaycan Xalq Cümhuriyyəti ) bolşeviklərin əlinə verilməsinə üzülən biri kimi qəhr olmuşdum . " Əli və Nino " romandı , bədii əsərdi və hadisələrə də ötəri bir baxış var .
Dinçilik tüğyan eləyəcək və öz Tüğyanında boğulacaq . Pulçuluq tüğyan eləyəcək və öz Tüğyanında boğulacaq . Siyasətçilik tüğyan eləyəcək və öz Tüğyanında boğulacaq . İnam - yaşayacaq . Ruhçuluq - yaşayacaq . Həqiqətçilik - yaşayacaq .
ABŞ kimi böyük və « mədəni » ölkədə hər 25 dəqiqədə bir ağır cinayət , hər sutkada 3 qətl və 5 zorlama , 3 böyük oğurluq , 3 min kiçik oğurluq baş verir . Halbuki təkcə Nyu - Yorkda cinayətkarlığın qarşısını almaqdan ötrü hər il 100 milyon dollardan artıq vəsait sərf edilir .
Məsələ 727 : İxtiyarı öz əlində olan şəxs üçün xiftən namazının axırıncı vaxtı gecə yarısıdır . Gecə isə gün batandan sübh açılana qədərdir .
Ordu ölkənin təhlükəsizliyinin əsas təminatıdır . Amma bu bütün ölkələr üçün belə deyil . Bəzi dövlətlər həm çoğrafi mövqeləri , həm də sahib olduqları dövlət quruluşu sayəsində orduya heç bir gərək duymurlar . Ən kicik hərbi gücə belə sahib olmayan və çoxu ada dövlət olan bu ölkələr hərbi məqsədlərə hər il milyard dollarlarla vəsait ayıran ölkələrdən fərqli olaraq daha sakit yaşayırlar . 1 . Solomon adaları Solomon adaları yüzlərlə xırda adadan ibarətdir . Ölkədə təhlükəsizliyə polis qüvvələri nəzarət edir . Ölkədə hər hansı savaş çıxacağı təqdirdə isə buna Avstraliya müdaxilə edəcək . ( Ardı )
Milli . Az Siyasət - Milli . Az Rauf Qurbanov : " Partiyamıza gənclərin axını artıb " . " Azərbaycanda kommunstlərin fəaliyyətinin zəifləməsi iddiaları ilə razı deyiləm və onları tamamilə əsassız sayıram . Əksinə , ölkədə kommunistlərin aktivləşməsi müşahidə olunur " . Bu fikirləri Azərbaycan Kommunist Partiyasının sədri ( AKP ) Milli . Az xəbər portalının əməkdaşı ilə söhbətində dedi . Onun sözlərinə görə , Azərbaycan Kommunist Partiyası iyunun 26 - da Mərkəzi Komitənin büro iclasını keçirib . " Partiyamızda təşkilatlanma işləri planlaşdırılmış və nəzərdə tutulan səviyyədə gedir , rayon təşkilatlarının fəaliyyəti gücləndirilir . Eyni zamanda partiya sıralarının genişləndirilməsi , yoldaşların ideoloji hazırlığının gücləndirilməsi , xalq içində təbliğatın aktivləşdirilməsi bağlı da işlər normal qaydadır . Gücümüz zəif deyil və bunu deyənlər də yanıırlar " , - R . Qurbanov söylədi . AKP lideri bildirdi ki , öz sıralarına qəbulu davam etdirir . " Deməzdim ki , partiyamızın sıralarına güclü , kütləvi axın var . Lakin ötən illərlə müqayisədə Azərbaycan Kommunist Partiyasına üz tutanların , xüsusilə də gənclərin sayında ciddi artım müşahidə olunur . 2007 - ci ildə Mərkəzi Komitənin qərarı ilə üzvlərimizin sayını dəqiqləşdirmək üçün siyahıya alma aparmışdıq . O vaxt 15 min üzvümüz vardı . İndi isə üzvlərimizin sayı 20 min nəfərdən artıqdır . Yəni son qurultaymızdan üzübəri keçən dövrdə üzvlərin sayında 5 min nəfər artım var " , - R . Qurbanov dedi . O , daha sonra bildirdi ki , bu yaxınlarda Ukrayna Kommunist Partiyasının 44 - cü qurultayına qatılıb və orada Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovla yarım saatlıq təkbətək görüşü olub : " Bu yaxınlarda , daha konkret olsam sentyabr ayında İsrail Kommunist Partiyasının növbəti qurultayı keçiriləcək və ora dəvətliyəm . Noyabrda Fransanın Lion şəhərində sol qüvvələrin beynəlxalq tədbiri , dekabrın 11 - 13 - dək isə Yunanıstanda kommunistlərin tədbirinə qatılacağam . Üstəlik , Kuba və Meksikaya da dəvətlərim var . Postsovet məkanındakı kommunist təşkilatları ilə işbirliyimizə gəldikdə , Azərbaycan Kommunist Partiyası 1993 - cü ilin dekabr ayından bəri Kommunist Partiyaları İttifaqı - Sovet İttifaqının Kommunist Partiyasının sırasındayıq . Həmin qurumun İcraiyyə Komitəsinin üzvüyəm " . R . Qurbanovun dediyinə görə , AKP nümayəndələrinin xaricə səfərlərini müəyyən qismini partiyanın özü üzvlərin könüllü ianələri hesabına maliyyələşdirir , bir qismi ilə bağlı xərcləri də dəvət edən tərəf çəkir .
" Bundan qaçmaq mümkün deyil . Onsuz da Britaniyada yaşayan müsəlmanlar problemlərin həllində şəriət qanunlarını tətbiq edirlər . Biz gərək bu qanunların nə olduğunu bilək , onlara təkcə Səudiyyə Ərəbistanında tətbiq olunan sərt qaydalar sanmayaq " .
» Gün ərzində 500 min Android fon aktiv edildi Bölmələr : Məlumatlar Androidin rəhbəri olan Endi Rubin öz Twitter hesabında gün ərzində 500 min Android onun aktiv edildiyini yazdı . . . [ Müəllif : grandman ] [ Tarix : 2011 - 06 - 29 16 : 16 ] [ Şərh sayı : 1 ] → Daha ətraflı / Faylı yüklə [ oxunub : 23 ] [ təşəkkür : 1 ]
Qadağalar 2011 - ci ilin yazında qüvvəyə minə bilər . Qanun layihəsinin müəllifləri yarım il ərzində əhali arasında izahat işlərinin aparılmasını nəzərdə tuturlar .
Firuzə Həsənova Təlim üzrə koordinator Layihə çərçivəsində su təchizatı və kanalizasiya sektoru üzrə həyata keçirilən bütün fəaliyyətlərin əlaqələndirlməsi üzrə məsul şəxs .
( İslami saytlara istinadən ) Təqva və özünütərbiyə Ayətullah Behcət cavanlıqda elmin təhsilində və özünü tərbiyədə o qədər ciddi idi ki , sanki ondan başqa bir işi olmamışdır . Əxlaqi tərbiyədə həmişə böyük səy göstərər və bu yolda qələbə çalardı . Onun nəzərində insan daima havayi - nəfsi ilə mübarizə aparmalı və ona məğlub olmamalıdır . Özünü daima tərbiyə etməlidir . O , dahi insan , muxlis bir insan idi . Həyatın əqrəbini həmişə Allaha tərəf çevirərdi . Hamıya və hər kəsə Allahın nişanəsi kimi baxardı . Müctəhidlərdən biri onun haqqında belə demişdir : " Onu sadəcə təqvalı bir insan kimi adlandırmaq olmaz , çünki o , təqvanın özü və mücəssiməsidir " . Ayətullah Şeyx Cavad Kərbəlayi deyir : " Ağa hər gecə və ya vaxtının çox hissəsini xəlvətə çəkilər və İlahi maarif haqqında düşünərdi . Heç bir zaman vaxtını batil işlərə sərf etməzdi . Həmişə yersiz söhbətlərdən çəkinərdi . Dərsə gedəndə əbasını başına çəkər və heç kimin diqqətini cəlb etmədən yol gedərdi . O , sirr saxlayan bir insan idi . Xüsusilə də Allahın ona lütf etdiyi kəraməti və halı haqqında " . Təvazıkarlığı və sadə yaşamağı Allahın övliyaları başqa insanlardan fərqli olaraq , dünyanın zahirinə gözlərini bağlayıblar . Daima dünyanın həqiqətinə nəzər salarlar . Sabahkı günü fikirləşərlər . Qənaətin səfası və sadə yaşamaqları ilə mənəviyyatla dolu ruh əldə edərdilər . Halbuki , insanların əksəriyyəti qəflətin zülməti içərisində qərq olurlar . Ayətullah Behcət də bu cür övliyalardan idi . O , zahid və arif idi . Həmişə dünyaya rəğbətsiz yanaşardı və azad yaşayardı . Bu dahi insan dövrümüzün zahidlərinin ən üstün siması idi . O , həmişə dünyanın həqiqət və batininə nəzər salardı . O , nəinki bu cür düşünür , həm də gündəlik həyatında bunlara əməl edirdi . Ayətullah Behcət , Qumda qədim evində sadə yaşayırdı . Ayətullah Misbah bu insanın sadə yaşayışı haqda demişdir : " Ayətullah Behcət " Hüccətiyyə " məktəbinin yanında bir evi kirayə tutmuşdu . Sonra evi dəyişdirdi . O , " Çahar Mərdan " prospektinin başlanğıcında bir evi kirayə götürmüşdü . İki otaqdan çox otağı yox idi . Adətən bizim onunla görüşdüyümüz otaqda ortadan pərdə çəkilmişdi . Pərdənin o biri tayında isə ailəsi yaşayırdı . Hal - hazırda da onun evinə çox adam yığışa bilmir , çünki bu tutumu yoxdur . İki və ya üç kiçik otağı vardır . Mərcə seçiləndən sonra da evini dəyişdirmədi . Evində yeri çox kiçik olduğuna görə bayramlarda və matəmlərdə o Həzrətlə görüşmək istəyənlər " Fatimiyyə " məscidinə gələrdilər " . Ayətullah Məsudi deyir : " Dəfələrlə yanına gəlirdilər ki , onun üçün yeni ev alsınlar , ancaq o , qəbul etmirdi . Mən özüm dəfələrlə ona demişdim : " Ağa ! Bu mənzil xarabdır . Dini nəzərdən də məlum deyildir ki , insan burada yaşaya bilər , yoxsa , yox " . Ancaq o , heç diqqət etmirdi " . İbadət İnsanın başqaları üçün ülgü və nümunə ola biləcək müvəffəqiyyətinin mühüm amillərindən biri ibadət əməlləridir . Ayətullah Behcətin Allah Təala ilə möhkəm rabitəsi , dalbadal zikrlər etməsi , nafilələri yerinə yetirməsi , gecələri oyaq qalması çox ibrətvericidir . O Həzrətin camaat namazları ən həyəcanlı , səfalı və ruhları titrədən namazlarından sayılardı . Bu namazlarda görkəmli alimlər , təqvalı tələbələr , dindar hərbçilər və insanların bütün təbəqələrindən iştirak edirdilər . Bu namazlar o qədər mənəviyyatlı olardı ki , xüsusilə də cümə gecələrində Ayətullah Behcətin ağlar səslərinə insanların naləsi qoşulardı . Ruhlar qanadlanıb , uçardı . Gözlər ağlayır və qəlb fəzası nurani olardı . Onun namaz qıldığı məscidlərdə insanlar məscidə sığışmazdılar . Hətta o qədər olmuşdur ki , insanlar uzaq yoldan bu namazlarda iştirak etmək üçün gəlir və orada iştirak edə bilmirdilər və məscidi tərk etməyə məcbur olurdular . Bu namazlarda Əllamə Təbatəbai ( r ) , Ayətullah Bəhayiləddini ( r ) iştirak etmişdilər . Bu haqda Ayətullah Muhəmməd Həsən Əhmədi belə bir xatirə nəql edir : " Ramazan ayının gecələrində Ayətullah Bəhayiləddini Ayətullah Behcətdən tez namaz qılardı . O , istəyir ki , bir nəfəri hansısa işin dalınca göndərsin . Ancaq həmin şəxs demişdi : " Əgər getsəm , namazınızdan məhrum olacağam " . Bəhayiləddin ağa buyurmuşdu : " Bu işi gör , iftardan sonra Behcət ağanın arxasında namaz qıl " . Ayətullah Misbah da bu namaz haqqında buyurmuşdu : " Ayətullah Behcət təxminən 40 il əvvəl hava qaralmamışdan əvvəl " Səfaiyyə " körpüsünün yanındakı şumlanmış torpaqlar tərəfinə gedərdi və orada əyləşərdi . Məğrib və işa namazlarını da orada qılardı . Bəzi dostlar da onunla bir yerdə olardılar . Onlardan biri nəql edir : " Ayətullah Behcət bir gün axşam namazından sonra demişdi : " Əgər dünyanın padşahları bilsəydilər ki , insan ibadət zamanı necə ləzzətləri alır , heç vaxt bu maddi məsələlər dalınca getməzdilər " . Ayətullah Şeyx Cavad Kərbəlayi o Həzrətin gecə namazı haqqında demişdir : " Ayətullah Behcət gecə namazlarına ciddi yanaşardı , xüsusilə də cümə gecələrinin namazlarında ağlayardı . Alimlərdən biri mənə demişdi : " Nəcəfi - Əşrəfdə " Seyyidə " məktəbində cümə gecəsi eşitdim ki , o Həzrət səcdə halında ağlayaraq və qəmgin səslə dəfələrlə bu sözləri deyir : " İlahi ! Mənin Səndən başqa kimim var ki , ondan əziyyətlərimi aradan qaldırmağını və işlərimə nəzər salmağını istəyəm ? ! ( Kumeyl duası ) " . Ziyarət və təvəssül Ayətullah Behcət yaşının çox olmasına baxmayaraq , gündəlik qaydada Həzrət Məsumənin ( ə ) ziyarətinə gedər və çox böyük ehtiramla hərəmin qarşısında dayanardı . Sonra " Aşura " duasını oxuyardı . Ayətullah Şeyx Abbas Quçani nəql edir : " Ayətullah Behcət məscidə gec gedərdi . Bəzən də gecədən səhərə qədər orada qalardı . Bir gecə ki , məscidin işıqları yanmırdı , gecənin ortasında dəstəmazını təzələmək istəyir . Dəstəmaz almaq üçün məsciddən bayıra çıxır . Məcsidin şərq tərəfində yerləşən dəstəmazxanada qəflətən qaranlıq qorxusu onu incidir . Bu zaman onun qarşısında nur əmələ gəlir və o , dəstəmaz alaraq , məscidə qayıdana qədər həmin nur onunla bir yerdə olur və yolunu işıqlandırır . Məscidə çatanda isə gözdən itir " . Tərbiyə metodu Ayətullah Misbah buyurur : " O Həzrətin əxlaqi dəyərlərindən faydalanmaq üçün dərsdən bir neçə dəqiqə əvvəl oraya gələrdik . O , həmişə dərsdən əvvəl gələrdi . Dərs otağında əyləşərdi . O , müxtəlif metodlarla nəsihət verərdi . Oturan kimi bir hədis söyləyərdi . Ya da tarixi bir hadisə nəql edərdi . Onun bəyan etdiyi bu hədis və ya tarixi hadisənin bizimlə o qədər əlaqəsi var idi ki , sanki bizdən danışardı . Bununla çatışmayan cəhətlərimizi bu hədislərlə bizə nəsihət edərdi . Bu , elə bir məsələ idi ki , başqa dostlarımız da ona diqqət etmişdilər : " O , elə mövzu haqqında danışır ki , bizimlə əlaqəsi vardır . Həmin hədis və ya hadisələri danışmaqla həyatımızda olan çətinlikləri həll edir . Səhvlərimizi bizə söyləyir " " . Hər bir halda onun insanlarla rəftarı birbaşa olmazdı . Heç vaxt deməzdi ki , bu işi görün , ya görməyin . O , hədislərin vasitəsilə insanları tərbiyələndirərdi . Söz deməmişdən qabaq düşünərdi Hüccətil - İslam Xosrov Şahi deyir : " Onun bariz xüsusiyyətlərindən biri o idi ki , bir mövzu haqqında danışmaq istəyəndə əvvəl fikirləşərdi . Hətta onu hansı cümlələrlə deyəcəyini belə fikirləşərdi . Cümlələri qısa olardı və mənanı çatdırardı " . Daima zikr edərdi Hüccətil - İslam Xosrov Şahi deyir : " Ayətullah Behcət daima zikr edərdi . Bir gün o , camaat namazından evə qayıdırdı və arxasınca gələn tələbəsinə üzünü çevirib , demişdi : " Mənimlə işiniz var ? " Cavab vermişdi : " Yox , İstəyirəm ki , cənabınız ilə bir neçə addım bir yerdə gedəm . Sizinlə bir yerdə olmaq bizə də nəsib olsun . Ayətullah Behcət buyurmuşdu : " Mən məsciddən evə gedənə qədər zikr proqramımı yerinə yetirirəm " . Elə bildim ki , mənimlə işiniz var , ona görə dayandırdım . İndi evə çatanda həmin proqramı yerinə yetirə bilmədiyimi görəndə narahat olacağam " . İşlərini proqramlaşdırması Ağanın şagirdlərindən biri yazır : " Ağa işlərində nəzmli və dəqiq idi . Misal üçün , məsciddən evə gələnə qədər müəyyən zikri deyəcəyini belə proqramlaşdırardı . Vaxtı zay olmasın deyə , günün nafilələrini də bu cür proqramlaşdırardı " . Məsumeyi - Qum alimlərindən biri yazır : " Bir gün hava qaralana yaxın Ayətullah Behcətin evinin yanında bir neçə dəqiqə gözlədim ki , onunla bir yerdə məscidə gedəm . Ancaq hava bir az qaralanda fikirləşdim ki , yəqin ki , məscidə tez getmişdir . Ona görə də məscidə tərəf hərəkət etdim , ancaq gördüm ki , ağa hələ gəlməmişdir . Mənimlə gələn dostlarımla xudahafizləşdim və istədim ki , qayıdam və bu fürsətdən istifadə edəm . Yolda ondan bir neçə sual soruşam . Ancaq hansı sual verəcəyimi bilmirdim . Niyyətim bu idi ki , onunla danışam . Çünki bu cür insanların nəfəsi insana təsir qoyar və insanı qəflətdən xaric edər . Xülasə , bir sualı fikirləşdim . O , yaxınlaşanda salam verdim və sonra ərz etdim : " Hacıağa , sualım var , deyə bilərəmmi ? " Ancaq o , əli ilə söyləyə bilməyəcəyimi bildirdi və sonra buyurdu : " Heç vaxt . Nə vaxtım var , nə halım var . Vaxt keçir , namaz gecikir . Gözləyirlər " . Sonra Həzrət Məsumənin ( ə ) hərəminə salam verir və məscidə daxil olur . Demək olar ki , ağanın bu hərəkəti mənim əl - ayağımı titrətdi . İki addım geri getdim , sonra onun dalınca məscidə girdim . Namaz zamanı da fikrim dağınıq idi və bu haqda fikirləşirdim . Namazdan sonra da bu haqda fikirləşirdim . Nəhayətdə bu hərəkətdən belə başa düşdüm ki , Allahın küsməyi də , rəhməti də bəndələrin xeyrinədir . Belə bir ehtimal verdim ki , o , mənə başa salmaq istəyirdi ki , insan namazdan qabaq zikrlərlə məşğul olar , özünü namaza hazırlayar . Namaz üçün ruhi hazırlıq əldə edər , diqqətli olar . Onun özü də məscidə gələ - gələ zikr edirmiş və özünü namaza hazırlayırmış . Başqa bir ehtimal da budur ki , mən onunla üz - üzə gəldim və onu görən kimi sualımı vermək istədim , o , da başa salmaq istədi ki , bu iş düzgün deyildir " . Mənəvi hərəkət yolu Ayətullah Behcət Həzrət Ayətullah Seyidəli Qazinin tələbəsi olmuşdur . Mərhum Qazinin yaxınlarından biri nəql edir : " Onun çatdığı məqamdan xəbərimiz vardır . Ancaq əhd etmişik ki , heç kimə deməyək " . Rəhmətlik İmamın ( r ) da ona qarşı xüsusi inayəti var idi . İmam inqilabın əvvəllərində onun evində olmuş və onunla görüşmüşdü . Ayətullah Behcətin İlahi qeyb elmindən xəbəri var idi və bu elmdə ən ali səviyyəyə çatmışdı . Elə ona görə də mərhum Ayətullah Qazinin ona qarşı xüsusi diqqəti var idi . Ayətullah Şeyx Muhəməd Təqi Amilinin oğlu Ayətullah Ziyaddin Amili nəql edir : " Mən gözümlə görmüşəm ki , mərhum Mirzə Əli Qazi namazda ona iqtida edərdi . " . Qeyb elmi haqqında məlumat Ayətullah Behcət o övliyalardan olmuşdur ki , qeyb elmindən məlumatı olmayan əksər insanlardan fərqli olaraq , Allah Təala yanında qeybdəki bəzi amilləri müşahidə edə bilirdi . Ayətullah Misbah Yezdi bu haqda buyurur : " Belə görünür ki , o , mənəvi kamalat və ürfani məqam baxımından elə bir yerdə idi ki , qeybdəki amilləri müşahidə edirdi . O qədər olmuşdur ki , bəzi insanlara aid həqiqətləri aşkar şəkildə görmüşdür . Ancaq özü bu insanları bu cür görmək istəmədiyindən " Ya Səttar " zikrini təkrar edərdi . Allahdan istəyərdi ki , gördüklərini onlardan gizli etsin " . Bu cür məsələlər kamalat hesab edilir . Ayətullah Behcət elə bir şəxs idi ki , ömrü boyu xalis niyyətlə özünün tərbiyəsi ilə məşğul olmuş və diqqəti daima Allahda olmuşdur . Ona görə də onun xariqul - adi işləri heç də zehndən uzaq deyildir . Ayətullah Misbah Yezdi bu haqda deyir : " O kəslər ki , uzun illər Behcət ağa ilə ünsiyyət bağlayırdılar , bəzən elə şeylər görürdülər ki , onun kəramətindən xəbər verirdi . Ancaq elə rəftar edirdilər ki , bu işin qeyri - adi olması məlum olmasın . Bir neçə nümunəyə baxaq . O zaman ki , İmam ( r ) sürgündə idi , onunla əlaqəsi olan bir çox alimlərə əziyyət verilirdi . Bir söz deməmiş və ya bir hərəkət etməmiş minbərdən tutub aparırdılar . Onları elə yerlərə aparırdılar ki , başqaları tanımırdı . Yadımdadır ki , Cənnəti ağanı da təqib edirdilər . Onu tutmuşdular və biz hamımız nigaran idik . Mən Behcət ağanın yanına gəldim və hadisəni ona ərz etdim . O , bir qədər dayandı və buyurdu : " İnşaallah , onun azadlıq xəbərini mənə gətirərcəksiniz " . Ona işarə edirdi ki , Cənnəti ağa tezliklə azad olacaqdır . Əlbəttə bu sözü hamı deyə bilərdi . Ancaq Behcət ağanın bu sözü hamımız üçün müjdə idi . Çünki Behcət ağa bilirdi ki , onu azad edəcəklər . Ancaq bəzən də elə olur ki , kiminsə haqqında dua etməsini istəyirdik , ancaq o , bunu etmirdi və həmin adam da azad olmurdu " . Başqa misal : Ailələrdən birinə bədbəxtlik üz vermişdi . Toy eivindən gəlini qaçırtmışdılar . Heç kim bilmirdi ki , onu hara aparıblar . Toy günü gəlin və bəyin ailəsi toplaşır ki , toy etsin , gecə olanda düşmənlər gəlini qaçırdırlar . Çox nigaran olurlar və o yer qalmır ki , axtarmasınlar . Dostlarımızdan biri onların qonşusu idi və Behcət ağanın yanına getməyi təklif edir . Behcət ağanın yanına gəlir və hadisəni danışırlar . Ağa fikrə gedir və sonra buyurur : " Hərəmə gedin , ola bilsin ki , ora gəlsin " . Ailəsi gedir və gəlini Həzrət Məsumənin ( ə ) hərəmində tapırlar . Ancaq onlar gəlini burada tapa bilməyəcəklərini bilmirdilər . Hazırladı : Məşhədi Xanım ,
AĞACI İÇİNDƏN YEYƏN QURD İÇİNDƏKİLƏR 3 - 11 ÖN SÖZ 12 - 19 CEYMS D . VULFENSON KORRUPSİYA İLƏ MÜBARİZƏNİN ƏSAS STRATEGİYASI 20 - 30 C . BRAYEN ETVUD KORRUPSİYA İQTİSADİ VƏ SOSİAL İNKİŞAFI DAİMA SARSIDIR 31 - 37 RONALD BERENBAYM KORRUPSİYA ƏLEYHİHƏ MÜBARİZƏ DÜŞÜHÜLDÜYÜHDƏH DAHA ÇƏTİHDİR 38 - 48 STYÜART EYZENSTAT İYİRMİ BİRİNCİ ƏSR ÜÇÜN ANTİKORRUPSİYA VƏ SƏMƏRƏLİ İDARƏÇİLİK STRATEGİYASI 49 - 62 DONALD STROMBOM DÖVLƏT TƏDARÜKÜ SİSTEMİNDƏ KORRUPSİYA 63 - 66 RÜŞVƏTXORLUQLA MÜBARİZƏ HAQQINDA İƏİT KONVENSİYASININ QISA MƏZMUNU 67 - 74 ELEONORA ROBERTS İƏİT - in KORRUPSİYA İLƏ MÜBARİZƏ LYUİS MÜQAVİLƏSİ NƏYƏ LAZIMDIR VƏ NECƏ İŞLƏYƏCƏK ? 75 - 86 STYÜART EYZENSTAT MÜASİR DÜNYA İQTİSADİYYATININ ŞƏRTLƏRİ DAXİLİNDƏ QANUNİLİYİN GÖZLƏNİLMƏSİNİN VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏNİN ZƏRURİLİYİ 87 - 92 FRENK FOQL KORRUPSİYANIN CİLOVLANMASI : RÜŞVƏTVERƏNLƏR İLƏ MÜBARİZƏNİN NAİLİYYƏTLƏRİ 93 - 108 CORC MUDİ - STYÜART YUXARI DAİRƏLƏRDƏ KORRUPSİYA VƏ O CƏMİYYƏTƏ NƏYİN BAHASINA BAŞA GƏLİR ÖN SÖZ . . .
Təşkilat daha 200 nəfərin də öldürüldüyünə dair xəbərlər yayıldığını bəyan edib .
Həm də , hiss edirdi ki , vəzarət mirzələri arasında ona münasibət də dəyişib və bu , ilk növbədə , ona verilən salamların sayında özünü göstərdi , gündəlik salamların sayı birdən - birə iki yüzdən on - on beşə düşdü ki , bunlar da , tələsik , başdansovdu verilənlər idi .
Vaşinqtonda tutduqları vəzifəyə görə hətta həmin insanlar vəzifədən gedəndən sonra da bu cür müraciət adətdir . Bizi çox səsli - küylü bir zaldan keçirərək küncdə bir qədər sakit masa arxasına gətirdilər . 84 yaşlı Qrinspen səliqəli və sadə geyinib . Çox sakit , lakin sürətlə danışır . Qrinspen ofisiantdan dietik Coca - cola istəyit - bu , Vaşinqton məmurlarının ənənənvi içkisidir . Mən böyük porsiyada viski sifariş vermək arzumu cilovlayıb mineral su istəyirəm . İndi diqqət yetirirəm ki , əyləşdiyimiz restoran çox məşhurdur . Deyəsən bu , Qrinspenin xoşuna gəlir , o deyir : " Mənə bura gəlməyi həyat yoldaşım məsləhət bildi " . Onun həyat yoldaşı NBC televiziya kanalının keçmiş müxbiri Andrea Mitçelldir . Qrinspen hesab edir ki , onun hamı ilə ünsiyyət tapa bilməsi və dostpərəst olması Qrinspenin sakitliyi ilə əla təzad yaradır . Belə təsəvvür yaranır ki , FES - in keçmiş sədri öz qərarlarının çoxunu həyat yoldaşının üzərinə qoymağa şaddır . Qrinspen soruşur ki , məni qonaq edə bilərmi ? Mən izah edirəm ki , qəzet dəmir qayda qanuna tabedir : nyusmeykerlərlə naharı redaksiya ödəyir . O , qımışaraq : « Doğrudan da , pulsuz yeməklər həqiqətən varmış » .
349 , 00 TL İzlemeye Al 6 gün + Ücretsiz Kargo Sıfır Ürün
Əziz dinləyicilər . Proqramımızın mövzusu xoşuna gələcəyinə ümidlə sizinlə sağollaşır növbəti proqramları dinləməyə dəvət edirik .
İrlandiyadakı " Ginness " pivə zavodunun direktoru Xyu Biver 1951 - ci il mayın 4 - də tanışı ilə birlikdə ova çıxıb . Ovda onların arasında qızılı cüllütün , yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşüb . Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə , kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmayıb . Bundan sonra ser Xyu qərara alıb ki , belə bir soraq [ . . . ]
Orada elə ölkələrin təmsilçiləri var idi ki , Azərbaycanı heç tanımırdılar . Onlara qəribə gəlirdi ki , Azərbaycan haradadır ki , oradan belə şahmatçılar gəlir . Yüzlərlə adamın içində birinci olmaq çətin idi . Biz İsveçrə sistemi ilə oynayırdıq . Bu sistemdə hər dəfə udduqca , daha çətin və güclü rəqiblə qarşılaşmalı olursan .
WikiLeaks saytının təsisçisini azad etdilər london rayonunun Vestminster magistrat məhkəməsi İsveçin zorlamada ittiham üzrə ekstradisiyalara nail olmağa çalışdığı WikiLeaks saytının təsisçisi Culian Assanjanı girov altında azad etmişdir .
Heydər Əliyev SSRİ Ali Sovetinin ( 8 , 9 və 10 - cu çağırışlar ) deputatı seçilmiş , 9 - cu çağı rış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini , Azərbaycan Sovet Sosialist Respublikasının Ali Sovetinin ( 7 , 8 , 9 və 10 - cu çağırış ) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olmuş , Lenin ordeni ( 4 dəfə ) , Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş , iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına ( 1979 , 1983 ) layiq görülmüşdür .
Çinin Sincan ( Şərqi Türküstan ) bölgəsində çinlilərlə uyğurlar arasında bir neçə gündür ki , qanlı qarşıdurmalar yaşanır . Çin hökuməti uyğurların ayağa qalxmasının arxasında Rabiya Qadirin durduğunu iddia edir . Hazırda ABŞ - da yaşayan Rabiya Qadir " uyğurların anası " kimi tanınır .
Budəfəki parlamentdə iqtidar partiyasından başqa 9 siyasi partiya təmsil olunacaq . Seçkinin nəticələrinə dair birgə bəyanat imzalayan bu partiyalar hakim partiya ilə konstruktiv dialoqa hazırdır . Bunlar Vətəndaş Həmrəyliyi Partiyasının ( VHP ) sədri Sabir Rüstəmxanlı , Ana Vətən Partiyasının ( AVP ) sədri Fəzail Ağamalı , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( BAXCP ) sədri Qüdrət Həsənquliyev , Böyük Quruluş Partiyasının ( BQP ) sədri Fazil Mustafa , Demokratik İslahatlar Partiyasının ( DİP ) sədri Asim Mollazadə , Sosial Rifah Partiyasının ( SRP ) sədri Xanhüseyn Kazımlı və Ədalət Partiyasının ( ƏP ) sədri İlyas İsmayılovdur . 17
Rovshan Nasirli wrote 4 months ago : Bəziləri 11 martda xalq üsyanı eləmək istəyir nədir facebookda event yaradıblar . Deyirlər 11 martda … more →
İlk baxışdan olduqca gözəl görünən , amma getdikcə acısı göz çıxaran ədalətsiz dünya ! Bu günlər sərnişinlərinin hər şeyi var , ədalətdən savayı . Adəm övladları bir - birindən bu qiymətli gövhəri sorurlar tez - tez , hər an , hər yerdə . . . Bu günlər təkcə insanlar yox , həm də yer - göy ədalət sorağındadır . Zaman yolçularından ədaləti soruşduq , bəziləri ədalətdən küsdüyünü , bəziləri isə ədalətin onlardan küsdüyünü söylədi . Bəziləri də dedi ki , ədalətin nə olduğu bizi heç maraqlandırmır da . Öz - özümə dedim : " Nə qəribə dünya və bu dünyada yaşamaq nə qədər zor ! " Dəmir barmaqlıqlar arxasında qalan Şuşa məscidi həsrət dolu gözlərini ədalətsizlər dünyasına dikmişdi . Dərdli baxışları ürək dağlayır , ah - naləsi vücud titrədirdi . Kiminlə danışdığı və nə dediyi anlaşılmırdı , amma tənhalıqdan əziyyət çəkdiyi göz qabağında idi . Qürbət hissi boğurdu onu . Ona zillənən zəhərli baxışlardan qorxduğu aydın görünürdü . Qurtuluş arzusu onu elə sıxırdı ki , ürəyi qanla dolmuşdu . O , vəfasızlıqlardan şikayətlənir , həyasızlıqlardan sızlayır , başının üstünü almış qara buludlardan təşvişə düşmüşdü . Arabir baxışlarında nifrət və qəzəb əlamətləri də görünürdü . Qolu qandallı , zalım düşmən əlində əsir qalmış Şuşa məscidi . Minarəsindən azan səsi gəlməyən , içində bir müsəlmanın belə görünmədiyi Allah evi . Bəlkə bu , Məkkədən başlayan İslam təqiblərinin davamıdır . Bəlkə bu , dəvə içalatı tökülən başın , qılınc yarası alan bədənin , sınan dişin müasir formada timsalıdır . Bəlkə bu , günəş kimi saçmanın , ay kimi parlamanın və xristian Bizansını diz çökdürmənin bədəlidir . Kim bilir , bəlkə də Orta əsrlərdən başlayan səlib yürüşlərinin tərkib hissəsidir bu . Əsir məscidim ! Dostlar tərəfindən unudulmuş , yadlar tapdağı altında qalmış ibadət ocağı ! Sən Allah yolunun ən mübariz mücahidisən . Sən düşmən qabağından qaçmayan , indi də an azı öz görkəmilə düşmənə " burdan rədd ol , bura müsəlman torpağıdır ! " - deyə hayqıran igid əsgərisən ; ən pis halda şəhid olacaq əsgəri . Dik tut başını . Başıaşağı yaşamağa məcbur olan səni itirən cəmiyyətdir . Dik tut başını . Qoy səni laqeydcəsinə seyr edən başıpapaqlılar utansın ! Qoy səni düşmənə satanlar və satmaqda olanlar xəcalətlərindən yerə girsinlər . Əsir məscidim , bilirsənmi bizdə də məscidlər bəzən əsir olur , bəzən ölümə məhkum edilir , bəzən də . . . İstəyirsən sənə şəhid məscidlərimizin nağılını danışım : Biri vardı , biri yoxdu , bir vaxtlar Neft daşlarında çox gözəl bir məscid vardı . . . Ağla , məscidim , ucadan ağla . Özünlə bərabər həm də şəhid məscidlərin halına ağla . Ağla , buğda anbarlarına və inək tövlələrinə çevrilmiş digər məscidlərlə birgə ağla . Cəlladlar əlində əsir qalmış , günaşırı əlisilahlı düşmən tərəfindən mühasirəyə alınan Əqsa məscidilə baş - başa verib ağla . Ağla ki , dövri - Sabirdən bu yana bir əsr yatmışların yorğanları tərpənsin lərzədən . Ağla ki , susmuş vicdanlar oyansın , özlərini karlığa vuranlar diksinsin bu səsdən . Ağla ki , Məkkə - Mədinə , Nəcəf - Kərbəla , Məşhəd - Qum , Beyrut - Dəməşq , Qahirə - İstanbul səsinə səs verib ayağa qalxsın . Ucadan ağla ki , yanıqlı səsini duymayan qalmasın . Qoy qəlbinin alovundan bütün qəlblər alışıb - yansın . Zaman işləyir , həyat davam edir . İndi Günəş də ədalətsiz dünyanı ümidsizcəsinə seyr edir . Yağış damlaları belə baş verən haqsızlıqları yumağa qadir deyil . Mehdi can , sən ədalətin özü , haqqın cilvəsisən . Gəl ki , sənin gəlişinlə zülmlər dayansın , ədalətin nəbzi döyünməyə başlasın . Gəl bütün müsəlmanları birləşdirib , " məndən ötdü " xəstəliyindən qurtar onları . Gəl ki , bütün müsəlman torpaqlarından ucalan " Allahu Əkbər ! " nidasıyla pişvazına çıxaq .
Ermənilərin " özününküləşdirmək " istədikləri digər abidə Azərbaycan Qara - Qoyunlu dövləti , Çuxur - Səəd əmirlərinə aid İrəvanın 8 kilometrliyində Cəfərabad ( indiki Arqavanq ) kəndində yerləşən möhtəşəm türbədir ( hicri 816 - cı il - miladi 1413 - cü il ) . Ermənilər türkmən alimlərini dəvət edərək bu abidənin bünövrəsində qazıntı işləri aparıb və belə bir qənaətə gəliblər ki , Qara - Qoyunlu dövləti İran dövləti olub , onun başında türkmən ( müasir türkmənləri nəzərdə tuturlar ) əmirləri durub . Onlar türbəni erməni maddi - mədəniyyət abidəsi kimi təqdim etməyə çalışırlar . Bu cəfəng elmi nəticə yalnız xəstə təfəkkürün məhsuludur . Qara - Qoyunlu əmirlərini müasir türkmənlərlə eyniləşdirmək qeyri - elmi və düzgün deyil . Çünki onlar XIII əsrdə Anadoluda yaşamış oğuz türkləri və türkmən adlanan yarım köçəri tayfa birləşmələrindən ibarət idi . Onların mərkəz vilayətləri Arciş Van gölünün şimalında yerləşib . Bundan əlavə memarlıq - konstruktiv formasına görə , bu abidə Naxçıvanda yerləşən Möminə - xatın və Yusif bin Kəbir türbələri ilə eynidir və Əcəmi bin Əbu Bəkr memarlıq məktəbinin davamıdır . Qeyd olunan yerdə bir neçə türbə və azərbaycanlılara məxsus böyük qəbiristanlıq olub və hamısı dağıdılıb ( KGPA , t . III , H 1027 , s . 66 - 67 ) .
Elçin Həsənov deyir ki , o , AXCP üzvü Cabbar Savalanın həbsi ilə əlaqədar iki gün əvvəl Bakıda Heydər Əliyevin abidəsi önündə çıxış edərək gəncləri aksiyaya çağırıb .
313 - cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir . Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır . Akademik Z . Bünyadov göstərir ki , Urnayr , II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar . IV - V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır . Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar . Bölgədə kilsələr tikilir , dini kitablar siryani , arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi . Sinayda aşkar edilmiş " Alban yazısında və Alban dilində " leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır .
Xəbər verildiyi kimi , Təbrizdəki « Əxtər » nəşriyyatında doktor Hüseyn Düzgünün tərtibçiliyi ilə Nəsiminin türkcə divanı çap olunmuşdur . H . Düzgünün həmin nəşrə yazdığı müqəddimədən bir parçanı sizə təqdim edirik . Seyid Nəsiminin ədəbi yaradıcılığını iki dövrəyə bölmək olar : 1 . İLK DÖVRƏ Onun 25 - 26 yaşlarına qədər , yəni Fəzlullah Nəimi ilə tanış olması və onun təriqət və məsləkini qəbul etməsinə qədərki dövrəni yaradıcılığının ilk dövrəsi adlandırırıq . Bu dövrədəki şeirlərində o , Xacə Əhməd Yəsəvi ( ölümü 562 h . ) və Cəlaləddin Rumi ( ölümü 604 h . ) təsirində nəsihətamiz , təlimi və hikmətli şeirlər və on dörd məsum ( ə . s . ) üçün mənqibələr yazırdı . Söz yox ki , o , bu dövrdə şairliyini sınamağa başlayan bir etiqadlı və savadlı gənc kimi zühur edir . Bütün şiəyyələr , mənqibələr , nəsihətverici qəzəllər və qəsidələr , hikmətli tuyuqlar və məsnəvilərini bu dövrəyə aid etmək olar . Belə şeirlərdə irfan axıcılığı yoxdur və şeir dili qurudur . Şairdə coşqun ürək olsa da , coşqun dil yoxdur . Şair hələ dərin mənaları laybalaylı dil ilə bəyan etməyə əl tapa bilməmişdir . Bu dövrədə şairin sabit təxəllüsü də yoxdur , o gah Seyyid , gah Hüseyni və gah Seyid Nəsimi və bəzən də Haşimi təxəllüs edir . Türkcə divanında bu dövrəyə aid olan şeirlərini yüz qitəyə yaxın müxtəlif qəlibli şeirlər təsbit etmək olar . Bu dövrəyə aid şeirlərinə , ümumiyyətlə , nəsihət vermə ruhu hakimdir : Divi - rəcimə , ey könül , qılma dəxi mütabiət , Tanrı sözün eşidicək , sidq ilə qıl mülazimət . Yaxşılıq eylə sən , sənə yaxşılıq eyləyə xuda , Aqibət əslinə qılır xeyrə , şərə muraciət . * * * Könül vermə cahana , bivəfadır , Könül vermək ana eyni - xətadır . Buna canü dil ilə anlavü bax , Fənadır bu fəna , sanma bəqadır . Bəqası var imiş olsa cahanın , Qalaydı baqi uş ol Mustafadır . Cahanın çün bəqası yox , Nəsimi , Anı qoyub Həqqə dönmək rəvadır . 2 . İKİNCİ DÖVRƏ Bu dövrə onun olğunluq çağlarıdır . İyirmi beş yaşından edam olunmasına qədərki on illik dövrədir . Bu dövrədə o , Fəzlullah Nəimi ilə yaxından və hüzuri olaraq tanış olur . Gərçi Nəimini qabaqcadan da tanıyırdı və gahdan onun adını özünə təxəllüs kimi seçirdi , lakin yaxından tanış olduqdan sonra düşüncə dünyası tamamilə dəyişir və özünə irfani məslək seçir və hürufilər cərgəsinə daxil olur . Seyid Nəsimi Fəzlullah Təbrizi ilə tanış olmazdan qabaq da həqiqəti , eşqi və doğru yolu axtaran bir şair idi . Mövlana Cəlaləddin Rumi və Hafiz Şirazinin təsiri altında yarımirfani şeirlər yazırdı . Lakin hürufilər cərgəsinə girdikdən sonra tam şövq və həyəcanlar içində irfani eşq ilə dolu şeirlər yazmağa başlayır . Bu dövrdəki şeirlərinin bəzi məzmunları haqqında aşağıda danışırıq : 2 . 1 . Qurani rəmzlər Seyid Nəsimi öz şeirlərində Qurani rəmzləri açma yolunu izah etmək üçün bir para görüşlərə dayanır . Misal üçün deməliyik ki , onun nəzərində 4 ünsür ( su , od , torpaq , yel ) , 7 xətt ( 2 qaş , 4 kiprik , bir saç ) bir - birinə zərb edilərək Qurani - kərimin əsrarını həll etmə açarı olur . Bir və ya bir neçə hərfdən meydana gələn əlif - lam - mim , ya - sin , ta - ha kimi ayələri hürufilər mühakimat və müqəttəat adlandırırlar . Nəsimi bu ayələrdən öz şeirlərində bol - bol istifadə etmişdir və ondan əlavə daha çox istifadə etdiyi ayələri belə sıralamaq olar : 1 ) Kun fəyəkun ( Yasin / 82 ) : Yasin surəsində gələn bu ayəni Nəsimi varlığın əsas səbəbi hesab edir : Kaf ilə nun əzəldə çün illətimizdir , ey bəşər , Cövhəri - laməkan bizik , kim biləşər hüdudumuz . 2 ) Ələstu birəbbikum ( Əraf / 172 ) : Nəsimi bu ayədən də çox istifadə etmişdir : Sirri - ələstu rəbbikum çün ki götürdü pərdəyi , Zahidə assı eyləməz xirqeyi - parə - parəsi . Bu ayəyə görə , Tanrı ruhların yaradılmasından sonra onlardan soruşmuşdur ki , aya , mən sizin Rəbbinizəm ? Ruhlardan bir qisməti « bəli » və bir qisməti « nəəm » demişlər . « Bəli » deyənlər doğru yola gedənlər hesab olurlar . 3 ) Leylətul - isra ( İsra / 1 ) : Həzrət Peyğəmbərin meracına işarət edən bu ayədən Nəsimi dəfələrlə istifadə etmişdir və Allahın öz bəndəsini gecə Məscidi - əqsaya aparmasından danışmışdır . Ey camalın sirri - sübhan əlləzi isra imiş , Əbduhu leylən tapundu , Məscidül - əqsa imiş . 4 ) Qabə qövseyn ( Nəcm / 9 ) : Hürufi anlayışında iki hərf olan qövseyn iki qaşa işarədir və Nəsimi oxucunu bu hərfləri görməyə və oxumağa çağırır : Gəl səvadül - vəchi gör kim fəqri - mütləqdir adı , Rövşən anla Kəbeyi - qövseyn ilə avədnamızı . 5 ) Ərş və istiva və ər - Rəhman ( Taha / 5 ) : Nəsimi bu ayədən çox istifadə edir . Hürufi inancına görə , insan üzündə 28 hərf oxunur , ona görə adamın üzünə ər - Rəhman ələl - ərş istiva adı verir : Zülfü rüxsarındır ər - Rəhman ələl - ərş istiva , Kəbənin mehrabı qaşın , fitneyi - eynin xətib . Burun istiva xətti kimi üzü ikiyə bölür və Nəsimi dəfələrlə buna işarə edir . 6 ) Əhsən ət - təqvim ( Tin / 4 ) : Bu ayə vəhdəti - vücud inancına inananlar üçün bir nəqli dəlil sayılır . Varlıq birliyi inancına görə , kainat mütləq varlığın zühurudur . Bütün aləm mütləq varlığın elmindən zühur etmiş , göylər , ünsürlər , canlılar , cansızlar və s . yaranmış və tapılmışdır . Onların içində isə insan ən son və ən kamil məxluqdur və Tanrının təcəlla yeridir : Çünki yüzün əhsənüt - təqvim imiş , Səndə zühur eylədi sübhanımız . Nəsimi deyir ki , zahid bir münəccim kimidir və bu sözün iç anlamını başa düşməz : Münəccim zahid anlamaz ki , sənsən əhsənüt - təqvim , Əzəldən ta əbəd oldu əyan hüsnün kitabından . 2 . 2 . Hürufi rəmzlər 1 ) Otuz iki və iyirmi səkkiz Hürufilik inancına görə , insanın üzündəki 7 hərfi müxtəlif yollar ilə 28 , 29 və gah da 32 olaraq ələ gətirmək olar . Bu 7 hərf iki qaş , dörd kiprik , bir saç , yəni səvadi - əzəmdir . 4 ünsür , yəni su , hava , torpaq və od ilə zərb olanda 28 ədədi ələ gələr . Lam - əlif isə gah bir hərf hesab olur və gah da p , ç , j , g hərflərinin canişinidir . Bu 4 hərf 28 ilə cəm olanda 32 ələ gəlir . Nəsimi də şeirlərində yerbəyer 28 və 32 ədədlərini insan üzündə görmək istəyir : Ayəti - səbül - məsanidir yüzün , Otuz ikinin nişanidır üzün . * Bistü həştü siyü düdən dışqarı bir nəsnə yox , Bu kəlam içində xeyli qilü qalı görmüşəm . Başqa şairlər də üzü , qaşı , kipriyi , dodağı və sairəni Günəşə , kitaba , müshəfə , yaya , oxa və sairəyə bənzədirlər . Onların bənzətmələri bir bədii təsvir yaratma və gözəllik heyranı olmaları üçündür . Lakin Nəsiminin heç belə bir niyyəti yoxdur , bəlkə hürufiyyə təlimatı əsasında ayini bir ibarələr işlətmək üçün bu təşbehlərdən istifadə edir . O , zülfu və rüxsarı ər - Rəhman ələl - ərş istivaya bənzətdikdə , bir hürufi inancına dayanır və əslində ayəni təvil etməyə çalışır . 2 ) Eşq Nəsimi eşq ilə yaşayan və eşqi təbliğ edən bir hürufidir . Bu eşqi isə daşa , torpağa yox , insana sarı yönəldir : Gərçi asandır der , ey can , eşqini hər bixəbər , Kim ki şol sevdaya düşdü , bildi kim asan degil . Eşq ilə can yoxdur ol bimərifət heyvanda kim , Surətin nəqşinə daim valehü heyran degil . Şairin nəzərində eşqin tamam olması üçün sidq və doğruluq lazımdır və aşiq bu yolda can və cahanından keçməlidir : Gər aşiq isən , sidq ilə şol dilbər üçün gəl , Can ilə cahan ortaya qoy , tərki - sər eylə . 3 ) Tanrı təcəlligahı Gözlər , qaşlar , kipriklər , yanaqlar , dodaqlar , ağız , çənə , çənə çuxuru , üzdəki xətlər , alın və ümumiyyətlə , üz camal və camalullaha dəlalət edir . Hürufi inancına görə , insan əhsən təqvim və əhsən surət üzrə yarandığına görə , məzhərullah sayılır . Elə buna görə də Nəsimi insan üzünü Tanrı təcəlligahı hesab edir . Hürufilik deyir ki , əgər üzdə yatan 28 hərfin əsrarını kəşf etmək olsa , onda Tanrı və yaradılış əsrarı da kəşf oluna bilər . Məşuqənin boy - buxunu , beli , əli , qolu , ayağı , yerişi və s . hamısı vəhdəti - vücud görüşü ilə izah edilir . 4 ) Cəsədlənmə və donbadon Nəsiminin təcəssüd və cəsədlənməyə inancı dəfələrlə şeirlərində bəyan edilmişdir . O , Həqqin təcəllisini gördüyü insanı belə vəsf edir : Səba zülfün nəsimindən cahanı cümlə can etdi , Dəmindən gör səba zülfün ki nə canlar rəvan etdi . Boyundur sidrəvü tuba , üzündür cənnətül - məva , Xətü xalın kəlam oldu , bu əsrarı bəyan etdi . O , ruhun dolanmasını hikmətamiz bir bəyan ilə belə vəsf edir : Çün xakdan edər səfər , mədən nəbat olur şəcər , Rövşən görür əhli - nəzər , ol tövmeyi - heyvan gəlir . * Çün tövmeyi - heyvan olur , ol da ki insü can olur , İnsana vasil olmağa bidəstü pa pərran olur . Nəsimi türk - şaman inancı əsasında olan ruhun dolanmasını və adamın böyük ruhlara don ( = cəsəd ) olmağa layiq olması məsələsini həkimanə bir deyiş ilə incələyir : Cövhəri - fərd adəmin kanındadır , Kuntu kənzən adəmin şanındadır . Gərçi şeytan adəmin qanındadır , Sirri - əsma adəmin canındadır . 5 ) Fəna fillah O həqiqi aşiq olduğu və Həqqə özünü fəda etdiyi üçün məhşərdən və cəhənnəmdən qorxmur , çünki vüsala və fənaya çatmışdır : Nəsimi çün vüsalından irişdi cənnətü hura , Nə məhşərdən hesab eylər , nə tamunun əzabından . 6 ) Zahid Zahid bütün irfani ədəbiyyatda olduğu kimi , Nəsiminin dilində də kütbeyin və dayaz düşüncəli olaraq vəsf edilir : Firdovsa məni dəvət edən zahidə söylə , Ol tikana göz tikmə ki gülzarımı buldum . * Aşiqi - sadiq duzağın quşu , ey zahid , degil Damə düzmə təsbehi , səccadəyi dam eyləmə ! 7 ) Mübarizə və savaş Nəsimi mübarizələr meydanının qəhrəman şairidir . O , savaşdan qorxmayan və savaş meydanlarına igidlər kimi girən bir qəhrəmandır : Eşq ilə meydana möhkəm ər gərəkdir kim girə , Hər hünərsiz himməti yoxun yeri meydan degil …
Rövnəq Abdullayev bildirib ki , Berti Foqtsun işindən heç bir narazılıq yoxdur . R . Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun klublardakı həmkarları ilə narazılığı haqda məlumatlara malik olmadığını bildirib . Federasiya başçısının sözlərinə görə , almaniyalı mütəxəssis klublarımızdakı həmkarları ilə müntəzəm görüşlər keçirərək onların qarşısında tələblər qoyur . Klubların məşqçiləri də həmin tələbləri yerinə yetirirlər : " Klub məşqçiləri ilə Foqts arasında heç bir problem yoxdur . Kimi yığmaya cəlb etmək Foqtsun işidir . Biz çalışırıq ki , milli komandanın baş məşqçisinin işinə az qarışaq . O ki qaldı klub məşqçilərinin açıqlamalarına , hərənin bir istəyi , hərənin bir marağı var . Gəlin burada bunu qabartmayaq " . AFFA prezidentinin fikrincə , B . Foqts ölkəmizdə çalışdığı müddətdə klublarında o qədər də özünü göstərə bilməyən bir neçə futbolçunu üzə çıxarıb . Federasiya isə öz növbəsində yığma komanda üçün hər cür şərait yaratmağa çalışıb : " Biz yığma komanda üçün hər cür şəraiti yaratmağa hazırıq və yaradırıq da " . AFFA prezidenti görülən işlərin nə zamansa bəhrəsini verəcəyinə inandığını söyləyib : " Bilirsiniz , ortaya 100 milyon dollar da qoysan , futbolda olmayan şeyi qaldırmaq çox çətindir . Gərək hər şeyi kökündən başlayasan . AFFA nə üçündür ? Şərait yaratmaq üçün ? Yəqin ki , gördüyümüz işlər gələcəkdə öz bəhrələrini verəcək . İndiki halda nə edə bilərik ? Vuran ayağımız yoxdur , onu axtarırıq " .
Fevral ayının 8 - 9 tarixlərində " İrəli " İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən " Gənc Liderlər üçün Qış Universiteti " Bakıda Prezident Yanında Strateji Araşdırmalar Mərkəzində uğurla davam etdirildi .
azerpoll88 wrote 4 days ago : View This Pollsurvey software … more →
en . harunyahya . tv www . servingislam . com www . harunyahya . com www . englishkuran . com www . riseofislam . com www . economicsinislam . net www . callforanislamicunion . com www . turkishislamicunion . com www . harunyahyasays . com www . theprophetmuhammad . org www . primepeace . com www . atheismrefuted . com . . .
Güclü , uğurlu və müstəqil Gürcüstan Azərbaycanın milli təhlükəsizliyinin tərkib hissəsidir .
Torpaqda bitən güllər solar gedər . Qəlbdə bitən güllər isə daimi və daha xoşdur .
Sərdar Cəlaloğlu : " Demokratik seçkilərin keçirilməsi bəzən problemlərə yol açır və buna görə də , ən münasib yol hakimiyyətin ötürülməsidir "
Hektar yarıma yaxın ərazisi olan meydan 6 saylı Bakı peşə məktəbinə məxsusdur . Baxmayaraq ki , İcra Hakimiyyəti rəsmi məktubda ünvanı sürücülük məktəbinin həyəti kimi göstərib . Artıq meydan sahibinə mitinq keçiriləcəyi ilə bağlı xəbərdarlıq edilib .
7 . Gəmilərin gömrük rəsmiləşdirilməsi liman hakimiyyət orqanlarının gömrük orqanları ilə razılaşdırılmaqla müəyyən etdiyi qaydada gəmilərin bu iş üçün hazırlığı və növbə ilə istirahət və bayram günləri də daxil olmaqla bütün gün ərzində həyata keçirilir .
Müstəqilliyin itirilməsinə qalanda isə , bir il müddətində qazanılmış müstəqillik , Azərbaycanın siyasi və iqtisadi maraqları ölkədə qiyam hazırlayan , ona dəstək verən dövlətlərə müxtəlif faiz dərəcələri ilə peşkəş edildi . Əvəzində isə hakimiyyətə tam olaraq yiyələnmək , suçsuzluq üçün indulgensiya alındı . Həmin bu indulgensiya ilə artıq 17 ildir ki , milli hökuməti devirənlər hakimiyyətdə qalır , günbəgün Azərbaycanı qurtuluşdan uzaqlaşdırırlar .
Copyright 2009 . Korner . az Xəbərlərdən istifadə edərkən istinad etmək məcburidir . Ağayarovun istehsalı
№ 169 / 25 . 06 . 2008 " Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında " Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004 - cü il 28 sentyabr tarixli 142 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
" Elə həmin vaxt onun yanına Benyamin adlı bir alban iereyi gəldi . O ( Maştots ) onu sorğu - sual edərək , alban dilinin … sözlərini tədqiq etdi . Daha sonra ona yuxarıdan bəxş edilən istedadı ilə ( albanlar üçün ) yazı yaratdı və Məsihin mərhəməti sayəsində uğurla ölçdü , biçdi və dəqiqləşdirdi "
Təbii ki , siyasi baxışları . Bəzi vaxtlarda kitabları çap edildi , bəzi vaxtlarda isə kitabları yığışdırıldı . O vaxtlar kitabları çıxanda şeirlərindəki bəzi sözlər - məsələn , " kommunizm " sözü - nöqtələrlə əvəz edilirdi . Bu , Nazimin kitablarının yığışdırılmaması üçün edilirdi . Böyük xərclər çəkilərək çap edilən kitabların yığışdırılması nəşriyyatları çətin vəziyyətə saldığına görə , bəzən naşirlər özləri kitablardakı bəzi şeirlərə senzura tətbiq etmək məcburiyyətində qalırdılar . O , siyasi baxışlarına görə təzyiqlərə məruz qalmışdı və Türkiyəni də siyasi baxışlarına görə tərk etmişdi . Kitablarının yığışdırılması uzun müddət davam etdi . M . Ə . Moskvada birlikdə yaşadığı qadın Vera Tulyakova vəqfinizə gəldimi ? Ölümündən əvvəl Vera ilə əlaqəniz vardımı ? K . C . 1992 - ci ildə - anadan olmasının 90 - cı ildönümündə biz bir həftə xeyli tədbir keçirdik . Moskvanın Böyük teatrın aktyorları onun " Bir aşk masalı " pyesindən fraqmentlər göstərdi . Vera da gəlmişdi . O tədbirlərimizdə ilk dəfə bir hadisə yaşandı və mədəniyyət naziri Fikri Sağlar tədbirimizdə iştirak edərək dövlətin adından Nazim Hikmətdən üzr istədi . Bu , tabuların yıxılması istiqamətində önəmli bir başlanğıc idi . Vəqfimiz yaradılandan sonra Nazimin Rusiyadan , Azərbaycandan və dünyanın bir çox ölkəsindən yaxın dostları buraya gəldi . 2002 - ci ildə Nazim Hikmətin anadan olmasının 100 illiyi idi . Biz mədəniyyət nazirliyinə müraciət edərək onun ad gününün bütün dünyada qeyd edilməsi üçün kömək istədik . UNESCO - nun bununla bağlı qərar qəbul etməsində bizim də rolumuz az deyildir . Azərbaycanın o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu ilə də görüşdük və Polad bəy də Nazim Hikmətin anadan olmasının 100 illiyinin dünya miqyasında qeyd edilməsi üçün bizə kömək etdi . Biz həm Türkiyədə , həm də dünyada Nazim Hikmətlə bağlı bir çox tədbirin təşkilatçılarındanıq . Bu istiqamətdəki işlərimiz davam edir . Yanvar ayında Kubada idik . Oraya Nazim Hikmətin bir heykəlini apardıq . Kubada Nazim Hikmətin çox sevildiyini yəqin ki , siz də bilirsiniz . Səfərimiz çox uğurlu keçdi . Kubalı şair Nikolas Gilyen Nazim Hikmətin yaxın dostu olub . O da sürgün illərini Moskvada keçirib . İnqilabdan sonra öz ölkəsinə qayıda bilib . Bu mənada Nazim Hikmətə görə bəxti gətirən bir şairdir . Pablo Neruda kimi . Gilyenin başqanı olduğu bir vəqflə əməkdaşlıq edirik . Nazim Hikmətin beynəlxalq aləmdəki dostları ilə əməkdaşlıq şəraitində fəaliyyətimizi davam etdiririk . Məqsədimiz Nazim Hikmətə aid olan əşyaların nümayiş etdirildiyi bir muzey yaratmaqdır . Bunun üçün çox gecikmək istəmirik . İqtisadi cəhətdən çətinliklərimiz çoxdur . M . Ə . Dövlət dəstək vermirmi ? K . C . Türkiyədə mədəniyyət işləri ilə məşğul olan vəqflərin vəziyyəti heç də ürək açan deyil . Biz Nazim Hikmətin adına görə , dövlətə müəyyən məsafədə durmaq məcburiyyətindəyik . Onun adına ziyan vuracaq hər hansı addımı ata bilmərik . Ona görə də işlərimiz bir az çətin gedir . Ancaq bütün sıxıntılara baxmayaraq , hər işin öhdəsindən gələcəyimizə inanıram . Yaxın gələcəkdə Nazim Hikmət muzeyini onu sevənlərin ixtiyarına verə biləcəyimizi umuram . M . Ə . 90 - cı illərin ortalarında Alparslan Türkeş Nazim Hikmətin şeirini oxudu . Bir neçə ay əvvəl Məclis sədri Məhmət Əli Şahin Moskvada Nazim Hikmətin məzarına gedəndə dedi ki , Nazim bir neçə dəfə məscidə getdiyinə görə , mən də onun qəbrinin üstünə gəldim . Sizcə , bu işlər hansı məqsədi daşıyır ? K . C . Bu , Nazim Hikmətin öz gücün qəbul etdirməsidir . Hər şeydən əvvəl , ona " xain " deyənlərə öz gücünü qəbul etdirməsidir . M . Ə . Moskvada yazdığı əsərlərində komunistləri çox tənqid etdiyini görürük . Sadə həyatndan heç vaxt vaz keçməyib . Andrey Voznesenski " 1969 - un buzu " adlı poemasında yazır ki , ömrünün axırına yaxın qarlı bir dekabr gecəsində Nazim Hikmətlə bir ziyafətdən çıxdıq . Paltosu yox idi , ona görə də pencəyinin altından sinəsinə 2 qəzet qoyub yaxasını düymələdi ki , üşüməsin . Bu baxımdan da Nazim Hikmət bir yazarın əyilməzliyinin abidəsi deyilmi ? K . C . Əslində Nazim Hikmət tipik bir sənətkar örnəyidir . O , həmişə müxalif ola bilib . Məncə , bütün sənətkarlar onu örnək kimi qəbul etməlidirlər . O , heç vaxt başını əyməyib və kim səhv edibsə , səsini ucalda bilib . Bu baxımdan da böyük bir insandır . M . Ə . Arxiv sənədləri KQB - nin onu bir addım da diqqətdən kənarda qoymadığını göstərir . Avropaya Türkiyədən gələn kommunistlərlə görüşməyə gedəndə KQB - nin adamları ondan bir addım da ayrılmayıblar . O qədər xarizmatik bir insan idi ki , danışığı ilə onu dinləyənləri öz təsiri altına sala bilirdi . Ona görə də Nazim Hikməti nəzarət altında saxlamaq çətin idi . Onun Türkiyədə təqib edilməsi ilə bağlı vəqfinizdə arxiv sənədləri varmı ? K . C . Bəzi sənədləri çap etmişik . Mənim axırıncı kitabımda da əvvəllər görmədiyiniz sənədlər var . Ancaq məhkəmə qovluğuna daxil edilən sənədlərdən başqa , kəşfiyyatın materiallarını hələ də görə bilməmişik . Onların da bir gün açıqlanacağına inanırıq . Ancaq o raportlarda nələrin ola biləcəyini təxmin edə bilirik . Məhkəmələrə təqdim edilən raportlardan başqa bir şey olacağını da zənn etmirəm . M . Ə . Həbsdə 13 il qalmışdımı - 1937 - 50 ? K . C . 1938 - də həbsə girdi , 1950 - də çıxdı . Ancaq ondan qabaq da qısa müddətli həbslərdə olmuşdu . M . Ə . 1950 - də əfvlə çıxdımı ? K . C . Bəli , əfvlə çıxdı . Ümumilikdə 17 - 18 il həbsdə qalıb . M . Ə . Nazim Hikmət onunla Bursa həbsxanasında yatan rəssam İbrahim Balabana deyirmiş ki , burdan çıxandan sonra elə şeirlər yazacağam ki , tavada qızardılan balıq kimi bunları yandıracağam . O vaxtın hökumət başçısı Adnan Menderesi ən sərt sözlərlə Nazim Hikmət tənqid edib . Onun bəzi şeirlərini oxuyanda bu gün cərəyan edən prosesləri 60 il əvvəl sezdiyini görürük . Nazim Hikmətin Türkiyəni aydınlığa qovuşdurmaq üçün apardığı mübarizəni vəqf necə davam etdirir ? K . C . Bu gün Nazim Hikməti keçmişdəki kobud ifadələrlə damğalamırlar . İndiki gəncliyin Nazim Hikmətə böyük rəğbəti olduğunu görürəm . Mən bunu da Nazim Hikmətin gücünün cəmiyyətdəki əks - sədası kimi xarakterizə edirəm . O , sadəcə yaşadığı əsrin şairi deyil . İnsanlar Nazim Hikmətin şeirlərində axtardıqları ümidi tapırlar . M . Ə . Tarixə baxanda Nazim Hikmətin Türkiyədə çox az sərbəst yaradıcılıq imkanı tapdığını görürük . Sağlığında onunla dostluq etmiş insanlardan indi həyatda kim qalıb ? 89 yaşlı rəssam İbrahim Balaban " buz baltası " kimidir . Ailəsindən kimlər var ? K . C . Bacısının dünyasını dəyişməsindən xeyli keçdi . Bacısının uşaqları var . Oğlu yaşayır . M . Ə . Oğlu Türkiyədə yaşayır , yoxsa Bolqarıstanda ? K . C . Fransada . Türkiyəyə də gəlib - gedir . M . Ə . Sizinlə əlaqəsi varmı ? İşlərinizi dəstəkləyirmi ? K . C . Yox , bizimlə əlaqəsi yoxdur . M . Ə . Kitablarının nəşr haqqı sizdədirmir ? K . C . Yox , oğlundadır . Ona görə biz maddi cəhətdən çətinlik çəkirik . Oğlu da Nazim Hikmətin kitablarının nəşr haqqını Yapı və kredit bankına verib . SSRİ - də yazdığı vəsiyyətnaməsi Türkiyədə qüvvədə olmadığına görə , kitablarının nəşr haqqı oğlunda , Rusiyada isə Vera Tulyakovadadır . M . Ə . Nəşr haqlarının sizdə olması daha məntiqli deyilmi ? K . C . Biz nə deyə bilərik ? Hüquq var və oğlu da hüquqlarından istifadə edir . Biz də Nazim Hikmətin kitablarını çap etmək istərdik , ancaq bütün haqlar Yapı və kredit bankındadır . Bizim bankla bəzi sahələrdə əməkdaşlığımız da olur . M . Ə . Xaricdə çıxan kitablarından sizə qonorar gəlirmi ? K . C . Yox , biz ordan da qonorar almırıq . Sadəcə kitabları vəqfdə toplayırıq . Əgər bu yaxınlarda Azərbaycanda çıxmış kitabı varsa , onu da bizə göndərmələrini xahiş edirik . Çünki Nazim Hikmətin dünyanın çox yerində kitabı çıxır və biz də dostlarımızın sayəsində onları vəqfimizin kitabxanasına gətizdiririk . İyun ayında Antalya bələdiyyəsi ilə birlikdə təşkil etdiyimiz konsertdə pianoçu Fazil Say 10 min nəfər tamaşaçıya " Nazim Hikmət oratoriyası " nı çaldı . Biz o konserti gəlir əldə etmək məqsədi ilə təşkil etməmişdik . Ancaq Türkiyənin müxtəlif yerlərində təşkil etdiyimiz bu cür tədbirlərdən vəqfimiz müəyyən qədər pul da qazanır . İndi Türkiyənin bir çox teatrında Nazim Hikmətin pyesləri tamaşaya qoyulur . M . Ə . Mədəniyyət nazirliyi ilə əlaqələriniz hansı səviyyədədir ? Nazir sadəcə açılış və konsertlərinizə gəlir , yoxsa vəqfin layihələrinə dəstək verilirmi ? K . C . Nazirliyin vəqfə köməyindən söhbət gedə bilməz . Layihələrimiz olanda biz də başqaları kimi nazirliyə təqdim edirik . Bəzilərinə dəstək veriblər , bəzilərini isə rədd ediblər . Türkiyədəki vəqflər ticarətlə məşğul ola bilmədiklərinə görə , gəliri vəqfə bağlı olan şirkətlərdən əldə etməyə çalışırlar . Bizim də sənət və mədəniyyət işlərindən pul qazanmağa çalışan bir şirkətimiz var . Bu yaxınlarda heykəltəraş Məhmət Aksoyla bağlı sənədli film çəkdik . Məhmət Aksoy Nazim Hikməti çox sevir . Sənədli filmə mədəniyyət nazirliyi dəstək verdi . Ancaq o biri layihələrimizə və muzey üçün bina tələbimizə mənfi cavab verdilər . M . Ə . Azərbaycanla əlaqələriniz yaxşıdırmı ? K . C . Azərbaycan Yazıçılar birliyi ilə əlaqələrimiz yaxşıdır . Anar bəy Türkiyəyə gələndə mütləq bizi də ziyarət edir . Bakıda Nazim Hikmətin tədqiqatçısı Aqşin Babayevlə görüşmüşdük . Arif Məlikov yaxın dostlarımızdan biridir . M . Ə . Ancaq onu ən yaxşı tədqiq edən Əkbər Babayevdir . Moskvada bir yerdə olublar . Əkbər Babayevə həsr etdiyi şeir də var . K . C . Vera Tulyakova Nazim Hikmətin xatirəsini çox əziz tuturdu . Onun Moskvadakı evi olduğu kimi saxlaması bizim üçün son dərəcə qiymətlidir . Orada Nazimin xatirələri yaşayır . Veranın ölümündən sonra onun qızı Nazim Hikmətin xatirəsini o evdə yaşadır . Təəssüf ki , Əkbər Babayev həyatda olanda vəqf yaradılmamışdı . Yoxsa onunla da məmnuniyyətlə görüşərdik . Azərbaycana Nazim Hikmət adının yaşadıldığı bu məkandan salam və sevgilərimi göndərirəm .
Ekspertlərin əksəriyyəti bu nəticəyə gəliblər ki , Afrikanın şimalında və Yaxın Şərq regionunda başlanmış xalq qiyamları hazırda beynəlxalq imperializmin qarşısında müqavimət və islami oyanış nümunəsinə çevrilibdir .
Nəsib bəy Yusifbəyli - maliyyə və xalq maarifi naziri ;
- qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırış yaşlı vətəndaşlar .
İrəvanın son addımları göstərir ki , bu ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda konstruktiv mövqe tutmaq istəmir Azərbaycanda keçirilmiş prezident seçkiləri ərəfəsində taym - aut götürülmüş Dağlıq Qarabağ münaqişəsi ətrafında durum getdikcə aktivləşir . Bu baxımdan həm beynəlxalq ictimaiyyətin , həm də tərəflərin münaqişənin həlli perspektivləri ilə bağlı səsləndirdiyi bəyanatlar prosesdə canlanmanın meydana gəlməsinə şərait yaradıb . Məhz bu şəraitdən istifadə edən vasitəçi dövlətlər , o cümlədən Rusiya iki tərəf arasında yüksək səviyyəli görüşün təşkil olunması təklifi ilə çıxış edir . Prinsipcə , bu təklif Azərbaycan rəsmiləri tərəfindən pozitiv qarşılanır və görüşün baş tuta biləcəyi qeyd olunur . Amma indi əsas maraq bu görüşün keçirilməsi ilə bağlı lazımi şəraitin yetişib - yetişməməsi ilə bağlıdır . Son zamanlar müşahidə etdiklərimiz isə bu görüş üçün lazımi şəraitin yetişmədiyini açıq şəkildə ortaya qoyur . Adətən , sülh danışıqları ərəfəsində tərəflər bir - birilərinə konstruktiv mövqe nümayiş etdirir , daha çox mülayim bəyanatlara , şərhlərə üstünlük verilir . Məqsəd isə gərgin görüş ərəfəsində onsuz da gərgin olan atmosferi yumşatlmaqdır . Amma indi bu yöndə , xüsusilə , Ermənistan tərəfindən hansısa addım müşahidə olunmur . Əksinə , işğalçı dövlət Azərbaycan torpaqlarında hərbi təlim keçirir , qıcıq doğuran bəyanatlar səsləndirərək əsəbləri gərginləşdirir . Məsələn , iki gün öncə Dağlıq Qarabağda keçirilən hərbi təlimdən sonra separatçı rejimin rəhbərləri deyiblər ki , təlimlər zamanı təkcə müdafiə yox , həm də preventiv hücum variantlarına üstünlük verilib . Separatçı rejimin " müdafiə naziri " Movses Akopyan deyib ki , bu təlimlər sırf hücum xarakterlidir . " Biz öz qoşunlarımızı ona hazırlayırıq ki , Azərbaycan hücum etmədən yaranmış situasiyadan çıxış edərək Dağlıq Qarabağa qarşı yaranmış təhlükəni neytrallaşdırmaq üçün hücuma keçsin " , - deyə o bildirib . Akopyan ötən şənbə günü başa çatmış təlimlərin yekunlarının uğurlu olduğunu da deyib . Başqa bir fakta nəzər yetirək . Ermənistan prezidenti Serj Sarkisyan da televiziyaya son müsahibəsində belə bir görüşün baş tutmasına , ümumiyyətlə , danışıqlar prosesində hansısa konstruktiv addıma hazır olmadığını göstərib . Belə ki , o , münaqişənin həlli perspektivindən danışarkən yenə müəyyən şərtlər irəli sürüb : " Qarabağ münaqişəsinin həlli üçün bir sıra şərtlərə əməl olunmalıdır . Münaqişənin həlli ancaq o zaman mümkün olar ki , Azərbaycan Qarabağ " xalqının " öz müqəddəratını təyinetmə hüququnu tanısın . Həmçinin , Dağlıq Qarabağ Ermənistanla quru sərhədlərinə malik olsun , beynəlxalq təşkilatlar və aparıcı dövlətlər onun təhlükəsizliyinə təminat versinlər " . Qeyd olunanlar isə bir daha onu deməyə əsas verir ki , erməni rəhbərlər hələ də baş verənlərin ciddiliyini dərk edərək danışıqlara daha da məsuliyyətlə yanaşmaq niyyətində deyil . Amma unudurlar ki , bu gün , bəlkə də , münaqişənin həllində erməni siyasətçilərin iradəsi müəyyən qədər rol oynayır . Bu isə sona qədər davam edə bilməz . Nə vaxtsa Azərbaycan münaqişənin başqa müstəvidə həllinə üstünlük verə bilər ki , bu da prosesin ermənilərin iradəsindən asılılığını ortadan qaldıra bilər . Söhbət ondan getmir ki , münaqişənin həllində hərbi resursların istifadəsinə ehtiyac yaranacaq . Bu həm də İrəvanın iradəsinə sığmayan , amma məcbur olduğu sülh sazişini imzalamasına da gətirib çıxara bilər . Hazırda bu məsələlər beynəlxalq aləmdə də ciddi müzakirə olunur . Şərhlər isə müxtəlifdir . Bir tərəf , xüsusilə Qərbə yaxın dairələr ABŞ - ın münaqişənin həlli üçün təzyiq mexanizmlərini işə sala biləcəyi ehtimalını gündəmə gətirirlər . Xüsusilə , Gürcüstanla Rusiya arasında baş qaldırmış müharibə və bunun nəticəsində Kremlin birtərəfli qaydada Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsi üzərində cəmləyib və bu bölgədə də eyni addımların atılması ehtimalı hər kəsi narahat edir . Bu narahatçılıq isə açıq şəkildə ifadə olunur . Məsələn , Gürcüstan hadisələrindən dərhal sonra regiona səfər edən ABŞ - ın vitse - prezidenti Riçard Çeyni Cənubi Qafqazdakı mürəkkəb vəziyyəti təhlil edərkən deyib ki , Vaşinqton vəziyyətin bu cür davam etməsindən narahatdır . Belə bir şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həlli xüsusi əhəmiyyət kəsb edir . Yəni , hazırda bu münaqişənin həlli indiyə qədər olmadığından daha vacibdir . Başqa bir önəmli faktor isə ATƏT - in Minsk Qrupunda yer alan və Cənubi Qafqaz regionuna ən yaxın nəhəng dövlət olan Rusiya tərəfinin də ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəkdir . Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli Kreml üçün müsbət dividentlər qazandıra bilər . Belə ki , heç kəsə sirr deyil ki , Gürcüstandakı vəziyyətdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün göydəndüşmə fürsətdir . Bu , ilk növbədə ABŞ kimi böyük bir dövlətin regiona girməsinin qarşısını ala bilər . Digər tərəfdən bu münaqişənin həlli Rusiyanın Gürcüstan hadisələrindən sonra itirdiyi sülhsevər ölkə obrazını da bərpa edə bilər . Münaqişənin həllinə nail olmağın üçüncü ən önəmli üstünlüyü isə heç şübhəsiz , çox böyük iqtisadi potensiala sahib olan Azərbaycanla əlaqələrin daha da dərinləşməsinə nail olmaqdır . Amma hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq , Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki mövqeyindən bir addım belə geri çəkilməyəcək . Hər halda , Azərbaycan Prezidenti , Ali Baş Komandanın xalqa bununla bağlı verdiyi açıqlamalarında da bu fakt öz təsdiqini tapır : " Biz istəyirik ki , məsələ tezliklə və beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın . Biz istəyirik ki , bu işğala son qoyulsun . Biz istəyirik ki , məsələni sülh yolu ilə həll edək . Məhz buna görə , - baxmayaraq ki , 15 ildən çoxdur danışıqlar nəticəsiz gedir , - biz yenə də sülh prosesinə sadiqik . Ancaq eyni zamanda , o da aydındır ki , bu məsələnin həlli yalnız beynəlxalq hüquq norma və prinsiplərə əsaslanmalıdır . Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır , Ermənistanın silahlı qüvvələri işğal olunmuş bütün torpaqlardan çıxarılmalıdır , Azərbaycanın 1 milyon qaçqını və məcburi köçkünü öz doğma torpağına qayıtmalıdır " . Aqşin ŞAHİNOĞLU
Kimlik ; sosial və ictimai bir varlıq olan insana aid olan nişanələr , keyfiyətlər və özəlliklərin hamısına verilən addır .
Oronim maymak türk etnonimi ( 323 , s . 166 ) əsasında formalaşmışdır . Etnooronimdir . Sadə oronimdir .
23 / 06 11 : 18 - Azərbaycanın İsmayıllı rayonunda güclü sel tikilməkdə olan su elektrik stansiyasının bəndini dağıdıb , körpülər uçub , evləri su basıb
TORPAQ ALTINDA ÇIRPINIR QADIN ( 5 ) - M . Ərğəvan
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazələrin verilməsi üçün Ərizə
2 . Qaz eksperti kimi fəaliyyət göstərmək üçün xüsusi icazə müvafiq məsələlərin həllində öz ixtisas səriştəliliyini və e ` tibarlılığını nümayiş etdirən ( sübut edən ) istənilən şəxsin və təşkilatın sifarişinə görə verilir . Qaz ekspertlərinin sayı inhisar mövqelərinə yol verməmək və onlar arasında müsabiqəni həvəsləndirmək şərtilə müəyyən edilir .
Bakı Xəzər dənizi sahilində yerləşir . 11 - 13 - cü əsrlərdən etibarən Azərbaycanın əsas liman şəhərlərindən birinə çevrilməyə başlamışdır . Qədim Azərbaycan dövləti olan Şirvanşahlar dövlətinin paytaxtında baş verən dəhşətli zəlzələ səbəbi ilə paytaxt Şamaxıdan Bakıya köçürüldü . Bu hadisə şəhərin mədəni həyatında əsaslı dönüş oldu . Ümumilikdə Bakı və onun ətrafında 30 - dan çox tarıxı abidə və qədim yaşayış məskənləri vardır . Bunlardan şəhərin mərkəzi sayılan içəri şəhər qoruğu turistlərin və yerli əhalinin ( davamı … )
Bazar mexanizmi Cəmiyyətin ən son yaranan təsərrüfat forması bazar iqtisadiyyatıdır . Bazar iqtisadiyyatı şəraitində mövcud olan əsas iqtisadi anlayışlardan biri də bazar mexanizmidir . Bazar iqtisadiyyatına keçid bu anlayışsız qeyri - mümkündür . Bazar mexanizmi bazar subyektlərinin məhsul istehsalında , satışında , həmçinin kapital qoyuluşu sahəsində maraqlarının qarşılıqlı əlaqəsini təmin edən , bazar iqtisadiyyatının əsas prinsiplərindən olan mühüm bir iqtisadi anlayışdır . Bu mexanizmin əsas funksiyası bazar subyeklərinin bir - biri ilə razılaşmasına şərait yaratmasıdır . Başqa sözlə desək , şəxsi məqsədlərini güdən sahibkarlarla istehlakçılar arasında qarşılıqlı əlaqəni təmin edir . Sahibkarlar şəxsi mənafeyinə uyğun olaraq hərəkət edir . Bazar mexanizmi isə son nəticədə sahibkarı istehlakçının mənafeyinə uyğun hərəkət etməyə məcbur edir . Bazar mexanizmi digər bir əsas funksiyası isə qiymətlərin yaradılması və resursların bölüşdürülməsidir . Həmçinin bu mexanizm əmtəə alıcıları ilə satıcıları arasında əmtəənin kəmi . . .
Dünən " Borçalı " Cəmiyyətinin təşkilatçılığı , onlarla tanınmış ziyalının iştirakı ilə III Dədə Camal Məclisi keçirilib . Tərtib olunmuş plana uyğun olaraq məclis qədim Azərbaycan şəhəri olan Dəmirqapı Dərbəndə həsr olunub . " Borçalı " Cəmiyyətinin mətbuat xidmətinin məlumatına görə , cəmiyyətin sədri Zəlimxan Məmmədli ənənəyə uyğun olaraq ötən dövr ərzində cəmiyyətin gördüyü və planlaşdırdığı işlər haqqında ətraflı məlumat ver . . .
və yaxud Sirkə nə qədər tünd olarsa öz qabını çatladar .
Axşamlar ehmallıca , atamı , qardaşımı oyatmadan məni geyin ¬ dirərdi , kinoya aparardı . İohann Ştraus haqqında film göstərirdilər . " Vena meşəsinin valsı " yaranırdı ekranda . Araba səsləri quş səslərinə qovuşurdu , məhəbbətli məqam ¬ lar göz önündən keçirdi . Meşə nağıl danışırdı . Mənim ən böyük nağılım isə yanımdakı anam idi , onun mehri idi . Axşamlar ağ rəngli çarpayıma yanaşardı , danışardı , gülərdi , bəxtiyarlığın zirvəsinə yüksələrdim . Yayda qaynı Xalidlə bağçaya qonardılar , cəh - cəh vurardılar . İlk dəfə Dilicanda gördüm anamı . Uzaqdan üstümə yüyür ¬ dü , bağrına basdı , sevincimin həddi - hüdudu yox idi . Girdə sifət , alçaq boylu , qara qaş , qara göz cavan anaydı - anam ! Xalid əminin toyunda yengə idi , gəlinin yanında gəlirdi . Elə bilirdim dünya mənimdi ! Musiqiliydi , şeirliydi , nəğməliydi anam ! Bayatılar , laylalar , şikəstələr vurğunuydu ! Dava zamanı nənəm ağlayardı , anam oxuyardı . Ana kimi oxuyardı . Biz böyüyərdik - anamın sifətində qırışlar artırdı . Biz böyüyürdük - anamın gülüşləri dəyişirdi . Biz böyüyürdük - anam boydan kiçilirdi . Xəstələnirdim - xəstələnirdi ! Qüssələnirdim - qüssələnirdi ! Ayağımıza tikan batırdı - ürəyi qanayırdı . Günah işlədirdim - günaha batırdı . Döyülürdük - döyülürdü . Söyülürdük - söyülürdü . Bizi özümüzdən yaxşı duyurdu . Günlərin birində başımı qaldırıb gördüm ki , anam qocalıb . Bilmədim günlər necə keçdi , illər necə ötdü ! Cavan anam necə qocaldı !
Download XML • Download text